Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 may 2016-cı il tarixdə pedaqoq, şairə Fəridə Sadənin “Azərbaycan, vətənimizsən” kitabının təqdimatı keçirildi.
Tədbir Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, “Azərbaycan, vətənimsən” həyata, təbiətə, cəmiyyətə, vətəninə ürəkdən bağlı olan pedaqoq, şairə Fəridə Sadənin ilk nəşr olunan kitabıdır. Öz şərəfli ömrünü canından artıq sevdiyi xalqının övladlarının tədris və təliminə həsr etmiş Fəridə xanımın şer dolu dünyası bu kitabda öz əksini tapmışdır. Təkcə şerlərin yox, həmçinin, bir neçə mahnıların da müəllifi olan Fəridə Sadənin ən böyük arzusu isə 1991-ci ildə yazdığı “Azərbaycan, vətənimsən” marşının gənc hərbçilərlə birlikdə özünün də ifa etməsidir.
Azərbaycan Respublikasının xalq artisti, dirijor Yalçın Adıgözəlov çıxışında qeyd etdi ki, Fəridə xanım çox işgüzar, məsuliyyətli, professional şəxsiyyətdir. O, təkcə poeziyanı deyil, musiqimizi də yüksək səviyyədə bilir. Həmçinin, gözəl səsə malik vokalçıdır. “Azərbaycan, vətənimsən” kitabında ürəkdən gələn, çox sadə dildə yazılan şerlər öz əksini tapmışdır.

Azərbaycan Dillər Universitetinin müəllimi, professor Ulduz Aslanova Fəridə xanımın bütün elmləri özündə əxz etməsindən, müəllimlik peşəsinin ən yüksək meyarlarına malik olmasından danışandan sonra “Azərbaycan, vətənimsən” kitabında nəşr olunan lirik şerlərə, bayatılara öz müsbət münasibətini bildirdi.
Jurnalist Gülzar Namazova bildirdi ki, bu gün Fəridə xanım tanınmış vokal ustası da ola bilərdi. Əgər SSRİ xalq artisti Şövkət Məmmədovanın məsləhəti ilə musiqi sahəsində vokal ifaçılığını davam etdirsəydi indi öz səsi ilə bütün dünyanı fəth edərdi. Lakin o, pedaqoji fəaliyyəti və ədəbi yaradıcılıqda da az uğurlar qazanmayıb.
Pedaqoq, şairə Fəridə Sadə “Azərbaycan, vətənimsən” kitabının yazılma tarixindən, ədəbi yaradıcılığından danışandan sonra “Allah özü yol açdı”, “Allah, məni özümə qaytar”, “Ana dilim” şerlərini oxudu, yeni yaradıcılıq planlarından danışdı.

Tədbirdə həmçinin, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Rəna Hüseynova, həkim-cərrah Səbinə Hacıyeva, böyük elmi işçi Qəmər Məmmədbəyova, “Qoşa ulduz” jurnalının baş redaktorunun müavini Hətəm Allahverdiyev, texnika elmlər doktoru, arxitektor Gülnarə Mehmandarova, neft mühəndisi Kərim Mehmandarov, “Azərbaycan, vətənimsən” kitabının redaktoru, jurnalist Elmira Əliyeva, 132 saylı təhsil kompleksinin müəllimi Aynur Dadaşova, musiqi müəllimləri Nailə Səmədzadə, Xuraman Ağamalıyeva, Azərbaycan Dillər Unuversitetinin müəllimləri Rəhimə Babayeva, Göyərçin Nəcəfova, Tutuxanım Babayeva, müəllifin qohumları, ailə üzvləri iştirak edirdilər.
Tədbirin sonunda pedaqoq, şairə Fəridə Sadə “Azərbaycan, vətənimsən” kitabından bütün tədbir iştirakçılarına və kitabxanaya bir neçə nüsxə hədiyyə verdi.





  <