Hüquq mərkəzi - RYL

Go to content

Main menu:

Hüquq mərkəzi


İctimai Hüquqi İnformasiya Mərkəzi
İctimai Hüquqi İnformasiya Mərkəzi 28 fevral 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayının 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” imzaladığı sərəncama əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şəhər və rayon kitabxanalarında İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılması planlaşdırıldı. Bu yönümdə bir sıra tədbirlər həyata keçirildi. Əsas məsələlərdən biri bu mərkəzin hansı kitabxananın nəzdində yaradılacağı problemi idi. Uzun illər gənclərin həyatında mühüm rol oynayan, onların hərtərəfli inkişafına köməklik göstərən gənclərlə yüksək səviyyəli, uzunmüddətli iş təcrübəsinə malik olan C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində yaradılacağı müəyyənləşdirildi.

İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılmasında məqsəd  
Azərbaycan vətəndaşlarını Rusiya Federasiyasının      qanunvericiliyinə dair məlumatlandırılmasını təmin etmək.
Onlara lazım olan məlumatı tez və operativ onlara      çatdırmaq.
Rusiya Qanunvericilik toplusundan yararlana bilən      35 məntəqə üçün metodiki mərkəz rolunu oynamaq.
“İnformasiya hamı üçün” YUNESKO proqramının Rusiya Komitəsi ilə danışıqlar aparmış və bir sıra nazirlik, idarə və kitabxanalarda ictimai hüquqi informasiya mərkəzlərinin yaradılmasına nail olmuşdur. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyi “İnkişaf naminə təşəbbüs - Qlobal” İctimai Birliyi ilə birlikdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında ilk dəfə İctimai Hüquqi İnformasiya Mərkəzinin (İHİM) yaradılmasına nail oldu. Beləliklə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına sözügedən bazaya açıq daxilolma və istifadə hüququ verildi. Bundan əlavə də 35 məntəqənin həmin mərkəzdən idarə olunması nəzərdə tutuldu.

PROQRAMLAR
Hüquqi İnformasiya Sistemi “Rusiya qanunvericilik toplusu” proqramı
Hüquqi İnformasiya Sistemi “Rusiya qanunvericilik toplusu” proqramı özündə aşağıdakıları cəmləyir:
1. Rusiya Federasiyasının qanunvericilik toplusunu.
2. Federal icraçı hakimiyyət orqanlarının icraçı aktlarının bülletenlərini.
3. Rusiya Federasiyası hökümətinin və Prezidentin aktlar toplusunu.
4. Rusiya Federasiyasının deputatlarının və Rusiya Federasiyasının Ali Sovetinin qurultay siyahılarını.
5. Beynəlxalq sazişlərin bülletenləri.
6. Rusiya Federasiyasının Ali Məhkəməsinin bülletenləri.

Hüquqi İnformasiya Sistemi “Hüquqi informasiyanın ictimai və
dövri nəşrləri elektron variantda” proqramı
Hüquqi İnformasiya Sistemi “Hüquqi informasiyanın ictimai və dövri nəşrləri elektron variantda” Hüquqi İnformasiya Sistemi özündə aşağıdakıları cəmləyir:
1. Rusiya Federasiyasının qanunvericilik toplusunu.
2. siya Federasiyası hökümətinin və Prezidentin aktlar toplusunu.
4. Rusiya Federasiyasının deputatlarının və Rusiya Federasiyasının Ali Sovetinin qurultay siyahılarını.
5. Beynəlxalq sazişlərin bülletenləri.
6. Rusiya Federasiyasının Ali Məhkəməsinin bülletenləri.
Proqramların istifadəçilərə verdiyi imkanlar
1. Nəşrlər sistemində qeydiyyata alınmış sənədləri gözdən keçirmək.
2. Gərək olan sənədi onun mətninə, başlığına nömrəsinə əsasən axtarmaq.
3. Axtarışın nəticəsinə əsasən sənədlərə seçmələr tərtib etmək.
4. Sənədlərin daxilinə ayrıclar yerləşdirmək və onlarla işləmək.
5. Seçilmiş sənədləri, onların başlıqlarını və mətnlərini çap etmək imkanı.
6. Sənədlərin kartoçkaları ilə işləmək imkanı.
7. Sənədləri Microsoft WinWord və ya DOS formatında olan fayla köçürmək imkanı.
 
 
Back to content | Back to main menu