Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Zərifə Orxan Quliyevanın “Sənsiz səninlə”, “Ömrün son baharı”, “Son ümidim”, “Tale yazısı” kitablarının təqdimat mərasimi

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 25 dekabr 2010-cu il tarixdə Zərifə Orxan Quliyevanın “Sənsiz səninlə”, “Ömrün son baharı”, “Som ümidim”, “Tale yazısı” kitablarının təqdimat mərasimi keçirilmişdir. Mərasimi kitabxananın direktoru T.Sadıqov açaraq, son illər kitabxananın informasiya məkanındakı rolundan, dövlətimizin kitabxana sahəsinə göstərdiyi qayğı və diqqətdən müasir texnologiyalar sayəsində istənilən kitabın, oxucunun maraq dairəsində olan əsərin İnternetdə kitabxanaların veb saytları vasitəsilə əldə olunması, oxunması imkanından danışdı.
Tədbirdə müəllif Zərifə Orxan, “Respublika” qəzetinin xüsusi müxbiri, şair-publisist Rauf İlyasoğlu, Azərbaycan Televiziyasının xüsusi müxbiri Firuzə Nadir, “Həkəri” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı Hacı Əli Xankişiyev, Ümumrusiya-Azərbaycan Konqresi Murmansk vilayətinin informasiya mətbuat katibi Əlihüseyn Şükürov, ATU-nun müəllimi Aidə Bəndəliyeva, bədii qiraətçi Tahirə Ağasiyeva, əməkdar mədəniyyət içşisi, yazıçı Afət Sadıqov, şair Paşa Ağaoğlu, “Qoşa ulduz” jurnalının redaktoru şair, publisist Gülzar Şəmkirli, “Azad qələm” qəzetinin redaktoru Nəcibə İlkin, ADİU-nun əməkdaşı, şəhid ailəsi Rəhilə Cəbrayılova, “Bütöv Azərbaycan” qəzetinin təsisçisi Tamxil Ziyəddinoğlu, “Respublika çəhid anaları” Xeyriyyə mərkəzinin sədri hacı Rəfiqə Əsgərova, Hacı Tamilla xanım və başqaları iştirak edirdilər.
T.Sadıqovdan sonra söz alan R.İlyasoğlu Z.Quliyevanın yaradıcılığından, həkim kimi peşəkarlığından, ictimai-siyasi fəaliyyətindən ətraflı söhbət açmışdır. Zərifə Orxanın qələmə aldığı kitabın hər səhifəsində yaşadığı itikinin nə qədər ağır, dözülməz olduğunun aydın şəkildə hiss olunmasından danışdı.
Firuzə Nadir öz çıxışında bu kitabın dərdini bölüşmək istəyən, həyatda övlad itkisi ilə qarşılaşan analara bir dəstək olduğunu vurğuladı.
Ə. Xankişiyev Zərifə xanımın kitablarını həcəyansız oxunmasının mümkün olmadığını, qəlbləri riqqətə gətirən əsərlərinin böyük ana fəryadı ilə yazıldığını vurğuladı. Bu ananın övlada olan sevgisinin bütün analara nümunə ola biləcəyini dönə-dönə qeyd etdi və müəllifə dözümlü, təmkinli olmağı arzuladı.
Bədii qiraətçi Tahirə Ağasiyeva Zərifə xanımın vaxtsız itirdiyi sevimli oğlu Orxana həsr edilmiş şerləri özünəməxsus tərzdə söylədi. O bildirdi ki, Zərifə xanım öz qələmi ilə Azərbaycan qadınının ucalığını, Azərbaycan anasının fədəkarlığını bir daha təsdiq etdi.
Tədbir boyunca mərhum Orxan Quliyevin xatirəsinə həsr olunmuş və iştirakçılar tərəfindən ürək ağrısı ilə qarşılanan video çarx nümayiş etdirildi.
Mərasimin sonunda müəllifin kitabları tədbir iştirakçılarına təqdim olundu.