Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Bir səsin sehri

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 yanvar 2011-ci il tarixdə Azərbaycanın xalq artisti, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, müasir Sovet vokal məktəbinin ən ləyaqətli nümayəndələrindən biri olan Lütfiyar Müslüm oğlu İmanovun anım günü qeyd edildi. Tədbiri C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov açaraq, Lütfiyar İmanovun həyat və yaradıcılığından, onun uşaqlıq illərində musiqiyə və incəsənətə göstərdiyi maraqdan, Azərbaycan dövlətinin onun xidmətlərini yüksək qiymətləndirməsindən, 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti, 1977-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülməsindən və həmçinin müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilməsindən danışdı.
Tədbirdə dünya azərbaycanlılarının həmrəyliyinə dəstək cəmiyyətinin prezidenti Tofiq Əlizadə çıxış edərək Lütfiyar İmanovun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi misilsiz töhfələri yüksək qiymətləndirmişdir. “Zirvə” ziyalılar təşkilatının prezidenti Minayə Dəyanətqızı Lütfiyar İmanovun gözəl insani keyfiyyətlərindən, onunla şəxsən tanış olmasından və onunla bağlı xatirələrindən danışdı. Tədbirdə iştirak edən xalq artisti Şahlar Quliyev Lütfiyar İmanovla uzun illər tərəf müqabili olmasından, dünyanın klassik opera səhnələrində uğurlu çıxışlarından söhbət açdı.
Bundan əlavə tədbirdə prof.Əsədulla Qurbanov, Qazaxstan səfirliyinin işçisi, Dostluq cəmiyyətinin sədri Eldar Günaydın, Nazirlər Kabinetinin məsul işçisi, şair Ramiz Məmmədzadə, BDU-nun professoru, pedaqoq Leyla Gərayzadə, prof. Əminə Tuncay, musiqişünas Afaq Məmmədova, və başqaları iştirak etmişlər. Tədbirin sonunda söz alan Rauf İmanov atasının anım gününün belə yüksək səviyyədə qeyd edildiyi üçün kitabxananın rəhbərliyinə və bu işdə əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi. Tədbir boyunca Tofiq Əlizadənin Lütfiyar İmanova həsr etdiyi filmdən fraqmentlər iştirakçılara nümayiş etdirilmişdir.