Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Könül Nazimqızının “Aylı gecələrim” adlı kitabının təqdimat mərasimi

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 dekabr 2014-cü il tarixdə nəğməkar şairə Könül Nazimqızının “Aylı gecələrim” adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri kitabxananın direktoru T. Sadıqov açaraq müasir Azərbaycan ədəbiyyatında poeziyanın inkişafından, xüsusən gənc şairlərin ədəbiyyata gətirdikləri yeniliklərdən danışandan sonra bir neçə diplom, “Uğur”, “Vətən” Media mükafatçısı şairə Könül Nazimqızının yaradıcılığı haqqında geniş məlumat verdi. Onun şerlərində insanı düşündürən amillərin, vətənə, xalqa, valideynə sevgi hissinin yüksək məharətlə verilməsini qüsusi vurğuladı. Qeyd etdi ki, ”Aylı gecələrim” toplusu Könül xanımın bizlərə təqdim etdiyi 20-ci poeziya çələngidir. Müəllif ənənəsinə sadiq qalaraq yeni kitabında da əsasən vətən, ana, təbiət və ülvü məhəbbətin tərənnümünü qələmə almışdır. Müəllifin bütün yaradıcılığı boyu olduğu kimi bu kitabında da öz əksini tapan lirik-epik şerləri, qəzəl və rübailəri yenə də bizlərin qəlbini oxşayacaqdır.

Təqdimat mərasimində “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri T.Əlizadə, “Respublika Ağsaqqallar və Veteranlar Şurası”nın üzvü S.İsrafilova, hüquqşünas-alim F.Quliyev, şair R.Mövsüm, “Gündəlik Bakı” qəzetinin şöbə müdürü P.Mahmudov, “Carçı nyus” jurnalının baş redaktoru G.Əmirquliyeva, şair Q.İlqar, “Ekspress” qəzetinin əməkdaşı N.Məmmədli, yazar-şair K.Abıyeva, “Dünya Ana və Uşaqlar” ictimai birliyinin sədri D.Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına “İnkişaf fondu”nun sədri Ə.Məhərrəmov, müğənnilərdən Z.Abdullayeva, Ə.Qəhrəmanlı, Asiya Universitetinin tələbələri iştirak edirdilər.
T.Əlizadə öz çıxışında Könül Nazimqızının poeziyasında bədii intonasiya, fikirlə hissin vəhdəti, poetik həqiqətin təzahürünün aydın şəkildə verildiyini söylədi. Qeyd etdi ki, müəllifin ürəklərə nüfuz etmək qabiliyyəti və insani duyğuları riqqətə gətirən misraları bütün yaradıcılığı boyu bizi izləyir. Könül xanımın vətənpərvərlik ruhunda yazılmış kitablarının gələcək nəsillələ örnək olacağını da xüsusi vurğuladı.

D.Əliyeva çıxış edərək Könül xanımın poetik könül dünyasından, bu dünyada vətən, azadlıq, sevgi hislərinin aşıb-daşmasından, bir insan köksünə sığmayacaq dərəcədə çoxluğunun nəticəsi kimi böyük kitablara çevrilən vərəqlərə köçürülməsindən danışdı. O, qeyd etdi ki, Könül xanım vətənpərvər, səmimi, təvazökar və əsl duyğusal mənəviyyat adamıdır. O, bütün xarakterik xüsusiyyətləri ilə ləyaqətli vətəndaş və əsl azərbaycan xanımıdır. Şairənin “Aylı gecələrim” kitabında toplanmış şerlər öz məzmun və keyfiyyət baxımından insanın zövqünü oxşayır. Kitabın əsas motivi nikbin əhval- ruhiyyə üzərində qurulub. Əminəm ki, Könül xanımın bu kitabı oxucuların stolüstü kitabına çevriləcəkdir.
Ə.Məhərrəmov Könül xanımın yaradıcılığı ilə uzun illər boyu tanışlığından, müəllifin öz yazılarını ürəyinin işığı ilə yazmasından, yazıçı təxəyyülündən, həmçinin, şerlərində sevgi mövzusuna geniş yer verməsindən danışdı. O, qeyd etdi ki, Könül xanımın poeziyasında məhəbbət mövzusunun geniş yer tutmasına baxmayaraq, onun da qəlbi bütün azərbaycanlılar kimi azadlıq eşqi ilə döyünür. Bu azadlıq eşqinin adı Qarabağdır. Onun da ən böyük arzularından biri yeni yazdığı kitabının təqdimatını ulu Qarabağ torpağımızda keçirməkdir.

Ş.Şuşalı “Aylı gecələrim” kitabının əsas ideya-bədii xüsusiyyətlərindən, Könül Nazimqızının yaradıcılığını daim izləməsindən danışandan sonra özünün müəllifi olduğu“Şuşam” şerini söylədi. Həmçinin, qeyd etdi ki, Könül xanımın şerlərinə altmışa yaxın musiqi bəstələnib, gözəl mahnılara çevrilib. Müğənnilərimizin ifasında tez-tez səslənən bu mahnılar hamının rəğbətini qazanıb.
Müəllif Könül Nazimqızı ünvanına deyilən xoş sözlərə görə tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, həyat büsbütün etibarsızlıq, vəfasızlıq və sınaq imtahanından ibarətdir. Sədaqət dostum isə təkcə əlimdəki bu şəxsi qələmimdir ki, yalnız mənə məxsusdur. Deyirlər xoşbəxtlik pərvanəyə bənzəyir. Şam kimi başına dolanır. Tuta bildinsə, sənindir. Əgər tuta bilmədinsə başqasınındır. Bu kitab mənim sizinlə 21-ci görüşümdür. Əgər qismət olsa, yeni şerlərimlə sizin görüşünüzə gələcəyəm.
Müğənni Ə.Qəhrəmanlı onun şeirinə bəstələnmiş musiqi nömrəsi ilə çıxış etdi.
Sonda müəllif Könül Nazimqızı “Aylı gecələrim” kitabından bir neçə nüsxəni kitabxanaya hədiyyə verdi.

   




  <