|
Аzərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mədəniyyətin inkişafı və
informasiya cəmiyyəti haqqında
«...Bizim xalqımız çox istedadlı xalqdır və onun imkanları olmalıdır ki, öz istedadını, öz potensialını bütün dünyaya çatdıra bilsin».
Dövlət Filarmoniyası binasının təntənəli açılış mərasimində nitqindən
(29 yanvar 2004-cü il )
«Sammitdən sonra yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə aparıcı rol oynayaraq xüsusi dövlət proqramı çərçi¬və¬sin¬də biliklərə əsaslanan iqtisadiyyata doğru müxtəlif layihələr gerçəkləşdirir.
…Azərbaycan bu gün informasiya texnologiyaları sahəsinin genişlən¬dirilməsi üçün böyük imkanlara malikdir».
«Qlobal informasiya – kommunikasiya texnologiyaları - 2004» Bakı konfransının iştirakçılarına teleqramından
(24 noyabr 2004-cü il)
«… İnformasiya texnologiyaları bu gün dünyada çox böyük əhəmiy¬yət daşıyan bir sahədir. Böyük potensialı, perspektivləri olan bir sahədir. Azərbaycan da burada geri qalmamalıdır. Biz bu sahədə də böyük addımlar atmalıyıq».
«Nazirlər Kabinetinin geniş
iclasında giriş nitqindən
(7 dekabr 2004–cü il)
«Bizim mədəniyyət ocaqlarımız yüksək səviyyədə olmalıdır.
Bütün bu sahəyə diqqət gərək yüksək olsun
Ədəbiyyat və incəsənət xadimlərinin bir qrupuna yüksək dövlət mükafatlar və fəxri adlar təqdim etmə mərasimində nitqindən
(29 dekabr 2004-cü il )
«…Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xa¬dim¬lə¬rinin fəaliyyəti yüksək qiymətləndirilməlidir...
Milli ruh, bizim mənəvi dəyərlərimiz, tariximiz, torpağa bağlılığımız – budur bizim gələcəyimizi müəyyən edən amillər.
Ölkəmizin inkişafının möhkəmlənməsi üçün, xalqımızın daha da tə¬rəq¬qisi üçün, bütövlükdə, bu humanitar sahəyə böyük diqqət göstə¬ril¬mə¬lidir... Kitablarımızın latın qrafikası ilə çap olunmasına qısa müddət ərzində nail olduq. Əlbəttə, bu, böyük hadisədir. Amma dövlət, hökumət başqa hansı tədbirləri görməlidir ki, biz bu işdə istədiyimizə daha da tezliklə nail olaq».
«Xalq yazıçısı» və «Xalq şairi» fəxri adlarına
layiq görülmüş bir qrup ədəbiyyat
xadimi ilə görüşündə müraciətindən
(29 iyun 2006-cı il)
« ...Dünyada mövcud olan ən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir.
Bu sahənin həm Azərbaycan üçün, həm də dünya üçün çox böyük perspektivləri var .
...Bizim gənc nəslimiz bilikli, dünyaya açıq olmalıdır,dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbay¬cana gəlməlidir.
...Məhz bilik,məhz savad, yeni texnologiyalar – bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir».
«BAKUTEL-2006» XII Beynəlxalq
telekommunikasiya və informasiya
texnologiyaları sərgi-konfransının
acılış mərasimində nitqindən
(4 oktyabr 2006-cı il)
« …Hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha da böyük diqqət göstərilməlidir.
Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız, şairlərimiz,yazıçılarımız, bəstəkarlarımızdır.Azərbaycanı bu insanlar tanıdırlar.Bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin elitasıdır».
Mədəniyyətə, incəsənətə qayğı
Azərbaycanın dünyada
tanıdılmasına qayğıdır.
Rəssamlarla görüşdə nitqindən
(28 dekabr 2006-cı il)
|