Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü Ali “Dan ulduzu”, Həsən bəy Zərdabi adına və “Qızıl Qələm” mükafatları laureatı İntiqam Mehdizadənin “Karvanın Sarvanı” kitabının təqdimat mərasimi

2009-cu il may ayının 19-da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü Ali “Dan ulduzu”, Həsən bəy Zərdabi adına və “Qızıl Qələm” mükafatları laureatı İntiqam Mehdizadənin “Karvanın Sarvanı” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov açaraq qonaqları salamlamış, kitabın müəllifinin fəaliyyətindən qısaca olaraq bəhs etmişdir.Sonradan söz tədbir iştirakçılarına verilmişdir.
Tədbirdə Azərbaycan radiosu Gənclik və İdman redaksiyasının baş redaktoru Aybəniz Məmmədəliyeva, filologiya elmləri namizədi Asif Rüstəmli, Azərbaycan ədəbiyyatının görkəmli nasiri və şairi Seyran Səxavət, bədii qiraət ustası Zülfiyyə, “Mühit” qəzetinin baş redaktoru, “Təzadlar” qəzetinin əməkdaşı, “Azərbaycan” radiosunun əməkdaşları Fəridə Hüseynqızı və Aynurə Məmmədli, Respublikanın əməkdar artisti Əli Nur, İctimai Televiziyanın ədəbiyyat departamentinin sədri, şair Ramiz Rövşən, Rafiq Səməndərov, Çingiz Əlioğlu və başqaları iştirak etmişlər.

Çıxış edənlərin hər biri kitabın önəmindən, müəllifin kitabın yazılmasına sərf etdiyi əməyin yüksək qiymətə layiq olduğundan söhbət açmışlar. Müxtəlif illərin dövri mətbuatında dərc olunmuş, Azərbaycan radiosunun müxtəlif proqramlarında səslənmiş bu materialların bir kitabda toplanıb işıq üzü görməsinin ölkəmizin mədəniyyət salnaməsinə yazıçı publisist İ.Mehdizadənin dəyərli töhfəsi olduğunu dönə-dönə qeyd etmişlər. Çıxışçılardan biri müəyyən çətinliklərlə əlaqədar nəşri yubadılan kitabın nəhayət ki, işıq üzü görməsinin bu kitabın yolunu uzun illər gözləyənlər üçün nə qədər sevincli bir hadisə olduğunu söyləmişdir.
Tədbirin sonunda C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov 6 oktyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramından irəli gələn vəzifələrin icrasından, kitabxana sahəsində aparılan islahatların önəmindən danışmışdı. O, kitabxanaların indiki-texnikanın böyük vüsətlə inkişaf etdiyi bir dövrdə belə öz aktuallığını və əhəmiyyətini itirmədiyini qeyd etmişdi. Kitabxanamızda son aylarda baş verən müsbət dəyişikliklərdən – kitabxananın təmamilə kompüterləşməsindən, kitabxanada İRBİS 64 proqramının tətbiqindən söhbət açan Tahir müəllim dövlətimiz tərəfindən kitabxanalara göstərilən qayğının təqdirə layiq olduğunu qeyd etmişdi.
Sonda tədbiri yekunlaşdıran Tahir müəllim kitabın müəllifinə yaradıcılıq uğurları arzulamış və belə görüşlərin bundan sonra da keçiriləcəyinə ümid bəslədiyini söyləmişdi.