Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin yenidən bərpasında çox böyük xidmətləri olan ümummilli lider, dahi öndər Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, 18 oktyabr Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında göstərildi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı.
Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətlərindən ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya , Pakistan , İsveçrə, İran , ABŞ, Rusiya və başqa dövlətlər tanıdılar. Müstəqillik uğrunda çox qurbanlar, şəhidlər verən Azərbaycan artıq 25 ildir ki, bu yolda inamla addımlayır.
“Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin sədri Tofiq Əlizadə Azərbaycanın müstəqilliyimiz, dövlətçiliyimiz, üçrəngli bayrağımız uğrunda verdiyi şəhidlərdən danışandan sonra məmləkətimizi, torpaqlarımızı daima sevməli, qorumalı olduğumuzu bir daha vurğuladı.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva qeyd etdi ki, müstəqilliyimiz uğrunda çarpışanlar erməniyə “yox” deyərək həlak oldular. Biz tariximizi unutmamalıyıq. Əminəm ki, bu bayramı bir gün Qarabağ torpağında keçirəcəyik.
Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova çıxışında bildirdi ki, nisbətən yaşlı nəsil 1991-ci ildə təkrarən müstəqilliyimizi bərpa etdiyimiz o illəri yaxşı xatırlayırlar. Bu günləri əldə etmək üçün çox şəhidlər verdik, ağır günlər yaşadıq. İndi həmin şəhidlərin ruhları şaddır. Arzu edirəm ki, Azərbaycanımızın müstəqilliyi əbədi olsun. Biz tariximizi yazanları unutmamalıyıq.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin peşəkar diktoru Eldost Bayramov Azərbaycanın öz müstəqilliyini qazanması naminə şəhidlər verə-verə keçdiyi ağır illərdən danışandan sonra “Dünya Azərbaycanlı gənclərinin himni”ni oxudu.

Rusiyadan gələn qonaq, Provoslav Yazıçılar İttifaqının üzvü Tatyana Babanova Azərbaycanın qanlı 20 yanvar gününə həsr etdiyi şerini oxudu.
Türkiyədən gələn qonaq Fəsi Əlioğlu Azərbaycan xalqını Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edəndən sonra şer oxudu.
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin üzvü Elxan Rəsuloğlu “Ey vətən” mahnısını ifa etdi.
Tədbirdə həmçinin, “Carçı nyus” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, sabiq polis rəisi Sabir Məmmədov, şair Şahlar Baba, şairə-publisist Mərcan Şahbuzlu, şair-publisist Qəşəm İlqar Ruhdaş, həkim, şair Zakir Ağdamlı da iştirak edirdilər. Tədbir iştirakçıları Azərbaycan xalqını bir daha Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib torpaqlarımıza sülh, əmin-amanlıq arzuladılar.





  <