Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Qəhrəmanlar unudulmur

C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 iyun 2010-cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qubadlı və Ağdam rayon İcra hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şair, yazıçı və jurnalistlər, qəhrəmanın ailə üzvləri, döyüşçü dostları və digər qonaqlar iştirak etmişlər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin sabiq deputatı, ictimai xadim Tofiq Mehdiyev xalqımızın qəlbində öz mərdliyi, cəsurluğu və qorxmazlığı ilə yadda qalmış Eldar və Allahverdi Bağırov qardaşlarının Qarabağ müharibəsində göstərdikləri misilsiz xidmətlərdən danışmışdır.
“Qarabağ” qəzetinin baş redaktoru Sarvan Ağayev, Azərbaycanın Milli Qəhrəmanı Fred Asif Məhərrəmovun qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, “Milli Qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə, yazıçı-jurnalist Surxay Əlibəyli, Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri, Milli qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, igid komandir A.Bağırovun bacıları Sveta və Almaz Bağırovalar, şair-publisist Əyyub Şırlanlı, “Həkəri” qəzetinin baş redaktoru Əli Xankişiyev qəhrəmanla bağlı kövrək xatirələrini söylədilər.
1947-ci ildə Ağdam şəhərində anadan olmuş A.Bağırov “Qarabağ” futbol komandasında əvvəl hücumçu, sonralar isə baş məşqçi kimi uzun müddət fəaliyyət göstərmiş və komanda ittifaq səviyyəsində tanınmışdır. Qarabağ səmasını qara buludlar alarkən A.Bağırov əvvəl könüllü dəstələr yaratmış,
sonra isə batalyon komandiri kimi bir çox uğurlu əməliyyatlar keçirmişdir. Erməni quldurları tərəfindən törədilmiş Xocalı Soyqırımında 1003 nəfər əsir olmuş azərbaycanlıları ( qadın, uşaq, ahıl qocaları) daşnaq caynaqlarından azad etmiş, Naxçıvanik yüksəkliklərinin alınmasında şücaət göstərmiş və həmin döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Bu sətirlərin müəllifi vurğuladı ki, xalq tərəfindən hələ sağlığında Azərbaycanın Milli Qəhrəmanı adını qazanmış böyük hörmət sahibi olan A.Bağırovun babası əslən Zəngəzur mahalının Qubadlı elinin Eyvazlı kəndindən olan Allahverdi kişi kənddə sayılıb-seçilənlərdən olmuşdur. Qonşu Gorus şəhərində məskunlaşmış qatı daşnaq erməni quldur dəstələri dəfələrlə azərbaycanlı kəndlərinə hücum edərək yandırmış və dinc sakinləri qətlə yetirmişlər.

1918-ci ildə erməni quldur dəstələri kəndə hücum edərkən Allahverdi kəndin əli-silah tutan qoçaqlarını öz ətrafına yığaraq namərd düşmənlərə qarşı mətinliklə vuruşmuşlar. O, oğlu Teymuru və üç körpə qız övladını atının hər iki xurcununda gizlədərək 18 yaşlı qardaşına tapşırır ki, uşaqları təhlükəsiz yerə çıxartsın və vəfalı həyat yoldaşı ilə birlikdə düşmənə qarşı mətinliklə vuruşurlar. Onatılanla sərrast atəş açan Allahverdi kişinin ömür-gün yoldaşı Zeynəb xanım döyüşlərdə ağır yaralanır, lakin sürünərək qayalıqlar arasında gizlənir ki, düşmən əlinə keçməsin. Ermənilər “Həcər” qeyrətli Zeynəb xanımı tapa bilmirlər.

Allahverdi bu döyüşlərdə qəhrəmancasına həlak olsa da, neçə erməni quldurlarını gəbərdir. Qardaşı körpə övladları əvvəl Şuşaya (Qala), sonra isə meşəliklə gələrək Ağdam rayonunun Şelli kəndinə gətirir.Kəndin bəyinin həyat yoldaşı bu uşaqlara sahib çıxır, onları öz övladı kimi böyüdür.Kəndin bəyi atası kimi qoçaq, igid və qorxmaz olan Teymuru Şuşanın bəy nəslindən olan Zümrüd xanımla evləndirir. Teymur kişinin yeddi qızı, üç oğlu dünyaya gəlir. Oğlanlarına Allahverdi, Əmir və Eldar adlarını qoyur. Eldar Teymur oğlu Bağırov Milli Məclisin deputatı olmaqla, xalq hərəkatının öncüllərindən olmuş, 1991-ci ildə namərd güllələri ilə müəmmalı şəkildə qətlə yetirilmişdir. Allahverdi Bağırov qardaşının yolunu davam etdirmiş və 1992-ci ildə Naxçıvanik yüksəkliyinin alınmasında misilsiz xidmətlər göstərmiş, sürücüsü Əmir Mirzəyevlə birlikdə minaya toxunaraq hər ikisi həlak olmuşlar.
Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuş və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Allahverdi Teymur oğlu Bağırovun hal-hazırda ailəsi Bakı şəhərinin Binəqədi rayonunun 7-ci mikrorayonunda Xarici Dairə küçəsində ( küçənin adına diqqətlə nəzər yetirin. R.İ ) yaşayırlar.
Ümidvarıq ki, əlaqədar təşkilatlar “Xarici Dairə” küçəsini vətən, torpaq uğrunda canlarından keçmiş belə cəsur döyüşçülərin adlarına əbədiləşdirəcəklər.