Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Müstəqillik illərində

Azərbaycan xalqı həmişə özünün yüksək kitab mədəniyyəti ilə sayılıb-seçilmiş və çox zəngin kitabxanaları ilə tanınmışdır. Bu kitabxanalarda qorunub saxlanılan istər əlyazmaları, istərsə də müxtəlif elm sahələrinə aid ədəbiyyatlar xalqın maariflənməsinə xidmət göstərmiş, geniş oxucu kütlələrinə elmi yardımçı olmuşdur. “Kitabxana işi haqında” Azərbaycan Respublikasının Qanununda deyildiyi kimi, kitabxana-elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.
Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlikdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, son üç il ərzində ümumi sayı doqquz milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir. O cümlədən C.Cabbalı adına Respublika Gənclər kitabxanasına 23,777 nüsxə ədəbiyyat hədiyyə verilmişdir. Yeni nəşrlər kitabxana fondalarını və onlardan istifadə imkanlarını xeyli genişləndirmişdir.
Eyni zamanda müasir Azərbaycan rusdilli oxucuların mütaliə marağını nəzərə alaraq Azərbaycanda nəşr edilməyən lüğətlər, ensiklopediyalar və digər müxtəlif ədəbiyyatlara olan tələbatının ödəmək üçün kitabxana Rusiyanın “Premyera” nəşriyyatı ilə 5 illik bağlanmış müqaviləyə əsasən hər il 1200-1300 nüsxə ədəbiyyat Rusiyadan alınaraq oxucuların istifadəsinə verilir.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında oxuculara xidmət sisteminin modernləşdirilməsi məqsədi ilə yeni informasiya texnologiyasının tətbiqi sahəsində çox işlər görülmüşdür. Kitabxana SOROST fondunun yerli Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu ilə müqavilə bağlamış və 2003-cü ildə “Puşkin kitabxanası” layihəsi əsasında xeyli kitab fonda daxil edilmişdir. Ümumiyyətlə, kitabxana SOROST fonduna iki layihə təqdim etmişdir. 2003-cü ilin sonunda keçirilən müsabiqədə kitabxana yardımçı təşkilat kimi iştirak etmişdir. kitabxanada qısa müddət ərzində “SOROST biblioqrafiya aparatını” yenidən tərtib edilmişdir.
Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasında və digər tədbirlərin həyata keçirilməsində 06 oktayabr 2008-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti vardır.
Dövlət Proqramında nəzərdə tutulmuş kitabxanalararası beynəlxalq əlaqələrin qurulması, müasir qabaqcıl texnologiyalardan bəhrələnmək, qarşılıqlı təcrübə mübadiləsi istiqamətində respublikanın digər kitabxanaları kimi C.Cabbalı adına Respublika Gənclər kitabxanasının əməkdaşları da ilə hər il Krasnodar vilayətinin Anapa şəhərində keçirilən “Kitabxanalardan gələcəyə”, Ukraynanın Sudak şəhərində “Krım-2008-2009-2010”, Moskvada “LİBKOM-2009-2010” və digər beynəlxalq konfrans və kitab sərgilərində mütəmadi iştirak edirlər. Bu da Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin kitabxanalara göstərdiyi dəstək və qayğısının bariz nümunəsidir.
Ölkəmizdəki kitabxanaların dünya informasiya məkanına daxil olmasının təminatı, müvafiq dünya standartlarına uyğun olaraq elektron formaya keçirilməsi, elektron kataloqlarının yaradılması və cəmiyyətin inkişafına birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsinin təmini məqsədilə 06 oktayabr 2008-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər sırasında Kitabxanaların avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq yaradılması üçün İRBİS 64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi 2009-cu il mart ayından kitabxanamızda tətbiq edilmişdir. Bildiyimiz kimi “İRBİS” (Avtomatlaşdırılmış kitabxana informasiya sistemi) sistemi İnternet istifadəçilərinin elektron kataloqlara və digər biblioqrafik verilənlər bazasına çıxışının təmini üçün nəzərdə tutulmuşdur.
Respublika Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə capı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 27 dekabr 2004-cü il tarixli Sərəncamlarına əsasən nəşr olunan və kitabxananın kolleksiyasına daxil edilən kitabların təsviri elektron kataloqda verilmişdir.Ümumilikdə Prezident hədiyyəsi olan 356 adda 1 424 nüsxə ədəbiyyat internetdə yerləşdirilərək oxucularaın istifadəsinə verilmişdir və bu istiqamətdə işlər davam etdirilir.
İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemində elektron kartotekada Azərbaycan dilində 3 068, rus dilində 706, yəni cəmi 5 491 adda dövrü mətbuat təsdiq edilmişdir. Elektron kataloqa 716 Azərbaycan, 736 rus, 22 digər dillərdə retro kitablar salınmışdır ki, bunlar da 1 474 adda, 5 479 nüsxə ədəbiyyatı əhatə etmişdir. Azərbaycan dilində 203, rus dilində 613, digər dillərdə 43,- ümumilikdə 4 718 nüsxə yeni kitab elektron kataloqa salınmışdır ki, bunlarda cəmi 859 adda olmuşdur. Həmin kitabların kartoçkaları cıxarılıb kataloqa düzülmüşdür.
“Oxucu” Avtomatlaşdırılmış işçi Yerində 1 201 oxucu elektron kataloqda qeydə alınmışdır. 118 oxucuya verilən 366 kitab qeyidə alınmışdır.
Yeni kitabların biblioqrafik siyahı və göstəricisi işçi vəziyyətindədir. Həmçinin, yeni kitabların biblioqrafik göstəricisinin elektron forması demək olar ki, hazır vəziyyətdədir və ənənəvi şəkildə çap olunmaq üçün işlənilir. Tezliklə yeni kitabların siyahısıda sayta salınaçaqdır.
Elektron kataloqda “Ümummilli lider”, “İdman”, “Ekologiya”, “Neft strategiyası” adlı yeni məlumat bazaları yaradılmışdır. Bu məlumat bazalarında qəzet, jurnal və kitablar öz əksini tapmışdır.
C. Cabbarlı adına RGK-da İRBİS-64 AKİS-nin sərlövhə və sərlövhəaltı məlumatlarının Azərbaycan dilinə tərcüməsi üzərində iş davam etdirilir.
Kitabxanada Rusiya Federasiyasının LİBNET Milli İnformasiya Kitabxana Mərkəzinin metodiki vasitələrində kitabxana-biblioqrafiyaya aid olan normativ sənədlərdən istifadə edilmişdir.
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixində “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planının təsdiq edilməsinə” dair Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının normativ hüquqi hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinininsan hüquqlarının təminatı baxımındantəkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və s. bu kimi məsələlər sərəncamda öz əksini tapmışdı. Bu sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək üçün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə “İnformasiya hamı üçün” YUNESKO Proqramının Rusiya komitəsi ilə əldə edilmiş razılığa əsasən Azərbaycanda ilk dəfə olaraq 27 fevral 20
08-ci ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi İnformasiya Mərkəzi (İHİM) yaradıldımdır.
İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılmasında məqsəd bunlardan ibarətdir:
1. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının qanunvericiliyi ilə məlumatlandırılmasını təmin etmək;
2. Azərbaycan vətəndaşlarına lazım olan məlumatı tez və operativ çatdırmaq;
3. Rusiya Qanunvericilik toplusundan yararlana bilən 35 məntəqə üçün metodiki mərkəz rolunu oynamaq.
İHİM Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar, hüquqi informasiya münasibətlərinin dostluq müstəvisində cərəyan etdiyinin əyani təzahürüdür. Mərkəzin məhz C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yaradılması ölkəmizdə gənclər və yeniyetmələrə göstərilən qayğı kimi qiymətləndirilə bilər. Bu gün Rusiya Federasiyasında 1415 bu cür mərkəz fəaliyyət göstərir və onlar Ümumrusiya şəbəkəsində birləşdirilmişdir. İlk mərkəzlər isə 1998-ci ildə yaradılmışdır. Sözü gedən mərkəzlərdə 4152 kompüter avadanlığı vardır. Əhali mərkəzlərdən Rusiyada yaradılmış 10 hüquqi bazaya daxil ola bilir. Belə təcrübə ABŞ-da və Avropanın bir sıra qabaqcıl ölkələrində də vardır. Məsələn, Almaniyada 250, Fransada 300-dən çox hüquqi mərkəz fəaliyyət göstərir.
Azərbaycanda bu işin gerçəkləşməsində “İnformasiya hamı üçün” YUNESKO Proqramının Rusiya komitəsi və onun sədri, Azərbaycanın böyük dostu, professor Yevgeni İvanoviç Kuzminin böyük əməyi olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında sözügedən hüquqi bazaya “Prezident Kitabxanası”, Milli Məclisin və Nazirlər Kabinetinin kitabxanaları, Konstitusiya, Apellyasiya və Ali Məhkəmələr, Ombudsman Aparatı, Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin kitabxanası, Bakı Dövlət Universitetinin Mərkəzi Elmi Kitabxanası, Dövlət İdarəçilik Akademiyasının YUNESKO kafedrası və daha 5 idarə və təşkilat daxil olması barədə “İnformasiya hamı üçün” YUNESKO Proqramının Rusiya Komitəsi ilə razılıq əldə edilmişdir. Beynəlxalq ekspertlər, YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Rusiya Komitəsinin sədri professor Kuzmin və hüququ informasiyası üzrə 3 ekspertdən ibarət işçi qrupu Azərbaycana dəvət edilmişdir. 2007ci ilin fevral ayının 26-dan mart ayının 2-nədək treninq keçirilmiş, 28 fevral tarixində isə mərkəzimizin açılışı olmuşdur. Açılışda Mədəniyyət və Turizm naziri Ə.Qarayev, Rusiya Kitabxana assosiasiyasının vitse-prezidenti professor Y.İ.Kuzmin, Rusiya Federasiyasının Federal Mühafizə Xidmətinin İdarə Rəisinin müavini V.Q.Yudin, Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və səlahiyyətli səfiri V.N.İstratov, AR-nın İnsan hüquqları üzrə müvəkkili Ombudsman E.Süleymaniva, BDU-nun kafedra müdiri, professor Abuzər Xələfov, Prezident Kitabxanasının direktoru M.Əhmədov, Milli Dövlət kitabxanaının direktoru K.Tahirov və başqaları iştirak etmişlər.
Qonaqlar öz çıxışları zamanı yaradılan mərkəzin əhəmiyyətindən geniş söhbət açmış və bu mərkəzin iki dövlət arasında olan ictimai-hüquqi əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini vurğulamışlar.
İHİM açıldığı gündən böyük əhali kütləsinin marağına səbəb olmuşdur. Mərkəzin istifadəçiləri arasında müxtəlif dövlət və qeyri – hökümət təşkilatlarının, müxtəlif təhsil ocaqlarının - Bakı Dövlət Universitetinin, İqtisadiyyat Universitetinin, Xarici Dillər Universitetinin tələblərinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin, müxtəlif hökümət və qeyri-hökümət təşkilatlarının əməkdaşlarının, hüquq məsləhətxanalarının işçilərinin və adi oxucu qruplarının adını çəkmək olar. Onlar həm mərkəzdəki hüquq elmlərindən bəhs edən ədəbiyyatdan tam sərbəst istifadə edə bilir, həm də onlara təqdim olunan proqramdan yararlanırlar. Müraciət edənlərin sırasında sosial mövzularla maraqlananlar daha çox olmuşdur. Belə ki, “AİDS” “Narkomaniya”, “Əlillər”, “Küçə uşaqları” “Təhsil” “Təhsildə korrupsiya” və s. ən çox tələb olunan mövzular sırasındadır.
İctimai Hüquq İnformasiya Mərkəzində əhali və vətəndaşlar Rusiya Federasiyasının Qanunvericilik və hüqu informasiya bazasına virtual daxil olmaq imkanı qazanırlar. Mərkəzimizin müsbət cəhətlərindən biri də pulsuz xidmət göstərməsidir. Bundan əlavə mərkəzimiz mütəmadi olaraq respublikamızın müxtəlif rayonlarında yaradılan 35 məntəqə ilə əlaqə saxlayır, onların sorğu və problemləri ilə yaxından tanış olur. Mərkəzimizn qarşısında duran ilkin vəzifə Rusiya Federasiyasının “Qanunvericilik toplusu”nda olan hər bir yeniləşməni kompüterə yükləmək və tələbatçıların istifadəsinə verməkdir. Bu məqsədlə həftədə iki dəfə kompüterə proqramın hər bir yeniləşməsi yüklənir. Rusiya Federasiyasının Hüquq İnformasiya bazasına daxil olan məntəqələrlə əlaqə hal-hazırda yalnız e mail poçt ünvanı (ihim@inbox.ru) vasitəsilə həyata keçirilir.
25 Noyabrın 2008-ci il tarixində İFLA-nın seçilmiş prezidenti Ellen Tisen mərkəzdə qonaq olmuşdur. Mərkəzin əməkdaşları mərkəzin strukturu yaranma tarixi, fəaliyyət prinsipləri ilə qonağı tanış etmiş, onu maraqlandıran sualları cavablandırmışdır.
Mərkəz yarandığı gündən C. Cabbarlı adına Respublika Kitabxanasının qarşısında duran ən vacib məsələlərdən biri İHM-in və burada tətbiq edilən proqramların təbliğatıdır. Bu məqsədlə indiyə qədər hərəsi beş günlük olan iki –treninq təşkil olunmuşdur.
Birinci treninq 20-24 aprel 2009-cu il tarixdə hüquqi qanunvericilik bazası üzrə çalışan mütəxəssislər üçün təşkil olunmuşdu. Treninqdə müxtəlif nazirliklərin, idarə və təşkilatların, habelə respublikanın şəhər və rayon kitabxanalarının mütəxəssisləri iştirak etmişlər. Treninqdə elektron formada Hüquqi İnformasiya mənbələri, Rusiya Federasiyasının hüquqi-qanunvericilik bazası və qanunlar toplusu”, “Hüquqi informasiyanın rəsmi və dövri nəşrləri”, “Rusiya İmperiyasının qanunlar toplusu” bazalarından istifadə qaydaları və sözügedən bazalarda axtarışın həyata keçirilməsi və s. praktiki məşğələlər keçirilmişdi. Treninqin ikinci günündə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri L.Məmmədova Kitabxana işi sahəsində qəbul olunmuş Dövlət Proqramı haqqında məruzə ilə çıxış etmişdir. Bundan əlavə treninqdə İRBİS-64 proqramı, onun işləmə prinsipləri, Azərbaycan kitabxana saytlarında axtarış sistemlərinə dair dəyərli məlumatlar verilmişdir. Treninqin üçüncü günündə Moskva ilə canlı bağlantı yaradılmışdır. Treninq iştirakçıları proqramla iş prosesində üzləşdikləri problemlər barədə Rusiyalı mütəxəssislərdən dəyərli məsləhətlər almışlar. Treninqin yekununda iştirakçılara sertifikat və qanunvericilik bazasını yükləmək üçün disklər verilmişdi.
Ikinci treninq isə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 22-26 fevral 2010-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhər və rayon kitabxanalarında çalışan mütəxəssislər üçün keçirilmişdi. Treninqə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin dəstəyi ilə Rusiya Federasiyasından Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinski dəvət olunmuşdu. Treninqə mədəniyyət və turizm nazirliynin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova rəhbərlik etmişdi. Treninqdə Veb İRBİSin əsas funksiyaları, Apache proqramının quraşdırılması, elektron kataloq və elektron resuslarının internet beynəlxalq şəbəkəyə çıxarılması, biblioqrafik bazaların yaradılması, Z39,50 Şlyuzunun tətbiqi və s. məsələləri tədris edilmişdi.
Treninqdə Rusiya Federasiyasından Beynalxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinskidən əlavə mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun əməkdaşı Samir Abbasov və kitabxananın əməkdaşı Günay Həsənova da məruzəçi kimi çıxış etmışdilər. Treninqdə şəhər və rayon kitabxalarından 60-a yaxın kitabxana əməkdaşları iştirak etmişdi. Birinci treninqdə olduğu kimi bu treninqdə də bütün iştirakçılara sertifikatlar ilə təltif olunmuşdular.
İctimai Hüquq İnformasiya Mərkəzi birbaşa olaraq hüquqi orqanlar ilə əlaqəli fəaliyyət göstərdiyi üçün biz öz iş strukturumuzda hüquqi orqanlar ilə əməkdaşlığa xüsusi diqqət yetiririk. Belə ki, mərkəzimiz fəaliyyət dövründə “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası və uşaq hüquqlarının müdafiəsi” mövzusunda elmi-praktiki konfranslar, “Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıq və narkomaniya” mövzusunda dəyirmi masalar və s. keçirilmişdi.
Bu tədbirlər Azərbaycan Respublikası Baş Prokurorluğunun, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlar işi üzrə şöbənin əməkdaşları, Uşaq Hüquqları üzrə Azərbaycan Alyansı QHT-nin nümayəndələri ilə birlikdə həyata keçirilir.
Kitabxana minlərlə ədəbiyyatın təbliği məqsədi ilə kütləvi tədbirlərin əyani və şifahi formalarından istifadə etməklə hər ay müxtəlif mövzuları əhatə edən kitab səgiləri, foto-stendlər, dəyirmi masalar, sual-cavab gecələri, görüşlər, elmi-praktik konfranslar, təqdimat mərasimləri, disputlar keçirir. “Vətəni biz şəhidlikdən uca tutduq”, “Soyqırım, milli genosid”, “Unudulmaz milli lider”, “Ekoloji saflıq,- sağlamlıq”, “Böyük qayıdış, milli qurtuluş”, “Heydər Əliyev irsi və dövlətçilik işi”, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Harkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları”, “Xocalı faciəsi,-əfsanəvi reallıq”, “ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilən qondarma erməni soyqırımına qarşı etiraz”, “Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıqlar, narkomaniya” başlıqları altında sual-çavab geçələri, dəyirmi masalar, disputlar, elmi-praktik konfranslar keçirilmişdir.
Hazırda kitabxananın maddi-texniki bazasını 21 kompüter, 2 faks aparatı, 4 sürətçıxarma aparatı, 1 proyektor, 6 printer, 1 dəst səsgücləndirici aparat, 1 kağızkəsən avadanlıq, 1 rəngli printer sürətçıxarma aparatı, 1 laminator, 1 stepler skrebba, notebook, 1 CUKLOS kağızkəsən, 1 metal prujin ilə cildləmə avadanlığı və digər avadanlıqlar təşkil edir.
Kitabxana hər il oxucu marağını nəzərə alaraq müxtəlif qəzet və jurnallara abunə olur. Bu ildə 17 adda qəzet, 6 adda jurnala abunə yazılmışıq. Həmçinin, bu qəzet və jurnallar gündəlik olaraq nəzərdən keçirilir, biblioqrafik məlumatlar kitabxana Avtomatlaşdırma Sistemi – İRBİS-64 salınır.
Bu gün kompüter dünyada milyonlarla insanın həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Təxmini hesablamalara görə, yaxın gələcəkdə fərdi kompyuterlərin dörddə biri (250 milyon) kompyuter şəbəkəsi ilə əhatə olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işi böyük vüsətlə ölkəmizin bütün şəhər və rayon kitabaxanalarını əhatə edir.
Kompyuterləşmə bütün bəşəriyyətin böyük nailiyyətinə çevrilmişdir. Məhz bu təzahür elmi-texniki tərəqqinin müasir mərhələsinin əsasını qoymuşdur. Kitabxanalarımızın müasir dövrdə kömpüterləşmə siyasətindən kənarda qalmaması təbii ki, çox sevindirici haldır. Müasir dövrdə demək olar ki, bir kitabxana belə tapmaq mümükün deyil ki, orada kompüterləşmə prasesinə start verilməsin. Kompyuter şəbəkəsi, veb sayt, elektron poçt ünvanı müasir kitabxanalarımız fəaliyyətinin ayrılmaz hissəsidir. Təbii ki, bizim kitabxanamız da istisnalıq təşkil etmir.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının veb saytı 2009-cu ildə yenidən yeniləşmiş və istifadəçilərin ixtiyarına verilmişdir. Sevindirici haldır ki, kitabxanamızın veb saytının yaradılmasında birbaşa olaraq kitabxanamızın əməkdaşları iştirak etmişlər. Biz öz veb saytımızda kitabxanamızın fəaliyyətindən əlavə oxucu kütləsi üçün maraqlı ola biləcək hər bir mövzuya toxunmağa çalışrıq. Veb saytımız hər gün yeni məlumatlar ilə yenilənir. “Aktual mövzular”, “Gənclər hərəkatı”, “Bu ay teatrlarımızda” və s bu kimi linklər hər bir gənc oxucunun maraq dairəsindən xəbər verir. Böyük bir tarixi keçmişə malik olan Azərbaycanımızın keçmişi, bu günü, turizm gözəllikləri, 31 Mart Soyqırımı, 20 Yanvar və Xocalı faciəsi və s bu kimi movzular saytımızda çox geniş formada işıqlandırılmışdır.
Son illər ərzində C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının fəaliyyəti Mədəni-maarif jurnalının “Şərəf ” diplomuna, Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” İB-nin “Ağa Musa Nağıyev” diplomuna, Azərbaycan “Azad qələmlər” Cəmiyyətinin “Qızıl əllər” fəxri mükafatı laureatı diplomuna, “Qafqaz-Media” İB-nin “Cəsarətli qələm” diplomuna layiq görülmüşdür. C.Cabbarlı adına Respublika Gənclər kitabxanası bu gün öz işini günün tələbləri səviyyəsində qurmaq üçün bütün imkanlardan bəhrələnməyə böyük səy göstərir.