Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

1995-ci il dövlət çevrilişinə cəhdin qarşısının alınmasında şəhid olan milli qəhrəmanların anım gününə həsr olunmuş
elmi-praktiki konfrans

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 mart 2010-cu il tarixdə 1995-ci il dövlət çevrilişinə cəhdin qarşısının alınmasında şəhid olan milli qəhrəmanların anım gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə kitabxananın direktoru T. Sadıqov açıb 1993-cü ilin məlum hadisələri zamanı milli lider H. Əliyevin Azərbaycana qayıdışından,xalqı qardaş qırğınından xilas etməsindən danışmışdır. Qeyd etmişdir ki, dövlət çevrilişi çox zaman qurbanlar bahasına olur. Azərbaycanda bu çevrilişdə bir neçə oğlunu şəhid vermişdir.
“Milli qəhrəman” qəzetinin baş redaktoru M. Seyidzadə öz çıxışında bildirmişdir ki, şəhidlik ailə, vətən üçün nə qədər ağırdırsa, bir o qədər də şərəflidir. Rusların erməniləri dəstəklədikləri həmin o vaxtlarda H. Əliyevin sonsuz xidmətlərindən, siyasi fəallığından danışmışdır.
Qarabağ uğrunda müharibənin iştirakçısı, polis mayoru A. Şirinova şəhidlərə həsr etdiyi bir neçə şerini oxumuş, vətən, torpağın müdafiəsinə bütün təbəqələrdən olan oğulların qalxmasını arzulamışdır.
Şəhid, milli qəhrəman C. Rəhimovun anası D. Rəhimova torpaqlarımızın geri qaytarılacağı günün Azərbaycan xalqı üçün əsl böyük bayram olacağını qeyd edib, şəhid məzarlığını ziyarət etməyin isə valideynə çox ağır olduğunu söyləmişdir.
Şəhid, milli qəhrəman S. Xasıyevin anası G. Xasıyeva oğlunun şəhid adı ilə fəxr etdiyini bildirmiş, Azərbaycan xalqına bir daha şəhid verməməyi arzulamışdır.
Şəhid, milli qəhrəman E. Xəlilofun anası F. Xəlilova 1995-ci ilin çevrilişinin Azərbaycan oğullarının qanı bahasına yatırılmasından danışmış, bu torpağa, bu vətənə yalnız qəhrəmanlıq yaraşdığını qeyd etmişdir.
Şəhid, milli qəhrəman S. Xasıyevin qardaşı qızı N. Xasıyeva əmisinə həsr etdiyi “Mənim qəhrəman əmim” şerini oxumuşdur. Elmi-praktiki konfransın sonunda konfrans iştirakçıları millət vəkili Q. Paşayevaya şəhid qəhrəmanların tanınmasında göstərdiyi köməkliklərə görə öz təşəkkürlərini bildirdilər.