Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 avqust 2016-cı il tarixdə yazıçı Esmira Fuadın “Sözdən asılan arzular” kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə çap olunan yazıçı Esmira Fuadın “Sözdən asılan arzular” kitabı Güney Azərbaycan şairlərinin son yüz ildə yaratdıqları zəngin poeziya xəzinəsindən qırxa yaxın poemanı özündə əks etdirmişdir. Bu poemaların əsas mövzusu vətən, onun ağrılı-acılı və qəhrəmanlıqlarla dolu tarixi, övladlarının öz milli hüquqları, milli kimliklərinin tanınması uğrunda mübarizəsi və əsrlər boyu qoruyub yaşatdıqları mənəvi dəyərlərdir. Bu poemalar həm klassik üslubda, həm də modern şer ənənələri əsasında qələmə alınmışdır. Kitab çoxmilyonlu oxucular üçün Güney ədəbi mühitində poetik mənzərənin öyrənilməsi və sənətkarlıq baxımından çox dəyərlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun ”Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Nailə Əsgər çıxışında qeyd etdi ki, yazıçı Esmira Fuadın “Sözdən asılan arzular” kitabı ədəbiyyatşünaslıq tariximizdə Güney Azərbaycan mövzusunda ilk addım, ilk təşəbbüsdür. Kitabda iyirmi səkkiz Güney Azərbaycan şairlərinin yaradıcılıqlarından nümunələr toplanmışdır.

Şair Qəşəm İlqar Ruhdaş Esmira Fuadın “Sözdən asılan arzular” kitabının ərsəyə gəlməsində Məhəmmədhüseyn Şəhriyar, Mirzə Məhəmməd, Həbib Sahir, Məhəmməd Hidəsi, Haşım Tərlan, Həsən Məcid Savalan, Cabbar Əsgərzadə Bağçaban, Kərin Məşrutəçi Sönməz və digər Güney Azərbaycan şairlərinin yaradıcılıqları ətrafında müəllifin on iki il ərzində araşdırılmalarından, çox gərgin zəhmət bahasına yazılmasından danışdı.
Tərcüməçi, Güney Azərbaycan nümayəndəsi Məsumə Şükürzadə (Yekə) Esmira Fuadı “Güneyin Qüzehlə mənəvi anası” adlandırdı. Qeyd etdi ki, kitabın həmçinin, Cənubi Azərbaycan şairlərinin ədəbi yaradıcılıqlarının sizin ədəbiyyatsevərlərinizə tanıdılması baxımından da çox böyük əhəmiyyəti vardır. Lakin, biz inanırıq ki, Esmira xanımın bu kitabının mütləq ardı olacaq və yeni yazılan ikinci, üçüncü kitablarda “Sözdən asılan arzular”da öz əksini tapmayan digər Güney Azərbaycan şairlərinin yaradıcılıqları işıqlandırılacaq.
Yazıçı Esmira Fuad “Sözdən asılan arzular” kitabının yazılma tarixindən, on iki illik zəhmətinin bəhrəsini məmnuniyyətlə geniş oxucu kütlələrinə təqdim etməsindən, kitabda öz əksini tapan əsərlərin əksəriyyətinin ədəbiyyat tariximizin qızıl fondunda layiqli yer tutmasından danışdı.

Təqdimat mərasimində həmçinin, Güney Azərbaycan nümayəndəsi Məmməd Deqanian (Əkinçi), Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun ”Dədə Qorqud” şöbəsinin elmi işçisi Qumru Şəhriyar, şairə-publisist Kəmalə Abiyeva, həkim, şair Şahlar Baba, “Respublika” qəzetinin əməkdaşı Məmməd Səfərəliyev də iştirak etdilər.
Təqdimat mərasiminin sonunda yazıçı Esmira Fuad müəllifi olduğu “Sözdən asılan arzular” kitabından tədbir iştirakçılarına hədiyyə verdi.





  <