 |
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18-19 oktyabr 2011-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Azrbaycan-Rusiya Beynəlxalq konfransı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin məsul işçilərinin, mütəxəssislərin, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransı C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov açaraq kitabxana sisteminin inkişafında beynəlxalq əlaqələrin qurulmasının vacibliyindən danışaraq sözü Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. V.Əliyev dövlətlərarası münasibətlərdə kitabxanaların rolundan danışmış, müstəqilliyimizin 20 illik yubileyi ərəfəsində keçirilmiş konfransın iştirakçılarını , bütövlükdə xalqımızı bayram münasibətilə təbrik etmişdir.
Sonradan söz Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədovaya verilmişdir. L.Məmmədova qonaqları salamlamış və “Azərbaycan Respublikasında
 |
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan sonra bu sahədə dinamik inkişaf hiss edilməsini və Azərbaycan kitabxanaçılarının hər il müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdiyini, kitabxanaların da beynəlxalq tədbirlərdə fəal təmsil olunduğunu qeyd etmişdir.
Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxin, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin sədri, Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova mövzu ilə bağlı geniş, məzmunlu çıxış etmişlər
 |
Konfransda Yevgeniya Kulikovanın “Biblio şəhər” kitabxana-informasiya sistemi Moskva şəhərinin kütləvi kitabxanalarının inkişafının perspektivi kimi”, Vadim Stepanovun “Rəqəmsal kontentin qanuni yayılması sistemində kitabxanalar”, Tatyana Kuznetsovanın “Müasir dünyada kütləvi kitabxana”, “Rusiya kitabxanalarının modernləşdirilməsi və onların sosial innovasiya praktikası: proseslərin sistemli analizi, “Şöhrət” ordenli, professor Abuzər Xələfovun “Kitabxana və kommunikasiya, Nadejda Rojkovanın “Belqorod vilayətinin model ictimai kitabxanaları: innovasiyalı inkişaf konsepsiyası”, İ.Makarenkonun “Kütləvi kitabxanalarda ictimai əhəmiyyət kəsb edən informasiya mərkəzinin təşkilinə müasir yanaşmalar”, Lətifə Məmmədovanın “Azərbaycan kitabxanarı müstəqillik illərində 1991-2011”, Samir Abbasovun “Elektron kitabxanaların informasiya saxlanılması və informasiya cəmiyyətinin inkişafında əvəzsiz vasitədir”, hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Eyvazov və C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzinin baş metodisti G.Həsənovanın “Azərbaycanda fəaliyyət göstərən hüquqi informasiya mərkəzlərinin təqdimatı” və s. mövzusunda məruzələri dinlənilmişdir.
 |
İki gün davam edən konfransın sonunda iştirakçılara, Rusiyadan gələn qonaqlara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletlər, fəxri fərman təqdim edilmişdir.
Konfrans çərçivəsində Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçirilmiş və onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir.
Konfransın sonunda “Azərbaycan müstəqillik illərində 1991-2011” adlı sərgiyə baxış keçirilmişdir.
|