Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıq və narkomaniya” mövzusunda dəyirmi masa

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 30 mart 2010-cu il tarixdə “Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıq və narkomaniya” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxanının direktoru T.sadıqov açıb qeyd etmişdir ki, 2007-ci ilin fevral ayından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramı” nda nəzərdə tutulan tədbirləri həyata keçirmək məqsədilə kitabxananın nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzi yaradılmışdır ki, buraya da müraciət edənlər Çar Rusiyasında bu günədək Rusiya hüquqi informasiyalarına aid materialları əldə edə bilirlər.
Dəyirmi masada Azərbaycan Respublikasının Baş Prokurorluğunun Şöbə Prokuroru V.Orucov, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin böyük prokuroru R.Qasımov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlar işi üzrə inspektor R.Rəsulbəyli, Yasamal rayonundakı 31 saylı orta məktəbin şagirdləri, ADMİU-nun tələbələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun şöbə prokuroru V.Orucov öz çıxışında qeyd etdi ki, həm hökümət, həm də qeyri-hökümət təşkilatlarının yeniyetmələrlə iş aparan nümayəndələri vardır ki, onlar da təhsil müəssisələrində tez-tez müxtəlif mövzularda söhbətlər aparır,
gənc nəslin cinayətkarlıqdan, müxtəlif pis əməllərdən, xüsusən də narkomaniyaya meyil göstərmələrindən çəkinməsində fəaliyyət göstərirlər. O, həmçinin, bu sahədə kütləvi informasiya vasitələrinin də başlıca mövqe tutduğunu xüsusi vurğuladı. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlar işi üzrə inspektoru R.Rəsulbəyli Bakı şəhərindəki 11 rayonun hər birinin Polis Bölmələrində yeniyetmə və gənclərlə iş aparan şöbənin fəaliyyət göstərməsindən cinayətə,
narkomaniyaya gedən yolun sonunun yoxluğundan, insanı əqlən, ruhən, mənəviyyatca məhv etməsindən adanışmışdır. MDB ölkələri ilə müqayisədə Azərbaycan gəncləri arasında cinayətkarlığın, narkomaniyaya meyilliliyin faktiki olaraq azlığının müsbət hal olduğunu da bildirmişdir. Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İadərisinin böyük prokuroru R.Qasımov öz çıxışında respublikamızda hüquqi biliklərin zəifliyinə toxundu. Gənclər arasında hüquqi biliklər geniş təbliğ olunsa cinayətkarlığın azalacağına əminliyini, narkomaniya ilə mübarizənin bütün təhsil, təlim müəssisələrinin ümdə vəzifəsi olduğunu qeyd etdi.
Dəyirmi masa şagirdlərin və tələbələrin suallarına cavabla sona çatmışdı.