Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 18-ci Beynəlxalq Konfrans”

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və kitabxananın əməkdaşı Həsənova Günay Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının 2.8.5. bəndində Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar 04-12 iyun 2011-ci il tarixlərində Ukrayna Respublikasının, Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 18-ci Beynəlxalq Konfrans” da iştirak etmişlər. Konfransı təbrik sözü ilə Krım-2011 Beynəlxalq konfransının təşkilat komitəsinin sədri, Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanasının baş direktoru Y.L.Şrayberq açdı və bütün konfrans iştirakçılarını o cümlədən, Azərbaycan nümayəndə h eyətini də salamladı. Bundan əlavə açılışda “İnformasiya hamı üçün” YUNESKO Proqramının Rusiya Komitəsinin sədri E.İ.Kuzmin, Krım Muxtar Respublikasında Ukrayna Prezidentinin daimi nümayəndəsi V.Q.Yasuba və Krım Muxtar Respublikasının Nazirlər Sovetinin sədri V.Q.Jartı, Moskva şəhər Mədəniyyət Departamentinin sədr müavini O.V.Qrişina, Ukrayna Mədəniyyət naziri M.A.Kulinyak və başqaları da konfrans iştirakçılarını təbrik etdilər. Konfrans öz işini proqramda nəzərdə tutulmuş müxtəlif mövzular üzrə “Kitabxana və cəmiyyətin elektron informasiyası, informasiya əsrinin yeni onilliyində bizi nə gözləyir?”, “Gənc kitabxana mütəxəssisləri, yeni nəsil-yeni baxış?” , “”Uşaq və yeniyetmələrdə qiraətlə bağlı çətinliklər”, “İRBİS proqramının daimi tədris dərsləri” seksiya, seminar, dəyirmi masalar və prezentasiyalar şəklində təşkil etmişdir.
Konfransın dördüncü günü bizim nümayəndə heyəti İ. Kaspirinski adına Krımtatar kitabxanasının “Türk dünyasının aşıq poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar “Şair doğulmuşam mən...” mövzuda keçirilən tədbirdə iştirak etdi. Tədbirdə Aşıq Ömərin həyat və yaradıcılığında maraqlı faktlarla yanaşı bütün türk xalqının aşıq sənət adamlarının adları da çəkildi. T.Sadıqov tədbirdə Azərbaycan aşıq yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mədəniyyət və incəsənətin bütün sahələri ilə barəbər aşıq sənətinə və onun inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Aşıqlar Birliyinin yaranmasından, 2009-cu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan aşıqlarının təşkil etdiyi konsertdən, 2009-cu ilin noyabrda Dərbəndə keçirilən musiqi festivalından, 2009-cu ilin payızında Londonda keçirilən “Azərbaycan Günləri” ndə və digər ölkələrdə Azərbaycan aşıqlarının çıxışları haqqında tədbir
iştirakçılarına geniş məlumat vermişdir. Azərbaycanın aşıq sənəti yaradıcılığı tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Eyni zamanda həmin tədbirdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının veb saytı və kitabxananın nəzdində yaradılan Rusiyanın İctimai Hüquqi İnformasiya Mərkəzi haqqında prezentasiya, kitabxanada keçirilən tədbirlərə dair slaydlar nümayiş etdirildi. Tədbirin təşkilatçıları İ. Kaspirinski adına Krımtatar kitabxanası mənim aşıq poeziyası haqqında çıxışı və C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına həsr olunan prezentasiyanın öz kitabxanalarının saytında (http://www.kitaphane.crimea.ua) yerləşdirməsi üçün razılıq verməyimizi xahiş etdilər. Kitabxana gələcəkdə birgə layihələrin qurulmasına dair şifahi razılaşmalar əldə edildi.
Konfransın maraqlı mövzularından biri də “Biliklərdən yararlanmaq imkanı və kitabxanaların dəyişən rolları” mövzusunda seminar və dəyirmi masa idi. Həmin mövzu üzrə İFLA-nın Prezidenti Ellen Tays müasir dövrdə müəllif hüquqları, müəllif hüquqlarının qorunması, kitabxana və nəşriyyatların birgə əməkdaşlığı məsələlərinə toxundu, seminar iştirakçılarının suallarını cavablandırdı. Kitabxana əməkdaşlarının İFLA-nın Prezidenti Ellen Tays ilə maraqlı söhbətləri oldu. Əməkdaşlarımız ona 2009-cu ildə Azərbaycanda və C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində olmasını xatırlatdım, onun səfərindən sonra mərkəzdə baş verən yeniliklərdən, Azərbaycanda kitabxanalara göstərilən qayğı və diqqətdən ona danışdılar. O da öz növbəsində Azərbaycanda olmasından çox məmnun olduğunu bildirdi. Konfrans milli informasiya resursları, kitabxana fondları və onların qorunması, kitabxanalararası əməkdaşlıq, kitab ticarəti, kitab nəşri, online texnologiyaları, CD-ROM, elektron nəşr internet və kitabxanalar, kitabxanalar və avtomatlaşdırılmış sistemlər, kitabxana konsorsumu, kitabxana formatları, standartlar, kitabxana kadrları və sairə kimi mövzuları əhatə edirdi.