az    ru
Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Gənclər hərəkatı

Aktual mövzular

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə




Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaq, Azərbaycanda yaradılan milli elektron resursların, biblioqrafik yazıların keyfiyyətini yüksəltmək, onların vahid Mərkəzdən yoxlanılmasını təmin etmək və təkrarçılığı aradan qaldırmaq məqsədilə Milli Kitabxana İnformasiya Mərkəzi (AZLİBNET) yaradılmışdır.










>>>
>>>
Yeni kitabların virtual sərgisi



Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında

Azərbaycanda olan butun böyük həcmli kitabxanalar haqqında məlumatı (ünvan, əlaqə nömrələri, poçt ünvanı və s.) bu linkə keçid almaqla əldə edə bilərsiniz.




>>>

Tarixi Qobustan


>>>

>>>

Əziz gənclər!
Korrupsiyaya qarşı mübarizədə fəal olun!!!

Müasir dövrümüzün ən aktual məsələlərindən biri olan KORRUPSIYAYA dair məlumatları bu səhifədəki linklərdən ala bilərsən.





"Rusiya Federasiyasının Qanunvericilik Bazası"

İnsan hüquqları

Müasir dövrümüzün ən aktual məsələlərindən biri olan İNSAN HÜQUQLARINA dair məlumatları bu səhifədəki linklərdən ala bilərsən.



 

Xəbərlər



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 21 dekabr 2012-ci il tarixdə yazıçı Esmira Fuadın “Sözə sevdalılar” kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini giriş sözü ilə Avropa Mətbuat Evinin Prezidenti Ş.Səlimbəyli açıb bildirdi ki, “Şəhriyar poeziyasında xalq həyatı”, “Məhəmmədhüseyn Şəhriyar”, “Əgər bir ömrüm də olsaydı...”, “Ağ üzlü qara Mosu”, “Azərbaycan xalça sənətinin Kamili”, “Dünyaya naxış insanlar”, “Söz sərrafı Şəhriyar”, “Şəhriyar yaradıcılığının poetik qaynaqları” kitablarının müəllifi olan Esmira Fuad həmçinin, “Araz” ali ədəbi, “Qızıl qələm”, “Xan qızı Natəvan” və “Həsən bəy Zərdabi” mükafatlarının laureatıdır. O, əsl ədəbiyyatı, sənəti bütün ruhuyla duyan, yaşayan qələm sahibidir. “Sözə sevdalılar” kitabındakı hər bir yazı milli-tarixi kimliyimizi tanıtma, folklor və etnoqrafiya mədəniyyətimizə diqqət və qayğı, klassik irsimizə ehtiram, müasir ədəbi-mədəni həyatımıza həssaslıq və sair bu kimi bir-biri ilə sıx bağlı olan son dərəcə vacib mədəniyyət problemlərindən bəhs edir. Çıxışının sonunda E.Fuada bu layiqli kitabına görə Avropa Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalı təqdim etdi. Tədbirdə “Nərgiz” nəşriyyatının direktoru, tədqiqatçı alim H.Musabəyli, “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” ictimai birliyinin sədri T.Əlizadə, “Demokratik quruluş” jurnalının baş redaktoru S.Məmmədova, Azərbaycan Elmlər Akademiyası “Cənubi Azərbaycan “ şöbəsinin əməkdaşları M.Mehdibəyova, S.Daşdəmirova, E.Bağırova, şair, publisist Q.İlqar, yazıçı
S.Muxtarova , tədqiqatçı, tərcüməsi M.Şükürzadə, Azərbaycan Televiziyasının əməkdaşı Z.Ağayeva, pedaqoq B.Cənizadə iştirak etdilər.
Kitabxananın direktoru T.Sadıqov yazıçı E.Fuadın əsl ədəbiyyatı, sənəti bütün ruhu ilə duyan, yaşayan qələm sahibi olmasından, daim onun yaradıcılığına böyük maraq və diqqət yetirməsindən, bu yaradıcılığın sözün əsl mənasında gənc nəslin sağlam ruhda tərbiyəsində, maariflənməsində müsbət rolundan danışıb yazıçıya ədəbiyyat sahəsində daha yüksək zirvəyə qalxmasını, daha böyük mükafatlar almasını arzuladı.
T.Əlizadə E.Fuadın yaradıcılığı ilə uzun illərdən bəri tanışlığından, müəllifin öz yazılarını ürəyinin işığı ilə yazmasından, böyüməkdə olan yeni nəsli ayıq saxlamaq üçün yazıçı təxəyyülündən, qələmindən gələn hər şeyi etməsindən, həmçinin, Şəhriyar poeziyası mövzusuna daha geniş yer verdəsindən danışdı.
Kitabxananın direktoru T.Sadıqov yazıçı E.Fuadın əsl ədəbiyyatı, sənəti bütün ruhu ilə duyan, yaşayan qələm sahibi olmasından, daim onun yaradıcılığına böyük maraq və diqqət yetirməsindən, bu yaradıcılığın sözün əsl mənasında gənc nəslin sağlam ruhda tərbiyəsində, maariflənməsində müsbət rolundan danışıb yazıçıya ədəbiyyat sahəsində daha yüksək zirvəyə qalxmasını, daha böyük mükafatlar almasını arzuladı. H.Musabəyli E.Fuadın cənub mövzusuna yaradıcılığında geniş yer verməsindən, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına dərin məhəbbətindən, bu irsin tədqiqindən yorulub-usanmamasından, vahid Azərbaycan arzusu ilə yaşamasından danışdı.
Q.İlqar E.Fuadın yaradıcılığının əsas xüsusiyyətlərindən, vətən sevgisinin, vətənpərvərliyin qələmə aldığı hər bir yazıda duyulmaslndan danışıb aldığı böyük mükafat münasibəti ilə onu təbrik etdi.
S.Məmmədova, S.Muxtarova, M.Şükürzadə, B.Cənizadə, Z.Ağayeva da öz çıxışlarında E.Fuadın yaradıcılığı haqqında geniş məlumat verib bütün yazarların ruhən azərbaycanlı olmalarını, Qarabağ dərdinin Təbriz dərdi kimi köhnəlməməsini arzuladılar. Həmçinin, qeyd etdilər ki, belə tədbirlər gənclərimiz üçün bir örnək olduğuna görə təbliği zəruridir.
E.Fuad çıxışına Azərbaycannı ümummilli lideri Heydər Əliyevin “Azərbaycanı azərbaycanlılar qoruyacaq” hikmətli sözləri ilə başladı. Aldığı yeni mükafatın məsuliyyətini bilməsini, daha dəyərli ədəbi əsərlər yaradacağını söylədi.
Tədbirin sonunda Ş.Babayev, T.Salmanov və. C.Cabbarov musiqi proqramı ilə çıxış etdilər.



                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 dekabr 2012-ci il tarixdə görkəmli Azərbaycan şairi, mütəfəkkir Nizamı Gəncəvinin anadan olmasının 870 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirildi.
Ədəbi-bədii gecəni kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb Azərbaycan ədəbiyyatında çox dəyərli irs qoyan Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, ilk yaradıcılığa rübai yazmaqla başlayan N.Gəncəvi dünya ədəbiyyatı tarixində “Xəmsə” müəllifi kimi məşhurdur. O, xəmsəçilik ədəbi məktəbinin əsasını qoymuş, klassik ədəbiyyata yeni bir forma və məzmun gətirmişdir. Nizaminin özü də əsərlərinə “pənc gənc” (beş xəzinə) adı vermişdir. Doğrudan da şairin hər bir əsəri məna-məzmun, bədii dəyəri baxımından ağıl-hikmət və söz inciləri xəzinəsidir. Onun ədəbi məktəbinin miqyası çox geniş və əhatəlidir. Azərbaycan ədəbiyyatının elə bir dövrü, əsri yoxdur ki, orada Nizamıi Gəncəvi yaradıcılığı öz təsirini göstərməmiş olsun.
Tədbirdə Azərbaycan pedaqoqu, publisist, şair M.Sidqinin nəvəsi B.Əsədova, Yasamal rayonu 172 saylı orta məktəbin müəllimi B.Dəmirova, Yasamal Rayonu Ağsaqqallar Şurasının sədr müavini R.Cavadov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak etdilər. B.Əsədova çıxışında bildirdi ki, Nizami Gəncəvi sənəti bəşər ictimai-bədii fikrinin inkişafı tarixində orijinal mövqeyi olan nadir yaradıcılıq nümunəsidir. O, dahi şair, ədib və misilsiz söz ustadı olmaqla bərabər, həm də öz dövrünün böyük alimi və mütəfəkkiridir. Onun əsərlərini oxuyarkən bəlağət elmlərini, tarix, məntiq, fəlsəfə, astronomiyanı da yaxşı bildiyi aydın olur.
B.Dəmirova Nizami Gəncəvinin poemalarının əsas süjet xətti, ideyası, onun yaşadığı ədəbi mühiti maraqlandıran problemlər ətrafında çıxış etdi. “Sirlər xəzinəsi”ndə ayrı-ayrı rəvayətlərdə hökmdarlara nəsihət verməsindən, “Yeddi gözəl” poemasında Bəhram şahın ədalətli, müdrik hökmdarlığından, “Xosrov və Şirin” poemasında belə bir maarifçi hökmdar kimi Şirini təsvir etməsindən danışdı.
R.Cavadov Nizami Gəncəvinin hökmdarlara, şahlara öz ətrafında alimlər toplamağı, onlarla təmasda olmağı və onların fikirləri ilə ölkəni idarə etməyi məsləhət görməsindən, alim insanlarla dostluq etməyin şahlar üçün böyük elmi, insani keyfiyyətlərə yiyələnməyin ən əsas yolu olmasını tövsiyə etməsindən danışdı V.Yusifova, Ü.Babayeva, X.Məmmədova, M.Kazımova, Nizami Gəncəvinin əsərlərində xalqına birinci növbədə öz keçmişini, tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini öyrənməyin vacibliyini, xalqın mədəniyyətini yaratmış dahi şəxsləri daim xatırlamağı tövsiyə etməsindən danışıb bu ədəbi irsin nəinki Azərbaycanda, həmçinin, bütün dünyada təbliğini, oxunmasını, ədəbiyyatımızın qızıl fondunda qorunub saxlanmasını xüsusi vurğuladılar. Məhz elə bu səbəbdəndir ki, bu yaradıcılığın 870 il yaşamasını, hələ bir neçə əsrlər də yaşayacağını inamla bildirdilər.
Tədbir boyu Nizami Gəncəvinin əsərlərindən ibarət slaydlar nümayiş etdirildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Heydərova, L.Gəraylı və O.Abdullayeva Nizami Gəncəvinin qəzəllərini söylədilər.
Ədəbi-bədii gecənin sonunda “Nizami Gəncəvi- 870” adlı kitab sərgisinə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 dekabr 2012-ci il tarixdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibəti ilə anım günü keçirildi.
Tədbir unudulmaz rəhbər, ümummilli öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Anım gününü giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb qeyd etdi ki, müasir Azərbaycanın tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev tariximizə həm sovetlər dönəmində, həm də müstəqilliyimizim bərpasından sonrakı illərdə bütün bilik və bacarığını öz xalqının inkişafına sərf edən nadir şəxsiyyət, böyük siyasətçi, mahir diplomat və əzmkar dövlət başçısı kimi daxil olub. Onun Azərbaycanda həyata keçirdiyi bütün qlobal məsələlər bilavasitə regionun və bütövlükdə dünya birliyinin inkişafına xüsusi təkan verib. Bu baxımdan Heydər Əliyev dünya miqyasında əsrimizin ən böyük siyasətçiləri ilə bir sırada dayanır. Dünya birliyi bütün zamanlarda Heydər Əliyevin xalqı, vətəni naminə xidmətlərini qiymətləndirəcək, gələcək nəsil onun çoxşaxəli fəaliyyətindən bir yetkin siyasi məktəb kimi bəhrələnəcək. Anım günündə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak etdilər.
Kitabxananın elmi işlər özrə direktor müavini X.Musayeva Heydər Əliyevin tariximizə həm də ölkəmizdə hüquqi dövlət quruculuğunun banisi kimi daxil olmasından danışıb qeyd etdi ki, məlum olduğu kimi, hər bir dövlətin simasını onun qanunlar toplusu, Konstitusiyası müəyyənləşdirir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq çoxdan tarixin arxivinə qovuşmuş sosializm dövrünün konstitusiyası ilə yaşayırdı. Heydər Əliyevin siyasi memarlığı ilə dünyanın ən demokratrik ölkələrinin əsas qanunları ilə bir səviyyədə olan yeni Konstitusiyamız hazırlandı və qüvvəyə mindi.
Şöbə müdiri X.Məmmədova xalqın tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gələrkən Azərbaycanın hüquqi baxımdan müstəqillik əldə etsə də ölkədə anarxiyanın hökm sürməsindən, iqtisadiyyatın gün-gündən zəifləməsindən danışıb məhz bu böyük şəxsiyyətin az bir zaman içərisində siyasi sabitliyə nail olmasından, gərgin zəhməti, diplomatik uzaqgörənliyi ilə Respublikanın sivil dünyaya inteqrasiyasından danışdı.
Tələbə D.Babayeva çıxışında söylədi ki, müstəqil dövlətimizin başçısı kimi Heydər Əliyev Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakını daim diqqət mərkəzində saxlayırdı. Məhz bunun nəticəsidir ki, Azərbaycan bir çox nüfuzlu regional və beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür.
Tələbə H.İbrahimli çıxışını ümummilli lider Heydər Əliyevin “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur” hikmətli sözləri ilə başladı. H.İbrahimli Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin Azərbaycanın bütün gəncləri üçün örnək olduğunu xüsusi vurğuladı.
Tələbələr Y.Nəsirova, M.Dadaşova və R.Kərimova da ümummilli lider Heydər Əliyevin həyatı, ictimai-siyasi, mədəni fəaliyyəti haqqında ətraflı çıxış etdilər.
Tədbir boyu Azərbaycanın əbədiyaşar ümummilli lideri Heydər Əliyevin həyatı və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirildi.
Tədbirin sonunda “Heydər Əliyev yolu həqiqət yoludur” adlı kitab sərgisinə baxış keçirildi.




                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 26 noyabr 2012-ci il tarixdə Azərbaycan Xalq Hərəkatının fəallarından biri, şair və ilahiyyatçı alim Sədrəddin Sübhəmin “Haqqa çağırış” kitabının təqdimat mərasimi keçirildi.
Tədbir Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların, o cümlədən S. S.Mursaqulovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Təqdimat mərasimini kitabxananın direktoru T.Sadıqov açaraq ilahiyyatçı şair və tədqiqatçı S.Sübhəmin keçdiyi keşməkeşli, lakin mənalı həyat yolundan danışdı. O qeyd etdi ki, belə kitablar əsrlər boyu yaşayacaq, gənc nəslə vətən, yurd sevgisi, azadlıq uğrunda mübarizlik hissləri aşılayacaq . Kitabxanamızın hərbi-vətənpərvərlik tərbiyəsinə həsr olunan kitablara və tədbirlərə həmişə ehtiyacı var. “Xocalını tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, döyüşçü jurnalist Ş.Sabiroğlu S.Sübhəmi sağlam fikirli, Azərbaycanın azadlığı uğrunda canını qurban verən oğullardan biri kimi xatırladığını söylədi.. Hələ universitet tələbəsi olduğu illərdə görkəmli alimlərin, dəyəli ziyalıların diqqətini cəlb edən bu gənc, sonralar azadlıq ruhlu mövqeyi, həyata baxışı ilə fərqlənmiş, əqidəsinə sadiqliyini öz kimliyi ilə təsdiq etmişdir.Sədrəddin müəllim Mursaqulovlar sülaləsinin XYII-XXI əsrə aid nəsil şəcərəsini də işləmişdir.
Mursaqulovlar nəslini yaxından tanıyan BDU-nun tarix fakultəsinin dosenti V.Nəbiyev Sədrəddin bəyi Azərbaycanın azadlığı uğrunda çalışanlardan, həm də yaradıcı bir insan kimi qiymətləndirdi.
S.Sübhəmin şerlərindən nümunələr oxuyan şairə G.Qəhrəmanova müəllifin islam dinini təbliğ edən fikirlərindəki ideyalara böyük ehtiramla yanaşdığını qeyd etdi. Mərhum müəllif özü ilə çiyin-çiyinə çalışan ömür-gün yoldaşı Təranə xanımı da unutmamış, ona da şerlər həsr etmişdir.
T.Mursaqulova Sədrəddin müəllimlə bağlı xatirələrini söylədi, bu kitabın nəşrində zəhməti olanların hamısına öz təşəkkürünü bildirdi. Azərbaycan xalqına, millətinə, dövlətinə sədaqətinə, dini dəyərlərə hörmətlə yanaşığına görə həyat yoldaşının ruhu qarşısında baş əydiyini bildirdi. O insanları imanlı olmağa və islami qanunlara riayət etməyə çağırdı.
Doğma torpağına dərin məhəbbətini bu vətən fədaisi Azərbaycanın Milli Bayrağını öz əlləri ilə düzəltməkllə bir daha izhar etmişdir.
Tədbirdə fizika-riyaziyyat üzrə elmlər doktoru M.Mursaqulov, ADMİU-nun tələbələri, Bakı şəhəri 2 saylı peşə məktəbinin kollektivi, Mursaqulovlar nəslinin layiqli davamçıları R.Mursaqulov, qardaşı Q.Mursaqulov, Respublika Alpinizm Federasiyasının prezidenti S.Mursaqulov, dostu V.Abdullayev, yaxınları və doğmaları iştirak etdilər.
S.Sübhəmin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 24 noyabr 2012-ci il tarixdə BDU-nun kitabxanaçılıq-informasiya fakultəsinin yaradılmasının 65 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan T.Sadıqov bildirdi ki, kitabxana kitabdan ictimai istifadəni təşkil edən informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsidir. Hal-hazırda şəraitdə kitabxanalar informasiyanın xalqa çatdırılmasında kommunikasiya vasitəsi kimi olduqca böyük rol oynamaqla cəmiyyətin informasiyalaşdırılması prosesində əhəmiyyətli iş görür. Bunun növbəsində cəmiyyət də kitabxanaların hamisidir. Müasir cəmiyyətdə kitabxanaçılq sənətinə, onun məzmununa, kitabxanaçı şəxsiyyətinə tələbat daha da çoxalmış, kitabxanaçı kadrların hazırlanmasına diqqət artırılmışdır.O. kitabxana işinin yaranması tarixindən bu sahədə fakultənin banisi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun misilsiz xidmətlərindən danışdı.
Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Abuzər Xələfov kitabxana-informasiya fakultəsinin yaradılması tarixindən və onun inkişafı yolundakı çətinliklərdən və uğurlardan danışdı.Həyatını bu şərəfli işə həsr etdiyinə, cəmiyyət üçün layiqli insanlar yetişdirdiyinə görə qürur duyduğunu vurğuladı. O bildirdi ki, müəllim tələbəsinin inkişafından sevinməlidir, çünki bu onun xoşbəxtliyi və gələcəyidir. Kitabxanaçılıq-informasiya fakultəsinin dekanı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru A.Qurbanov qeyd etdi ki, 65 illiyini qeyd etdiyimiz bu fakultə A.Xələfovun rəhbərliyi altında Azərbaycanın ilk kitabxanaçı kadrlarının yetişməsində, təşəkkül tapıb formalaşmasında uğurlu və şərəfli bir yol keçmişdür. Fakultədə elmi işlərin keyfiyyətinə, tələbələrin ictimai və sosial həyatda aktivləşməsinə önəm verilir.
Kitabxançılıq-informasiya fakultəsinin fəaliyyəti haqqında danışan professor B.Allahverdiyev bu günki konfransı BDU-nun həyatında çox əlamətdar bir hadisə kimi dəyərləndirdi. Kitabxanaçı əməyini yüksək qiymətləndirən kitabxanaşünaslıq və nəşriyyat işi üzrə tədqiqatçı gənc müəllimlərə öz üzərində işləməyi tövsiyə etdi. Tədbirdə kitabxanaçılıq-informasiya fakultəsinin dekan müavini , pedaqogika üzrə fəlsəfə doktoru M.Məmmədov, pedaqogika üzrə fəlsəfə doktoru biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru N.İsmayılov, “Jurnalist müharibə veteranları” assosiasiyasının prezidenti Tahir Paşa, kitabxanaşünaslıq kafedrasının baş müəlliməsi S.Sadıqova, fakultənin müəllimləri və tələbələri iştirak etdilər.
“Elmi konfrans professor A.Xələfova hədiyyənin təqdim edilməsi və “Kitabxanaşılıq-İnformasiya fakultəsi – 65” adlı sərgiyə baxışla başa çatdı.



                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 oktyabr 2012-ci il tarixdə “Müstəqillik yollarında” adlı dəyirmi masa keçirildi.
Tədbir Azərbaycanın müstəqilliyi üğrunda həlak olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Dəyirmi masanı kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb milli öndər, milli lider Heydər Əliyevin “Azərbaycan Republikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir” ifadəsini tədbir iştirakçılarına bir daha xatırladaraq qeyd etdi ki, müstəqil dövlət kimi öz istiqlaliyyətini 1991-ci ildən əldə edən Azərbaycan dövlətinin hər bir vətəndaşı azadlığa aparan yolları heç vaxt unuda bilməz. Gülləbəranlı, ağrılı-acılı, şəhidli, qurbanlı bu yollar qanımızda, qəlbimizdə, beynimizdə əbədi iz qoyaraq dövlət müstəqilliyini milli sərvət kimi dərk etməyimizə gətirib çıxarmışdır. Müstəqil Azərbaycan bir daha bütün dünyaya nümayiş etdirmişdir ki. xalqımız tutduğu yolla əzmlə gedir, Azərbaycanda demokratik hüquqi dövlət qurulur, demokratik vətəndaş cəmiyyəti yaranır.
Dəyirmi masada Azərbaycan pedaqoqu, publisisti, şair M.Sidqinin nəvəsi B.Əsədova, Yasamal rayon Ağsaqqallar Şurasının sədr müavini R.Cavadov, BDU-nun “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələri iştirak etdilər.
B.Əsədova öz çıxışında qeyd etdi ki, XX əsrin əvvəllərində,- 1918-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail olmuş, ilk Azərbaycan demokratik hökuməti yaradılmışdır. Lakin o cəmi üç ay mövcud olmuş, Qızıl Ordunun Azərbaycana gəlməsi nəticəsində Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ilə əlaqədar devrilmişdir. 77 il Azərbaycan Sovet İttifaqının tərkibində qalmış, nəhayət, 1991-ci ildə yenidən istiqlaliyyətini əldə etmişdir.
R.Cavadov müstəqillik yollarında ilk dəfə müstəqil Azərbaycanın demokratik parlamentinin seçilməsindən, Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunmasından, ölkəmizin ilk demokratik parlamentinin seçilməsindən danışdı.
Kitab fondunun komplektləşdirilməsi və elektron kataloq şöbəsinin müdiri Ş.Kazımova çıxışında qeyd etdi ki, müstəqil dövlət olan Azərbaycan hüquqi demokratik dövlət quruculuğu yolu ilə, iqtisadiyyat sahəsində islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar edilməsi və dünya iqtisadi sistemi ilə inteqrasiya yolu ilə gedir və bu yol ona həmişə uğur gətirəcəkdir.
İncəsənət şöbəsinin müdiri Z.Mehdiyeva çıxışında söylədi ki, Azərbaycan xalqı bu gün müstəqil Azərbaycan Respublikasında yaşayır. Azərbaycan xalqı bu gün azad olsa da yalnız torpaqları tam azad deyil. Bu torpağın və xalqın faciəsi ərazisinin beşdə bir hissəsinin erməni silahlı dəstələri tərəfindən zəbt edilməsindədir. Arzu erirəm ki, elə bir gün gəlsin ki, torpaqlarımızın azad edilməsini qeyd edək.
Tələbələr R.Nəcəfova, Y.Əşrəfoğlu, C.Sahibli və M.Fərəcova da Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında müstəqil dövlət qurmasından, dünyəvi, hüquqi cəmiyyət yaratmasından, müstəqilliyini qazanması yollarında çəkdiyi əzab-əziyyətlərdən, verdiyi qurbanlardan danışdılar.
Tədbirin sonunda “Müstəqul Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 21 sentyabr 2012-ci il tarixdə “Müstəqil Respublika” qəzetinin baş redaktoru, şairə Gülxas Səmədlinin “Tənhalıq yanına çağırır məni” və Qarabağ müharibəsinin canlı iştirakçısı, “Qizil Qələm” media mükafatı laureatı Aqil Sabiroğlunun “Qarabağ gündəliyi” kitablarının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq son illər kitabxananın oxuculara xidmət işini daha da səmərəli təşkil etmək məqsədilə informasiya texnologiyaları vasitələrinin nailiyyətlərinə yiyələnməsindən, mütəmadi olaraq müxtəlif mövzulara həsr edilmiş tədbirlərin keçirilməsindən danışdı. O, Gülxas Səmədlinin və Aqil Sabiroğlunun yaradıcılığını günün tələblərinə uyğun qurduqlarını yüksək qiymətləndirərək, “Tənhalıq yandırır məni” kitabındakı şerlərin mövzu rəngarəngliyini qeyd edib, “Qarabağ gündəliyi” kitabında isə müəllifin Qarabağ bölgələrində müharibə zonalarında şəhid olan silahdaşlarının, gözü qarşısında qan içində yaralı olan vətən oğullarının son kəlmələrini, istəyini qələmə aldığını söylədi.
Təqdimat mərasimində “Respublika” qəzetinin müxbiri, şair-publisist R.İlyasoğlu, “Qafqaz Media” ictimai birliyinin sədri Azadə Taleh, şair-publisist E.İsrafiloğlu, “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” ictimai birliyinin sədri T.Əlizadə, “Həkəri qəzetinin baş redaktoru Ə.Xankişiyev, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu, “Müstəqil Respublika” qəzetinin şöbə müdiri, Qarabağ müharibəsi veteranı F.Bağırov, şair M.Kərimov iştirak etdilər. R.İlyasoğlu qeyd etdi ki, “Qarabağ gündəliyi” müəllifin yaradıcılığında sanki bir növ döyüş salnaməsidir. Bu kitabın bir çox materialları məhz Qarabağ uğrunda gedən döyüşlər zamanı səngərlərdə yazılmışdır. Bu yazılarda döyüşçülərlə çiyin-çiyinə olan müəllif təvazökarlıq edərək özü haqda bir kəlmə də yazmamışdır.
E.İsrafiloğlu qeyd etdi ki, müəlliflərin hər ikisi öz yaradıcılıqlarında vətənə, anaya, dövlətçiliyimizə məhəbbət tərənnüm etmişlər. O, qələm dostlarının yüksək insani keyfiyyəllərindən danışdı. “Qafqaz Media” İB-nin sədri Azadə Taleh son illər respublikamızın rəhbərliyinin apardığı düzgün xarici siyasəti alqışladı, tezliklə qələbə qazanacağımıza inamını bildirdi. Qeyd etdi ki, “Tənhalıq yanına çağırır məni” kitabı G.Səmədlinin doqquzuncu, “Qarabağ gündəliyi” isə A.Sabiroğlunun ilk kitabıdır. Növbəti kitabların Qarabağın azadlığına həsr edilməsini arzuladı.
Gülxas Səmədli yaşadığı keşməkeşli həyat yolundan, tək öz ömrünü deyil, vətəninin, torpağının, hər bir insanın qəmini, kədərini öz ürəyində gəzdirməsindən, qələmə almasından, onunla özünə təsəlli tapmasından, vəfalı dostlarından, kollektivindən danışdı.
Aqil Səmədoğlu Qarabağ müharibəsinə könüllü getməsindən,döyüş xatirələrindən söhbət açdı. Bu kitabın ərsəyə gəlməsinin səbəbkarı qələm dostu Gülxas Səmədlinin təkid və xahişini yüksək qiymətləndirdi.
Mərasim iştirakçıları sonda xatirə şəkli çəkdirdilər.



                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 23 avqust 2012-ci il tarixdə Azərbaycanın Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının erməni silahlı qüvvələri tərəfindən işğalının 19 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Elmi-praktik konfrans Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq Cəbrayıl, və Füzuli rayonlarının 1993-cü ilin 23 avqust, Qubadlı rayonunun isə həmin ilin 31 avqust tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmaları, bu işğal nəticəsində yandırılan, talan olunan mədəni-məişət obyektləri, qəsəbə və kəndlər, tarixi abidələr, qurban gedən şəhidlər haqqında geniş məlumat verərək qeyd etdi ki, artıq 19 ildir anım günləri keçirməyimiz yetər, biz tezliklə qələbəmizi bayram etməliyik. 528 nəfər şəhid verən Füzuli rayonunun 55 minə yaxın əhalisi öz doğma torpaqlarından qovulub.Təkcə Füzuli rayonunda 145 mədəni-məişət obyekti, 54 kənd, 15 tarixi abidə ermənilər tərəfindən yandırılıb, dağıdılıb, talan edilib. Cəbrayıl rayonu da 347 şəhid verərək 197 mədəni-məişət obyektini, 90 kəndini, 27 tarixi abidəsini itirib. Bunlar inkaredilməz faktlardır. Azərbaycan xalqı, mübariz oğullar birləşib torpaqlarımızı işğaldan mütləq azad etməliyik. Konfransda professor Ə.Qurbanov, şairə Ə.Tuncay, “Zirvə” ziyalılar təşkilatının prezidenti M.Dəyanət qızı, “İctimai fikir” qəzetinin baş redaktoru E.Nüsrət qızı, “Dünya azərbaycanlılarına dəstək” ictimai birliyinin sədri T.Əlizadə, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu, polkovnik-leytenant M.Haşımov, Qarabağ müharibə veteranı, batalyon komandiri A.Şirinova, “Borçalı” cəmiyyətinin sədri Z.Məmmədov, hərbçi Əli bəy, “Respublika” qəzetinin müxbiri R.İlyasoğlu, “Məlhəm” ictimai birliyinin sədri X.Murad, Bakı milyonçusu M.Nağıyevin nəvəsi D.Nağıyeva, şəhid G.Əsgərovanın anası R.Əsgərova, şəhid anası Ş.Talıbova iştirak etdilər.
E.Nüsrət qızı 1993-ci ilin avqust ayında ermənilərin işğalı nəticəsində düşmən əsarəti altında qalan Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının zəbt olunan torpaqlarından, şəhidlərimizdən ürək ağrısı ilə danışıb həmişə səbrli olan xalqımızı bir daha səbr etməməyə, vətən torpağını geri almağa səslədi.
T.Əlizadə qeyd etdi ki, biz erməni işğalı nəticəsində torpaqlarımızın çox hissəsini itirmişik. Artıq cəmi 73 000 kvadrat kilometr ərazimiz qalıb. Xalq mütləq birləşməli, torpaqlarımızı geri qaytarmalıdır.
M.Haşımov Qubadlının cəmi 5 döyüşən batalyonu olmasından, onlardan birində komandir kimi vətənə xidmətindən danışıb söylədi ki, ermənilər torpaqları geri qaytarmaq iddiasında deyillər. Onlar yalnız vaxt qazanmaq, vaxtı uzatmaq istəyirlər ki, hər şey unudulsun.
Ə.Tuncay, Əli bəy, Ş.Talıbova, K.Babayev, Ş.Sabiroğlu, R.İlyasoğlu, M.Dəyanət də öz çıxışlarında Füzuli, Qubadlı və Cəbrayılın işğal tarixindən, torpaqlarımızın toxunulmazlığı uğrunda gedən o döyüşlərdə şəhid olan vətən oğullarından danışıb hamını birliyə, Azərbaycan torpaqlarının toxunulmazlığını qorumağa səslədilər.
Elmi-praktik konfransın sonunda Qarabağ uğrunda gedən döyüşlərin nəticələrini əks etdirən foto-şəkillərə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 23 iyul 2012-ci il tarixdə Ağdamın işğalı günü münasibəti ilə dəyirmi masa keçirildi.
Dəyirmi masa Qarabağ uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq qeyd etdi ki, bu gün biz Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonunun anım gününə toplaşmışıq. T. Sadıqov qeyd etdi ki, Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 19 il ötür. Ağdam rayonu 1993–cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib. Mən bir vətənpərvər insan kimi Qarabağın hər guşəsinin işğalı tarixi, şəhidlərimizin anım günü münasibəti ilə mütəmadi olaraq kitabxanada tədbirlər təşkil edirəm. Mən inaniram ki, cox yaxın zamanda biz Qarabağı geri alacağıq, çünki, bizim güclü ordumuz və müdrik Prezidentimiz var.
Dəyirmi masada “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri T.Əlizadə, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ş.Sabiroğlu, “Zəka və ülviyyət” jurnalının təsisçisi E.Nüsrət qızı, “Unutdaş” qəzetinin baş redaktoru A.Əzimov, “Məktəb” qəzetinin təsisçisi və baş redaktoru C.Əliyeva, Respublikanın qabaqcıl maarif xadimi T.Allahverdiyev, “Respublika” qəzetinin müxbiri R.İlyasoğlu, Bakı Şəhər Təhsil İdarəsinin metodisti R.Rüstəmova, Nəsimi rayonu 151 saylı orta məktəbin müəllimi S.Cəfərova, Sumqayıt Şəhər Əlillər Cəmiyyətinin üzvü N.Həsənova, tarixçi N.Tapdıqoğlu iştirak etdilər.
T.Əlizadə öz çıxışında söylədi ki, ermənilər bilirdilər ki, Qarabağa sahib olmaq üçün Ağdamı işğal etmək lazımdır. Artlq bu işğaldan iyirmi il ötür. Sülh yolu ilə torpaqlarımızı geri ala bilmirik. Qarabağı görməyən yeni nəsil vətən, torpaq sevgisi ilə böyüməlidir.
E.Nüsrət qızı tədbirə gəlməmişdən öncə Şəhidlər xiyabanına gedib orada uyuyan şəhidlərimizi ziyarət etməsini ürək ağrısı ilə söylədi. Sonra qeyd etdi ki, Ağdam ziyalıları, elm adamları, vətənpərvər oğulları ilə seçilib-sevilən və özünəməxsus ad qazanan rayonlardandır. Döyüşdə güclü taktikası olanlar qələbə çalırlar. Mən inanıram ki, sonda qələbə yalnız bizim olacaq.
Ş.Sabiroğlu öz çıxışında Xocalı soyqırımının canlı şahidi olmasından, erməni vəhşiliyindən danışıb ən güclü təbliğat vasitəsi olan televiziyanın da rolunu xüsusi qeyd etdi.
A.Əzimova, T.Allahverdiyev və digər tədbir iştirakçıları da Bakının, Şirvanın gözəl, Qarabağın isə cənnət olduğunu xüsusi vurğulayıb söylədilər ki, nahaq qan və ədalətsizlik yerdə qalmayacaq. İstər sülh, istərsə də hərb yolu ilə zəbt olunan bütün torpaqlarımızı geri alacağıq.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 19 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə ilə “Gənclərin hərbi-vətənpərvərlik ruhunda maarifləndirilməsində kitab və kitabxanaların rolu”mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açdı, şəhidlərimizin ruhi bir dəqiqəlik sükutla yad edildi. O bildirdi ki, kitabxanada mütəmadi olaraq hərbi-vətənpərvərlik tərbiyəsi mövzusunda qeyri-hökumət təşkilatları, şəhid ailələri , mətbuat nümayəndələri ilə tədbirlər keçirilir. Vətən, yurd sevgisi, Qarabağ həsrəti bizim hər an diqqətimizdədir, biz qəhrəmanları unutmuruq və buna haqqımız da yoxdur, bizim hər birimiz hər an, hər dəqiqə torpaqlarımızı azad etməyə hazır olmalıyıq.
Çıxış üçün söz Jurnalist, politoloq “Jurnalist müharibə veteranları assosiasiyası”nın prezidenti Tahir Paşaya verildi. O, qeyd etdi ki, hazırda dövlətin, xalqın qarşısında işğal olunmuş torpaqlarımızın qaytarılması, qaçqınlarımızın doğma yurd- yuvalarına qayıtması kimi vacib bir vəzifə durur.Bu işi isə güclü orduya malik olan bir dövlət yerinə yetirə bilər.Azərbaycanda hazırda düşmənə qalib gələ biləcək qüdrətli ordumuz vardır və biz bununla fəxr edirik.
“Azərbaycan ordusu” qəzetinin şöbə müdiri, mayor Ə.Qasımov öz çıxışında bildirdi ki, uşaqlarımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi çox erkən yaşlarından başlanmalı və həyatımızın əsas qayəsi olmalıdır. Mənəvi tərbiyədə sözlə işin vəhdəti çox əhəmiyyətlidir.
Yetişməkdə olan gənc nəsildə torpağa məhəbbət, düşmənə nifrət hisslərinin aşılanmasında hərbçi Ramil Səfərovu nümunə göstərən jurnalist,təşkilatın sədr müavini Əliyarov T. vurğuladı ki, bu gün vətənin Qarabağla bağlı təbliğat işinə böyük ehtiyacı var. Dəyirmi masada “Ədalət” qəzetinin əməkdaşı E.Cəbrayılov, C.Naxçıvanski adına hərbi məktəbin müdavimləri İ.Əziz,C.Abbasov və digərləri də iştirak etdilər.
Təşkilatın adından kitabxananın direktoru T.Sadıqov gənclər arasında hərbi-vətənpərvərlik ruhunun təbliği sahəsində göstərdiyi fəaliyyətə görə “Fəxri fərman” ilə təltif edildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və kitabxananın əməkdaşı Solmaz Osmanova Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının 2.8.5. bəndində nəzərdə tutulan Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə tədbirlərin icrası ilə əlaqədar cari ilin 02-10 iyun 2012-ci il tarixlərində Ukrayna Respublikasının, Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 19-cu Beynəlxalq Konfrans” da iştirak etmişlər.








ətraflı



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18 may 2012-ci il tarixdə Qəşəm İlqar Ruhdaşın “Üfüqdən qüruba” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq artıq dəfələrlə kitabxanada kitablarının təqdimatı keçirilən şairi növbəti kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik etdi, onun yaradıcılığındakı vətən məhəbbətini, yurd sevgisini yüksək qiymətləndirdi.Arzu etdi ki, onun şerlərində, hətta publisistikasında belə üstünlük təşkil edən emosional ruh üstünlük təşkil etsin. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi “ ictimai birliyinin sədri T.Əlizadə bildirdi ki, torpaqlarımız işğal altında olduğuna görə ədəbiyyatımızda vətənpərvərlik, doğma yurd mövzusu önəmli yerdə olmalıdır. Q.İlqar əqidəcə, təbiəti etibarı ilə belə insanlardandır,.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Esmira Fuad qeyd etdi ki, Q.İlqar yaradıcılığında cəhalət və nadanlıqla barışmamazlığa,dosta, ailəyə sədaqətə üstünlük verir.O, şairə maddi və mənəvi ehtiyaclarının kifayət qədər ödənilməsini arzu etdi.
Azərbaycan Dillər Universitetinin müəlliməsi,filologiya elmləri namizədi G.Babayeva şairi kövrək qəlbli, səmimi bir insan adlandırdı. Onun yaradıcılığındakı vətən sevgisi bütün türk dünyasının istəyidir.
Təqdimat mərasimində iki şəhid anası D.Quliyeva, sairlərdən R.Ağdamlı, R.Mövsüm İ.Səmimi, Asif Ata ocağının yükümlüsü İ.Atalı, Mədəniyyət Nazirliyinin keçmiş işçisi G.İsmayılov, İnter Az-ın nümayəndələri A.İsmayılov,Y.Məmmədov, şairin yaxınları və doğmaları iştirak etdilər.
Şair Q.İlqar şerlərindən nümunələr oxudu.
Xanəndə Ş.Babayevin və T.Salmanovun ifasında üçlük qrupunun müşayəti ilə xalq mahnılarının səsləndirilməsi tədbirə xüsusi ahəng verdi.
Təqdimat mərasimi tədbir iştirakçılarının xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatdı.



                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 07 may 2012-ci il tarixdə Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım günü keçirdi.
Anım günündə BDU-nun dosentləri N.Tağıyeva, E. Kərimov , kitabxanaçılıq və informasiya, filologiya fakultələrinin tələbələri iştirak etdilər.
Kitabxananın hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova bildirdi ki, Azərbaycan tarixinin mühüm bir mərhələsi dünya şöhrətli dövlət xadimi, mahir siyasətçi, xalqımızın şanlı oğlu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bütün həyatını doğma xalqına və vətəninə xidmətə həsr edən ulu öndərimiz gələcək nəsillər üçün böyük örnək, əvəzedilməz idarəçilik məktəbi yaratdı.O tələbələrə, kitabxananın fondunda ulu rəhbərin həyat yolunu əks etdirən yüzlərlə ədəbiyyatın olmasından, oxucuların buna böyük tələbat və marağından danışdı.
Elmi-metodiki şöbənin baş kitabxanaçısı M.Abbasova tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, dahi rəhbər kitabxananı xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik , zəka mənbəyi adlandırırdı. Respublikamızda mədəniyyətin, o cümlədən kitabxana işinin inkişafında əsaslı dəyişikliklər onun adı ilə bağlıdır. Kitabxanaçılıq və informasiya fakultəsinin tələbəsi Ə.Bağırlı qeyd etdi ki, xalqın istək və arzularını, onun dövlətçilik ənənələrini , milli maraq və mənafeyini bu böyük şəxsiyyət müstəqillik ideyası əsasında birləşdirdi.O, ölümü ilə ölməzliyə, əbədiliyə qovuşdu.
Filiologiya fakultəsinin tələbəsi Ə. Bayramova Heydər Əliyevin Azərbaycanın ədəbiyyatı və incəsənəti sahəsində gördüyü işlərdən, bu sahəyə diqqət və qayğısından qürurla danışdı.Onun xidmətlərinin hamımız üçün nümunə olduğunu vurğuladı.
Tələbələrdən R.Vəlizadə, H.Məmmədov, A. Ağcayeva, T. Bilallı qeyd etdilər ki, Azərbaycanın uğurlu daxili və xarici siyasəti bizi çox sevindirir .Xalqımız həm də ona görə xoşbəxtdir ki, bu liderlik indi də etibarlı əllərdədir. Hörmətli prezidentimiz İlham Əliyev müqəddəs ideyaların layiqli davamçısıdır. Beləliklə də Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir.
Tələbələrin sualları cavablandırıldıqdan sonra xatirə şəkilləri çəkildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27.04.2012-ci il tarixdə “Sağlam ailə” və Ailələrin maarifləndirilməsinə kömək ictimai birliyinin “Gənc ailənin cəmiyyətdəki rolu”mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb birliyin yaranmasını alqışladı və gələcək fəaliyyətində uğurlar arzuladı.O bildirdi ki, birliyin əsas məqsədi ailələrimizin möhkəmliyi , ailə dəyərlərinin qorunması ilə bağlı həyata keçirilən işlərə dəstək olmaq, ailələrin davamlılığı, təminatı istiqamətində gənc ailələrə kömək , ailə sağlamlığı, ailə dəyərlərinin qorunub saxlanılması sahəsində maarifləndirmə işini həyata keçirməkdir. Ailə problemlərinin araşdırılmasına yardım etmək və digər məsələlərdə ailələrə hərtərəfli dəstək olmaq məqsədilə məktəblərin kitabxanalarla iş birliyini təklif etdi. İncəsənət Gimnaziyasının tədris hissə müdiri, kulturologiya üzrə fəlsəfə doktoru H.Sadıqzadə qeyd etdi ki, kitabxana bizim ilk müraciət etdiyimiz elm ocağıdır. Burada Azərbaycanın və dünya klassiklərinin inciləri toplanıb.O birliyin sədri Xanım müəllimə ilə əməkdaşlıq etməsindən söhbət açdı və qeyd etdi ki, nə qədər ki, Azərbaycan xalqı var, sağlam ailə də yaşayacaq və öz töhfəsini verəcək.
“Sağlam ailə və Ailələrin maarifləndirilməsinə kömək İB-nin sədri B.Quliyeva da rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq bildirdi ki,çağdaş dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə sağlam ailədən, ailə dəyərlərinin qorunmasından asılıdır.Ölkəmizdə son illərdə ailənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Dəyirmi masada Milli QHT forumunun prezidenti R.Zeyni, “Zirvə” ziyalılar təşkilatının sədri M.Dəyanət qızı, ”Pətək” İB-nin psixoloqu Ş.İsmayılova, “Damla” İB-nin sədri N.Abdullayeva,“ IY hakimiyyətin səsi” qəzetinin redaktoru T. Ağayev, “Ağsaqqal sözü” qəzetinin redaktoru Ə.Səfərli, Baki Baş Polis idarəsinin yetkinlik yaşına çatmayanlar özrə inspektoru K.Ələkbərova iştirak etdilər. Onlar belə mövzuda keçirilən toplantıların əhəmiyyətini vurğulayaraq, onun davamlı olmasını təklif etdilər.
Tədbirdə İctimai birliyin fəliyyətini əks etdirən slaydlar nümayiş etdirildi.



                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 aprel 2012-ci il tarixdə yazıçı,publisist və pedaqoq, “Qızıl qələm” mükafatı laureatı Alxas Alxasovun anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq yubilyarı anadan olmasının 70 illiyi münasibətilə ürəkdən təbrik edib,ona cansağlığı və yaradıcılıq uğurları arzuladı. O bildirdi ki, yazıçının tarixi mənbələrə əsaslanan “Müqəddəs ziyarətgahlar”, “Murovdağın kəhəri”, “Qurd ürəkli qəhrəman”, “Murad quşu” və digər kitabları Azərbaycanın qədim memarlıq abidələrinə, ziyarətgahlara, milli qəhrəmanlara, uşaq və gənclərə həsr edilmişdir. Müəllif bu kitabda Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvandakı müqəddəs məkanların tarixindən söhbət açmış, onların kəramətlərini, uzun illər ümidsiz insanların etiqad və inam ocağı olmasını, həmçinin islami dəyərləri real boyalarla oxuculara çatdırmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Q.Sayılov Alxas müəllimin vətənpərvərliyindən, torpağa, insanlara məhəbbətindən, həm də xasiyyətindəki həlimlik və kövrəklikdən danışdı. Geniş oxucu kütləsi, gələcək nəsillər belə müdrik insanların mənəvi irsindən,mənalı həyat yolundan hələ çox bəhrələnəcəklər.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahir Paşa yazıçınin misralarındakı səmimiyətdən, məddahlıqdan üzaq olmasındam, nəinki böyüklərin, həm də uşaqların sevimlisinə çevrilməsindən, sabahını azan səsi ilə açmasından qürurlandığını qeyd etdi.
Ömrünün böyük hissəsini yaradıcı işə həsr edən, evində samballı kitabxanası olan yazıçı-publisist Z.Şahsevənli kitabxanaya, kitaba, sözun ucalığına böyük qiymət verməsindən, qələm sahiblərinin mənəvi keyfiyyətlərini uca tutmasindan söhbət açdı.
Təqdimat mərasimini yekunlaşdıran A.Alxasov qeyd etdi ki,hər bir əsərin əsası onun dəyərindədir.İndiyə qədər nə yazmışamsa yaradanın qüdrətinə sığınıb yaratmışam.Qədim kəlama görə”şəhidin qanı, alimin mürəkkəbi müqəddəsdir”, -kitabxana da oxucuların müqəddəs sandığı elm ocağıdır.O, gələcək nəslə elmin sirlərinə dərindən yiyələnməyi tövsiyə etdi.
“Respublika” qəzetinin müxbiri R.İlyasoğlu, kitabxananın hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova, qocaman təqaüdçü R.Cavadov da kitabda bədii-publisistik boyalardan məharətlə istifadə olunmasından, onun dini – mənəvi dəyərlərə söykənməsindən danışdılar.
Tədbirin sonunda müəllifə dini yazılarla bəzədilmiş saat hədiyyə edildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanası "Qafqaz Media" İctimai Birliyi ilə birlikdə 14 aprel 2012-ci il tarixdə gənc yazar Şəhla Əziz qızının “Ürəyimdən gələn var”, “Tez böyümək istəyən qız” kitablarının təqdimat mərasimini keçirdi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq belə tədbirləri keçirdiyinə, yaradıcı insanlara dəstək olduğuna, belə bir xeyirxah missiyanı öz üzərinə götürdüyünə görə Azadə Taleh qızına təşəkkürünü bildirdi, kitabının işıq üzü görməsi münasibətilə Şəhla Əziz qızını təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı.Tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, keçirilən hər bir tədbir kitabxananın veb saytında öz əksini tapır, bu da istər çoxsaylı oxucularımızı , istərsə tədbir iştirakçılarının diqqətini xüsusilə cəlb edir. “Qafqaz Media” İB-nin sədri Azadə Taleh qızı gənc şairə Şəhla Əziz qızına yaradıcılıq uğurları arzulayaraq onu birliyin təsis etdiyi “Cəsarətli qələm” diplomu ilə təltif etdi, onun “Qaranquş” və “Xədicəm” şerlərinə mahnılar bəstələndiyini bildirdi. Şerlərini balaca nəslin nümayəndələrinə həsr etdiyi üçün kövrək hisslərini, ülvi duyğularını sətirlərə köçürdüyünü, uşaq təxəyyülünün incəlikləri ilə yaşadığını vurğuladı.
ANS-in “EL” jurnalının şef redaktoru Südabə Sərvi A.Taleh qızı, Səhla Əziz qızı ilə tanışlığından danışdı, onun şerlərindəki fikirlərə heç bir yerdə rast gəlmədiyindən , uşaqlar haqqında kitab yazmağın çətinliklərindən danışdı, ona həmişə kömək etməyə hazır olduğunu bildirdi.
Tədbirdə həkim -publisist B.İmanova, “Aşıq Pəri” məclisinin yaradıcılarından E.Mahal qızı, ”Zirvə” ziyalılar təşkilatının sədr müavini E.Nüsrət qızı, müəllimə A.Məmmədova, tanınmış müğənni Z.Əliyeva, BDU-nun və ADMİU-nun tələbələrindən M.Atakan, C.Erol, şairənin bacısı L.Məmmədova, yaxınları və doğmaları iştirak etdilər.
Təqdimat mərasimini tələbə Ş.Ciftçinin Azərbaycanın xalq mahnılarını xüsusi ifa tərzi və qabiliyyət nümayiş etdirərək oxuması daha da rövnəqləndirdi.



                                                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 31 mart 2012-ci il tarixdə azərbaycanlıların soyqırımı günü münasibətilə “Tarix unudulmur” mövzusunda elmi –praktik konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və soyqırım şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq “Böyük Ermənistan” yaratmaq xülyası ilə azərbaycanlılara qarşı uzun illər erməni xəyanətinin tarixi köklərindən, bunun nəticəsi olaraq Azərbaycanın regionlarının , əhalinin, təbii sərvətlərinin amansızcasına məhv edilməsindən danışdı. O, bu xalqın riyakar simasını faktlara əcaclanaraq açıb göstərdi, xalqımızı bu genosidi unutmamağa, düşmənə qarşı mübariz olmağa səslədi. Çıxış edən “Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi Cəmiyyəti” İctimai Birliyinin sədri T.Əlizadə Dünyanın bölünməsi məsələsində Rusiyanın ərazi iddiasından, rüsvayçı Gülüstan, Türkmənçay müqaviəsindən, Cümhuriyyət dövründən indiyə qədər Azərbaycanın başına gətirilən müsibətlərdən danışdı, xalqımıza qələbə sevincini yaşamağı arzuladı.
“Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ş.Sabiroğlu düşmənə, tarixi saxtalaşdıranlara qarşı mübariz olmaq üçün gənc nəsli ilformasiya texnologiyalarına , xarici dillərə dərindən yiyələnməyə çağırdı.
“İctimai fikir” qəzetinin baş redaktoru, “Zirvə” ziyalılar təşkilatının sədr müavini E.Nüsrətqızı bildirdi ki, vətənimizin tarixi haqqında yalnız danışmaq yox, onu sevmək lazımdır.Uşaqlarımızı beşikdən düşmənə qarşı hazırlamalıyıq, onları vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Tədbirdə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Ümumittifaq, Beynəlxalq və “Vurğun”müsabiqələri laureatı M.Ələskərovun rəhbərliyi ilə , mərkəzin “Vurğun” poeziya teatrıının iştirakçıları ədəbi kompozisiya ilə çıxış etdilər. L.Hacıyeva, Z.Zeynalova,L.Məmmədli, N.Babazadə və başqa yeniyetmə gənclər vətəni, torpağı tərənnüm edən şerlər söylədilər.
Elmi-praktik konfrans tədbir iştirakşılarının “Soyqırım erməni xəyanətidir” adlı sərgiyə baxışı və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşdı.



                                                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 24 fevral 2012-ci il tarixdə Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə “Tarixin qanlı səhifəsi” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masa Qarabağ uğrunda gedən müharibədə şəhid olmuş vətən oğullarının ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb söylədi ki, tarixi həqiqətlər “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin öz əsassız və qeyri hüquqi iddalarını reallaşdırmaq naminə müntəzəm olaraq terror və soyqırım siyasəti apardıqlarını sübut etdi. O, Qarabağın təbii zənginliklərindən, coğrafi mühitindən, əsasən də vətən həsrətindən , şəhidlərin müsibətindən sarsıldığını ürək ağrısı ilə yada saldı.Bildirdi ki, həmvətənlərimizin başlarına gətirilən əzablar bu günə qədər gözlərimin qarşısından getmir. Çox təəssüf ki, vətən torpağı hələ də düşmən əsarətindədir, qaçqınlarımız doğma yurd yuvasından didərgin düşmüşlər. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti” İB- nin sədri T.Əlizadə çıxışında qeyd etdi ki, erməni terrorizminin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə insanlığa qarşı yönəlmiş, ən amansız, dəhşətlı cinayətlərə rəvac vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının şüurunda dərin izlər buraxmışdır.
Xocalı dəhşətlərinin canlı şahidi, xocalı faciəsi ilə əlaqədar ilk hərbi jurnalist, polkovnik-leytenant Seyidağa Mövsümlü bildirdi ki, o zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə tam biganəlik nümayiş etdirdilər. Uşaqlar və qadınlar, günahsız xalq ağlasığmaz vəhşiliklərə məruz qaldılar. O, gənclərimizi vətənpərvərliyə, unutqan olmamağa səslədi.
Şairə M.Şahbuzlu, “Carçı” jurnalının baş redaktoru G.Əmirquliyeva, AMİU-nun tələbəsi A.İsmayılov qeyd etdilər ki, Xocalı faciəsi – dünyada analoqu olmayan, qanlı, vəhşicəsinə törədilən soyqırım sözü təkcə təqvim tarixi deyil, milli dərdimiz, milli kədərimizdir.
Tədbir boyu Seyidağa Mövsümlünün çəkdiyi “Əsrin faciəsi” adlı qısa metrajlı filmlər nümayiş etdirildi.
Tədbirin sonunda “Əsrin yarası, - Xocalı” adlı kitab sərgisinə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 01 fevral 2012-ci il tarixdə 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə “Azərbaycan gəncliyi” adı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildən fevral ayının ikisini Gənclər günü elan etməsindən, Respublika əhalisinin 35%-nin gənclər olmasından danışıb hal-hazırkı dövrdə müasir gəncliyin ən uca zirvələrin fəthinə qadirliyini xüsusi vurğuladı. Qeyd etdi ki, Respublikamızın dünya miqyasında tanınmasında zamanla səsləşən gəncliyin səsi hamıdan gur səslənir.
Dəyirmi masada Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya, tarix fakültələrinin tələbələri iştirak etdilər.
Tələbə Ü.Qasımova çıxışında qeyd etdi ki, indi Azərbaycan gəncliyi ölkədə aparılan quruculuq prosesinin sadəcə iştirakçısı deyildir, həmin inkişafın ən ciddi hərəkətverici qüvvəsidir. Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsində gəncliyin böyük xidmətləri vardır.
Tələbə E.Həsənova bu günkü gəncliyin müxtəlif dilləri mənimsəyərək dünyanın nüfuzlu ali təhsil mərkəzlərində təhsil almalarından, müasir elmin nailiyyətlərinə, yeni texnologiyalara yüksək səviyyədə yiyələnmələrindən, bilik və bacarıqlarını təcrübədə tətbiq etmələrindən danışdı.
Tələbə Z.Həsənova qeyd etdi ki. son dövrlər gənclərin asudə vaxtlarının səmərəli təşkili, mədəni və intellektual inkişafının təmin olunması məqsədi ilə Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və eləcə də müxtəlif yönümlü klublar yaradılmışdır ki, bu da əlbəttə ki, müasir gəncliyin tam ürəyincədir.
Tələbə R.Mərdanov Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin müasir gəncliyə qayğı və diqqətindən, bu günkü gəncliyin sağlam düşüncəsindən, vətənpərvərliyindən, xalqını, millətini sevməsindən danışdı.
Tələbələr M.Babayeva, A.Nəcəfova və B.Kərimova da müasir gənclərimizin Respublikanın ictimai-siyasi həyatındakı rolundan, qazandıqları uğurlardan danışdılar. Tədbirin sonunda “Gələcək gənclərin gözü ilə “ adlı kitab sərgisinə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 19 yanvar 2012-ci il tarixdə 20 yanvar – Azərbaycanın suverenliyi uğrunda həlak olanların 22-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. T.Sadıqov azadlıq uğrunda canlarından keçən şəhidlərimizin ölməzliyə qovuşduğunu vurğuladı, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin yeni bir tarixi mərhələyə daxil olduğunu bildirdi. 1990-cı ilin 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım gününün və vətənin şərəfi naminə canından keçən hər bir Azərbaycan vətəndaşının keçdiyi bu çətin və müqəddəs yolun gənc nəslə çatdırılmasında əhəmiyyətli rolundan, beynəlxalq ictimaiyyətin isə bu qətliama biganə munasibətindən ürək ağrısı ilə danışdı.
Dəyrmi masada “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” ictimai birliyinin sədri T.Əlizadə, “Millətçi” qəzetinin baş redaktorunun müavini S.Əsgərova, şair Z.Ağdamlı, BDU-nun “kitabxanaçılıq və informasiya” fakultəsinin tələbələri iştirak etdilər.
T.Əlizadə Qarabağ müharibəsinin uzun illər boyu davam etməsinə yarandığı şəraitdən, dinc əhalinin başına gətirilən müsibətlərdən söhbət açıb türkdilli xalqları birliyə çağırdı.
S.Əsgərova silahlanmış muzdlu cəlladların təkcə Bakıda deyil, bölgələrdə də törətdikləri vəhşiliklərdən , yerli əhalinin müqavimətindəm söhbət açdı.
Z.Ağdamlı bu faciəvi tarixi xalqın şərəfi kimi qiymətləndirdi və bu hadisələrə həsr etdiyi şerini oxudu.
Tələbə A.Hüseynova o zamankı gərgin şəraitdən, ulu öndərimiz Heydər Əliyevin vaxtında hakimiyyətə gəlməsi nəticəsində xalqın nicata çatmasından danışdı..
Tədbir boyu 20 yanvar şəhidlərinin müsibətlərinə həsr edilmiş slaydlar nümayiş etdirildi.
Tədbirin sonunda “20 yanvar tarixi” adlı sərgiyə baxış keçirildi.



                                                                                                                                                                                                                                                                               

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 dekabr 2011-ci il tarixdə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə “Dünya azərbaycanlılarının həmrəyliyi və faciələrimizin dünya ictimaiyyətinə çatdırılmasında xaricdəki soydaşlarımızın rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir Qarabağ uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı.
Elmi-praktik konfransı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq qeyd etdi ki, əsrlər boyu torpaqlarımız zəbt olunmuş, yeraltı və yerüstü sərvətlərimiz talan edilmişdir. 1918-ci il 28 mayda Demokratik Cümhuriyyət yaradılmış, Azərbaycan öz müstəqilliyini əldə etmişdir. 1991-ci il 31 dekabrdan bu günədək xalqımız “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nü qeyd edir. Azərbaycan dövlətinin iqtisadi-siyasi, sosial- mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzusudur. Tədbirdə “Dünya Azərbaycanlılarının həmrəyliuyinə dəstək” İB-nin sədri T.Əlizadə, “Xocalı soyqırımını tanıtma” İB-nin sədri Ş.Sabiroğlu, “Ailələrə sosial dəstək” İB-nin sədri E.Rəhimova, AzərTAC-ın müxbiri Z.Dəmirçiqayalı, professor Ə.Tuncay, ADNA-nın dosenti R.Teymurova , şair Z.Ağdamlı, gənc şair Günəş iştirak etdilər.
T.Əlizadə respublikanın qazandığı nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq onu da qeyd etdi ki, qazandığımız uğurlara baxmayaraq hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur.
Ə.Tuncay bildirdi ki, bu bizim tariximizin bayramıdır, türk dünyasının uğurudur. Lakin çox təəssüf ki, hələ Qarabağ dərdini ürəyimisdə daşıyırıq.
S.Sabiroğlu vurğuladı ki, XX əsr türk dünyasının əsridir. Bu da xristian dövlətlərini qıcıqlandırır. Biz müstəqilliyimizi düya bilmirik, çünki torpaqlarımız hələ də işğal altındadır.
Z.Dəmirçıqayalı, Z.Ağdamlı, R.Teymurova xalqımızı susmamağa, həmrəy olmağa səslədilər.
Şair Günəş torpağı, vətəni vəsf edən şerini oxudu.
Elmi-praktik konfrans boyu “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İB-in fəaliyyəti haqqında slaydlar nümayiş etdirildi.



                                                                                                                                                                                                                                                                               

05 dekabr 2011-ci il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında, “Sürgün Həyatı Repressiya Qurbanlarına dəstək” Ictimai Birliyi ilə birlikdə görkəmli dramaturq repressiya qurbanı Hüseyn Cavidin anım gününün 70 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov açaraq qeyd etdiki, bu gün kitabxanalar qarşısında böyük vəzifələr durur belə ki, kitabxanalar tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi irsin toplanıb qorunmasında, nəsildən-nəsilə çatdırılmasında, müasir Azərbaycan Cəmiyyətinin intellektual mənəvi potensialının inkişafında mühüm rol oynayır. Odur ki, biz kitabxanaçıların bu gün müqəddəs və mənəvi borcumuz görkəmli yazıçıların, dramaturqların, şairlərin anım günlərini, yubileylərini, kitab təqdimatlarını qeyd edib geniş oxucu auditoriyasına çatdırmaqdan ibarətdir. Bu baxımdan biz bu gün xx əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan, Azərbaycan poeziyasında fəlsəfi-lirikanın əvəzolunmaz nümunələrini yaradan, Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, yazıçı-dramaturq, böyük şəxsiyyət, repressiya qurbanı olmuş Hüseyn Cavidin vəfatının 70 illiyinə toplaşmışıq. Xahiş edirəm Hüseyn Cavidi və repressiya qurbanları olmuş digər şair-yazıçı-dramaturqlarımızı bir dəqiqəlik sükutla yad edək. Sonra T.Sadıqov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək sözü, “Sürgün həyatı repressiya qurbanlarına dəstək” İB-nin sədri Quliyeva Laləyə verdi. Lalə xanım bu tədbirin təşkil olunmasında ona yardımçı aolan şəxslərə və xüsusilə də bizim kitabxanaya öz dərin təşəkkürünü bildirərək, bu səpkili tədbirlərin təşkil olunmasının zəruriliyini vurğuladı. Tədbirdə Fəlsəfə elmləri doktoru dosent, respublikanın əməkdar müəllimi İskəndər Orucəliyev, ehtiyatda olan polkovniklər Həmid Cəfərov və Telman Əliyev, polkovnik Zakir Nəsirov, respublikanın Xalq Artisti, dövlət mükafatı laureatı Ramiz Məlik, Rəssamlıq Akademiyasının dosenti, rəssam Asif Azəri, şair Vahid Əziz və digərləri iştirak etmişlər. Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən geniş foto sərgi təşkil olunmuşdu.



                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 16 noyabr 2011-ci il tarixdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin kitabxanaşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 80 illik yubileyi münasibəti ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb qeyd etdi ki, Professor A.Xələfov mədəniyyət, kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informatika sənədlərinin tarixinə, inkişafına və nəzəriyyəsinə dair 300-dən artıq monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. T.Sadıqov Abuzər Xələfovun elmi yaradıcılığı ilə bərabər onun insani keyfiyyətlərindən xüsusilə danışdı. O qeyd etdi ki, “80 yaşın ucalığı” kitabında 218 nəfər alim və dəyərli ziyalılar Abuzər Xələfov haqqında ürək sözlərini yazmışlar. Mən inanıram ki, kiçik bir təşəbbüs olsa 218 nəfər yox bəlkə də 2 milyon nəfər bu dahi alim haqqında fikir söyləyə bilər. T.Sadıqov çıxışını Abuzər müəllimdən dərs aldığı tələbəlik illərinin xatirələri ilə bitirdi və arzu etdi ki, ona uzun ömür can sağlığı və 100 illik yubileyini qeyd edək.

ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 10 noyabr 2011-ci il tarixdə Dövlət Bayraq Günü, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin yaranmasının 15-ci və “Dünya Azərbaycanlılarının 1-ci qurultayı”nın keçirilməsinin 10-cu ildönümü günü münasibəti ilə elmi-praktik konfrans keçirildi.








ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18-19 oktyabr 2011-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Azərbaycan-Rusiya Beynəlxalq konfransı keçirilmişdir.



ətraflı


                                                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 15 oktyabr 2011-ci il tarixdə “Müstəqilliyimiz əbədidir” adı altında tədbir keçirildi. Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dəyirmi masanı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq qeyd etdi ki, Azərbaycan Respublikası dünya birliyi ilə tam hüquqlu inteqrasiyaya istiqamət götürmüşdür və bunun üçün bütün imkanlara malikdir. Çıxışını ümummilli lider Heydər Əliyevin “Müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır” cümləsi ilə bitirdi. Tədbirdə “Zirvə ziyalılar” ictimai birliyinin prezidenti M.Dəyanət, müavini E.Nüsrət qızı, “Xocalı faciəsini tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu, “Dünya Azərbaycanlılarına dəstək” ictimai birliyinin sədri T.Əlizadə, Şəhərsalma və Memarlıq idarəsinin şöbə müdiri C.Qocayev, fəlsəfə elmləri doktoru, professor Ə.Tuncay, “Respublika” qəzetinin müxbiri R.İlyasoğlu, “Millətçilik” qəzetinin müxbiri S.Məmmədova, Azərbaycan Radiosunun müxbiri E.Bayramov, gənc şair Günəş, şəhid anası D.Əliyeva iştirak etdilər. T.Əlizadə çıxışında bildirdi ki, bu günkü müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1918-1920-ci illərdə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti 1991-ci ildən başlayaraq indi artıq müstəqilliyinin 20 illiyini qeyd edir. C.Qocayev bildirdi ki, müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici və daxili siyasət aparmaq lazımdır. Məhz Azərbaycan da daim düzgün siyasət aparır və bu siyasi yolu uğurla davam etdirir. R.İlyasoğlu qeyd etdi ki, dünya təcrübəsi göstərmişdir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq işləri olmadan, səylər və ehtiyatlar birləşdirmədən təkbaşına siyasi və iqtisadi tərəqqiyə nail ola bilməz. Azərbaycan bu cəhətdən tam düzgün və doğru yoldadır. D.Əliyeva, E.Bayramov və Ə.Tuncay da ümummilli liderimiz Heydər Əliyevin müstəqil, suveren Azərbaycan dövlətinin bərpasındakı rolundan danışaraq qeyd etdilər ki, Azərbaycanın müstəqilliyi Azərbaycan Respublikasının dünya birliyində tutduğu yer ilə bağlıdır. Tədbir “Azərbaycan müstəqillik illərində 1991-2011” adlı kitab sərgisinə baxışla sona çatdı.



                                                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 5 oktyabr 2011-ci il tarixində “Zirvə”Ziyalılar Təşkilatı İB-nın təşkilatçılığı və Az.Res. Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanda «Turizm-2011»-ci ilə dəstək olaraq-Turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin inkişafına yönəlmiş təşəbbüslər” adlı sərgi və gənc şair GÜNƏŞİN “Xəyallar” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq son illər kitabxanada müxtəlif mövzuları əhatə edən, bu günün tələblərinə uyğun olan silsilə tədbirlərin keçirilməsindən danışdı. Keçirilən hər bir tədbirin kitabxananın veb saytında işıqlandırılmasından və bunun həm tədbir təşkilatçılarının, həm də kitabxana oxucularının böyük marağına səbəb olduğunu bildirdi. Sonradan söz “Zirvə” ziyalılar Təşkilatı İB-nın Prezidenti Minayə Dəyanət qızına verildi. Minayə Dəyanət qızı öz çıxışında qeyd etdi ki, “Turizm İli” çərçivəsində onların ictimai birliyi 800 sayda nəfis şəkildə sərgini tərənnüm edən rəngli dəvətnamələr, kitabçalar, diplomlar, “press-relizlər”, reklamlar və s.çap etdirmişdir. Kitabxanada təşkil edilmiş sərgidə xalq yaradıcılığına aid gənc şair GÜNƏŞİN “Xəyallar” adlı kitabının təqdimatı və müxtəlif bölgələrdən gətirilmiş qədim el-sənət nümunələri və müasir sənət əsərlərindən ibarət əl işləri sərgilənmişdi. Azərbaycanda turizmin inkişafına təkan vermək məqsədiylə, ölkəmizə səfərə gələn turistlərin vətənimiz, tarixi mədəniyyətimiz və müasir incəsənətimiz haqqında ətraflı bilgilərə malik olmaları üçün maarifləndirmə işləri aparılmış, rəngli foto albomlar, kitabçalar və dəvətnamələr qonaqlara paylanmışdı. Tədbirdə Elmlər doktoru, 2000-ə yaxın kitab, jurnal, qəzet, məqalələr müəllifi Tofiq müəllim, şəhərsalma və memarlıq idarəsinin şöbə müdiri Cahangir Qocayev, fəlsəfə elmləri doktoru, professor Əminə Tuncay, Azərbaycan radiosunun aparıcı diktoru Eldost Bayramov, Bakı milyonçusu A.Nağıyevin nəvəsi D.Nağıyeva, Novosibirsk diasporasının ziyalısı Mirkazım Seyidov, şairə Mərcan Şahbuzlu, “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” İB-nin sədri T.Əlizadə, M.Müşfiqin qohumu şair Vahab müəllim, ziyalı Əlikram Müzəffər, ziyalı Şəhla Gündüz və başqaları iştirak etmişlər. Tədbirin sonunda ”Qafqaz ulduzları” ansamblı və tanınmış müsiqiçilər maraqlı proqramları ilə çıxış etdilər.



Cari ilin 19-25 sentyabr tarixlərində C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov, Xaçmaz rayon MKS-nin direkturu A.Əlixanov və Ağdaş rayon MKS-nin direktoru S.Feyzullayev Soçi şəhərinin Adler rayonunda “Müasir gəncliyin pozitiv özünütəsdiqi: dəyərli istiqamətlərin və sosial təcrübələrin formalaşmasında kitabxanaların rolu” mövzusunda “Kitabxanalardan gələcəyə” XI Beynəlxalq Konfransda iştirak etmişlər. Konfransı müxtəlif ölkələrdən gəlmiş 400 yaxın nümayəndə təmsil edirdi. Konfransı İ.F.Varavva adına Krasnodar vilayətinin Gənclər kitabxanasının direktoru L.Filippova açaraq gəlmiş qonaqları salamladıqdan sonra konfransda nəzərdə tutulmuş tədbirlər haqqında iştirakçıları məlumatlandırdı. Sonradan söz Krasnador vilayətinin mədəniyyət departamentinin müdiri, tarix elmləri doktoru, professor, Konferensiyanın Təşkilat Komitəsinin nümayəndəsi N.Puqaçovaya və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin mədəni irs və təsviri incəsənət departamentinin direktor müavini, kitabx ana və arxiv şöbəsinin direktoru, pedoqoji elmlər namizədi T.Manilovaya verildi. Konfransın açılışında təbrik üçün C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqova da söz verilmişdi. O, Azərbaycan nümayəndə heyəti adından konfrans iştirakçılarını salamlamış və sonradan son illər ərzində Azərbaycan Respublikasında ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət ocaqlarına, xüsusilə də kitabxanalara göstərdiyi qayğı və diqqətdən danışmışdır. 2008-2013-cü illəri əhatə edən Dövlət Proqramı və bu proqrama əsasən kitabxanaların avtomatlaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, fondun komplektləşdirilməsi, kitabxanaların dünya informasiya məkanına daxil olması, beynəlxalq kitabxanalararası əlaqələrin qurulması və digər məsələlərin həlli istiqamətində əldə edilən nailiyyətlərimiz konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdu. Azərbaycanın müasir dövrdə mədəniyyət, incəsənət və turizm sahəsində əldə etdiyi nailiyyətlər sonrakı söhbətlərdə də aparıcı mövzu olmuşdu.
Konfransda (“XXI əsr Rusiyada humanizm və kitabxanalar”, “Qiraətə cəlb istiqamətində yeni metodikaların tətbiqi”, “Gənclər arasında vətənpərvərlik ruhunun tərbiyə olunmasında kitabxanaların rolu”, “Kitabxanalar və gənc istifadəçilərin pozitiv dünyagörüşünün formalaşması”, “Fəal oxucu-uğurlu tələbə” və s. mövzularda seminarlar, dəyirmi masalar, “Gələcəyə doğru on bir addım” başlığı altında kitab sərgisi təşkil olunmuşdu. Sərgidə diqqət çəkən məqamlardan biri də Azərbaycan Yazıçılar İttifaqının katibi, xalq yazıçısı Çingiz Abdullayevin kitablarının nümayiş etdirilməsi və bu kitablara olan xüsusi maraq idi.



Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi, fəlsəfə doktoru Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabının yeni nəşri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Nurlar” nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Kitab “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” Qeyri-hökümət təşkilatı tərəfindən kütləvi kitabxanalara, Quba-Qusar batalyonunun döyüşlərində şəhid olmuş qəhrəmanların ailələrinə, yaxınlarına paylanmışdır. Kitabın məktəb kitabxanalarında da paylanması nəzərdə tutulur. Eyni zamanda kütləvi kitabxanalarda, həmçinin C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında kitabın müəllifi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 19 avqust 2011-ci il tarixdə “İçərişəhər tariximizin qan yaddaşıdır” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirlə əlaqədar “Azərbaycanın tarixi abidələri” adlı foto-sərgi təşkil olundu.
Dəyirmi masanı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb belə mövzuda keçirilən tədbirlərin müasir gəncliyin vətənpərvərlik tərbiyəsinə müsbət təsirindən danışıb qeyd etdi ki, İçərişəhərin hər bir daşının, hər bir guşəsinin, hər bir abidəsinin gənclərin vətənpərvərlik hissinin düzgün istiqamətləndirilməsində böyük rolu var. Hər bir Azərbaycan gənci öz ölkəsinin dünəninin, bu gününün tarixini, tarixi abidələrini yaxşı bilməli, tanımalı, bu biliyi gələcək nəsillərə ötürməlidir.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix, Memarlıq Qoruğu idarəsinin “İçərişəhər” tarixi muzeyinin elmi məsləhətçi eksperti S.Məsimov, elmi işçisi H.Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurasının müavini Ə.İsmayılov, Azərbaycan Respublikası Müdafiə Naziliyinin Hərb muzeyinin ekspozisiya hissəsinin rəisi L.Hüseynova, C.Cabbarlının ev-muzeyinin baş elmi işçisi Q.Seyfəddin qızı, Səbail rayon MKS-nin 1 saylı filialının müdiri G.Abbasova, A.Şaiqin ev-muzeyinin əməkdaşı X.Teymurova iştirak etdilər. Elmi işlər üzrə direktor müavini X.Musayeva Azərbaycan, onun qədim və zəngin tarixini özündə əks etdirən tarixi abidələr mövzusunda keçirilən tədbirlərin vətənpərvərlik tərbiyəsinin inkişafında yüksək əhəmiyyətindən, bu abidələrin mühafizə olunub gələcək nəsillərə çatdırılmasında müasir gəncliyin rolundan danışdı
S.Məsimov qeyd etdi ki, “İçərişəhər” tarixi muzeyinin yaranmasından keçən qısa müddət ərzində “Sıra tağlar”meydanı, Numizmatika ekspozisiyası yaradılmış, təqribən dörd mindən artıq əşya toplanmışdır.
Ə.İsmayılov tövsiyə etdi ki, vətənpərvərlik mövzusunda söhbət apararkən mütləq müharibə veteranlarının təcrübələrindən də nümunə götürmək lazımdır. Tarixi abidələrin qorunması isə əsl vətənpərvərlik deməkdir.
L.Hüseynova nəinki “İçərişər”, ümumiyyətlə, Azərbaycanın bütün tarixi abidələrinin qorunması, təbliği mövzusuna tez-tez müraciət etməyi, bununla gənc nəslin vətənpərvərlik tərbiyəsində müsbət rol oynamağı tövsiyə etdi. Q.Seyfəddin qızı, X.Teymurova, G.Abbasova qan yaddaşımız olan tarixi abidələrimizin qorunmasının labüdlüyündən, hər bir qədim tikilinin özünəməxsusluğundan danışıb qeyd etdilər ki, İçərişəhər Azərbaycanın milli sərvətidir. Bu sərvət bizə əsrlərin yadigarıdır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin diqqət və qayğısından bəhrələnərək biz bütün tarixi abidələrimizi qoruyur və qoruyacağıq.
Tədbirin sonunda “Azərbaycanın tarixi abidələri” foto-sərgisinə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 05 avqust 2011-ci il tarixdə yazıçı-publisist Qəhrəman Şükürlünün “Vətənə gedən yol”, “Atəş”, “Mənim anasız dünyam” kitablarının təqdimatı keçirildi.
Tədbir Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan həmvətənlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Kitab təqdimatını giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb Q.Şükürlünün həyat və yaradıcılığı haqqında geniş məlumat verərək söylədi ki, onun tez-tez Respublika mətbuatında çap olunan yazılarının əksəriyyəti Qarabağ müharibəsi mövzusundadır. Bu əsərlərdə ancaq həyat həquqətləri və müharibənin törətdiyi dəhşətlər qələmə alınmışdır. Müəllifin vətən mövzusuna müraciət etməsi onun bu torpağa möhkəm bağlılığının sübutudur. Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri A.Taleh, “Zirvə” ziyalılar İctimai Birliyinin prezidenti M.Dəyanət qızı, Azərbaycanlıların Rusiyadakı cəmiyyətinin üzvü T.Şıxməmmədova, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti T.Əlizadə, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti, “Respublika” qəzetinin müxbiri R.Teymurova, Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti S.Orucov, “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin sədri Ə.Qasımov, Azərbaycan Dövlət Radiosunun əməkdaşı İ.Cəfərova, şair Q.İlqar, şəhid anası D.Əliyeva iştirak etdilər.
T.Şıxməmmədova çıxışında qeyd etdi ki, Qarabağ bütün Azərbaycan xalqının dərdidir. Biz Rusiyada yaratdığımız cəmiyyətdə daim Qarabağın qaytarılmasını təbliğ edirik. Mən təklif edirəm ki, belə mövzuda yazılan kitabların daha geniş miqyasda oxunması üçün məktəb kitabxanalarına da verilsin.
T.Əlizadə bildirdi ki, Qarabağımızda gedən qanlı döyüşləri və oğullarımızın göstərdikləri igidlikləri əks etdirən əsərlərin yaranmasına bizim çox ehtiyacımız var. Məhz Q.Şükürlünün bu üç kitabı da Qarabağda baş verən qanlı hadisələrin real güzgüsüdür.
Q.İlqar belə missiyanı üzərinə götürməyin böyük məsuliyyət olduğunu qeyd edib hətta müəllifin bu kitabları dövlət vəsaiti hesabına yox, öz təqaüdü ilə çap etdirdiyini xüsusi vurğuladı. Hər üç kitabın oxucular üçün böyük əhəmiyyət kəsb etməsindən danışandan sonra çıxışını Qarabağ mövzusunda yazdığı şeri ilə bitirdi.
A.Taleh belə kitabların gənc nəslin tərbiyəsində, əsl vətənpərvər kimi yetişməsində böyük əhəmiyyət kəsb etməsindən danışıb müəllifə “Cəsarətli qələm” diplomunu təqdim etdi.
Q.Şükürlü çıxışında bildirdi ki, Qarabağ uğrunda gedən döyüşlərin real iştirakçısı olub və hər üç kitabda qələmə aldıqları həqiqətdir, yazılarında heç bir fantaziyaya yol verməyib. Bu kitabda şərəfli ana obrazı yaradıb. Ə.Qasımov, R.Teymurova və İ.Cəfərova da hər üç kitaba öz münasibətlərinin bildirib bu əsərlərin Azərbaycanın Qarabağ tarixini əks etdirən qiymətli sənət nümunəsi olduğunu bildirdilər.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 22 iyul 2011-ci il tarixdə Ağdam rayonunun işğal günü münasibəti ilə “Ağdamım, ürək ağrım” başlığı altında anım günü keçirildi.
Anım günü Qarabağ uğrunda gedən müharibədə şəhid olan vətən övladlarının ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb söylədi ki, artıq 18 ildir Ağdam və bütün Qarabağ erməni işğalı altındadır. Dünyanın aparıcı dövlətləri isə bizim ərazi bütövlüyümüzü tanısalar da erməni işğalçılarını qınamırlar. Mən həmişə çalışıram ki, bir vətən oğlu kimi öz doğma Azərbaycanımın torpaqlarının toxunulmazlığını, Qarabağımızın hüquqlarını müdafiə edim. Anım günündə “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” ictimai birliyinin sədri T.Əlizadə, Beynəlxalq Əlillər cəmiyyətinin sədri T.Quliyev, cəmiyyətin əməkdaşı M.Abdullayeva, “Xocalı soyqırımı” ictimai birliyinin sədri Ş.Sabiroğlu, fəlsəfə elmləri doktoru Z.Əliyev, politoloq T.Əliyev, yazıçı-publisist İ.Qasımov, şairlər R.Əsgərov, Q.İlqar, Ağdam uğrunda döyüşlərdə hərbi hissə komandiri X.Xudiyev, “Mütləqa inam” ocağının əməkdaşı İ.Atalı iştirak etdilər.
T.Əlizadə çıxışında qeyd etdi ki, 1960-1980-cı illərdə Ağdam Qarabağın iqtisadi və mədəni cəhətdən ən çox inkişaf etmiş rayonlarından idi. İndi o torpaqlar işğal altında, yadlar əlində qalsa da, dünya ölkələri bu haqsızlığa qarşı hələ də susur. Ağdam rayonu erməni işğalçıları ilə qeyri-bərabər döyüşlərdə altı minə yaxın şəhid vermişdir.
X.Xudiyev bildirdi ki, həqiqətin bir üzü var. Hələ ki, biz bu müharibəni uduzmuşuq. Azərbaycan xalqı tam səfərbər olmalı, alınan torpaqlarımızı geri qaytarmalıdır. Bunun üçün bizim kifayət qədər vətənpərvər oğullarımız var. Anım günündə “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” ictimai birliyinin sədri T.Əlizadə, Beynəlxalq Əlillər cəmiyyətinin sədri T.Quliyev, cəmiyyətin əməkdaşı M.Abdullayeva, “Xocalı soyqırımı” ictimai birliyinin sədri Ş.Sabiroğlu, fəlsəfə elmləri doktoru Z.Əliyev, politoloq T.Əliyev, yazıçı-publisist İ.Qasımov, şairlər R.Əsgərov, Q.İlqar, Ağdam uğrunda döyüşlərdə hərbi hissə komandiri X.Xudiyev, “Mütləqa inam” ocağının əməkdaşı İ.Atalı iştirak etdilər.
T.Əlizadə çıxışında qeyd etdi ki, 1960-1980-cı illərdə Ağdam Qarabağın iqtisadi və mədəni cəhətdən ən çox inkişaf etmiş rayonlarından idi. İndi o torpaqlar işğal altında, yadlar əlində qalsa da, dünya ölkələri bu haqsızlığa qarşı hələ də susur. Ağdam rayonu erməni işğalçıları ilə qeyri-bərabər döyüşlərdə altı minə yaxın şəhid vermişdir.
X.Xudiyev bildirdi ki, həqiqətin bir üzü var. Hələ ki, biz bu müharibəni uduzmuşuq. Azərbaycan xalqı tam səfərbər olmalı, alınan torpaqlarımızı geri qaytarmalıdır. Bunun üçün bizim kifayət qədər vətənpərvər oğullarımız var.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 iyul 2011-ci il tarixdə şairə Nəcibə İlkinin “İllərin o tayı gözləyir məni” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb “Azad qələm” qəzetinin təsisçisi, “Xan qızı Natəvan”, “Xalqın nüfuzlu ziyalısı” mükafatları laureatı, “Qızıl qələm” diplomçusu şairə N.İlkinin gözəl lnsani keyfiyyətlərindən, onun öz səmimyiyəti ilə ürəklərə yol tapan yaradıcılığından, nəyinsə xatirinə ürəksiz bircə sətir belə qələmə almadığından danışdı. Qeyd etdi ki, onun ürəklərə nüfuz etmək qabiliyyəti və insani duyğuları riqqətə gətirən misraları vardır. Nəcibə xanımın vətənpərvərlik ruhunda yazılmış kitablarının gələcək nəslə örnək olduğunu da xüsusi vurğuladı.
Təqdimat mərasimində “Ədəbiyyat” qəzetinin şöbə müdiri, şair-publisist S. Hüseynoğlu, yazıçı, rejissor-dramaturq A. İdrisoğlu, həkim Z. Orxan, şairə G. Munis, Azərbaycan radiosunun diktoru E. Bayramov, şair-tədqiqatçı H. Rüstəm, ”Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai birliyinin sədri T. Əlizadə, yazıçı-publisist A.Muxtarov, şairlər Q. İlqar, Z. Məlikzadə, O. Zəngilanlı, G. Könül, K. Nehrəmli, M. Şahbuzlu da iştirak etdilər.
Şair S.Hüseynoğlu N.İlkinin şerlərindəki şirinlikdən, səmimiyətdən, poetik düşüncələrdən, lirik axıcılıqdan söhbət açıb bu keyfiyyətlərə görə də şairənin qısa bir zaman kəsiyində çoxsaylı oxucuların rəğbətini qazandığını bildirdi.
H.Rüstəm N.İlkinin klassik nümunələrdən qidalandığını, bunun şairənin yaradıcılığında öz əksini göstərməsindən danışdı.
G.Munis N.İlkinin əsl vətənpərvər şair kimi cəsarətli yazıları ilə sözünün arxasında duran qələm sahibi olduğunu ,vətənpərvərlik ruhunun bütün yaradıcılığı boyu onu izlədiyini, şairənin bu hissin tərənnümü ilə qürur duyduğunu vurğuladı.
A.Muxtarov, G.Könül, K.Nehrəmli N.İlkinin yaradıcılığındakı insanı düşünməyə məcbur edən fikirlərdən, incə poetik duyğulardan danışdılar.
Şairə N.İlkin 50 illik yubileyi ərəfəsində keçirilən bu tədbiri sanki yaradıcılıq hesabatı adlandırıb gələcək ədəbi planlarından söhbət açdı.
Təqdimat mərasiminin sonunda N.İlkin bütün tədbir iştirakçılarına “İllərin o tayı gözləyir məni” kitabından hədiyyə verdi.



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət İşçiləri İxtisasartıma Mərkəzi və Belarusiya Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihəyə əsasən Mərkəzin rəhbəri Ramazan Şabanov başda olmaqla nümayəndə heyəti 13.06.2011-18.06.2011 tarixində Belarus Respublikasında ezamiyyətdə olmuşdur. C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İnformasiya və biblioqrafiya şöbəsinin müdiri Yeganə Sadıqlı da nümayəndə heyətinin tərkibində Azərbaycan kitabxana işçilərinin ixtisasartıma kursunda iştirak etmişdir.
Altı nəfərdən ibarət nümayəndə heyəti «Belarus Respublikasının kitabxana- informasiya təminatının müasir vəziyyəti və perspektivləri» mövzusunda mühazirələr dinlənilmiş və dəyirmi masa keçirilmişdir. Tərəflər Azərbaycan və Belarusiya kitabxanaları arasında təcrübə mübadiləsi aparmışlar.
Nümayəndə heyyəti həmçinin Belarus Milli Kitabxanasında olmuşdur. Kitabxanaya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına Gənclər kitabxanasının birgə layihəsi olan Qarabağ müharibəsini özündə əks etdirən Ə. Eyvazovun “Bir batolyonun tarixi” sənədli povesti hədiyyə edilmişdir.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və kitabxananın əməkdaşı Həsənova Günay Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının 2.8.5. bəndində Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar 04-12 iyun 2011-ci il tarixlərində Ukrayna Respublikasının, Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 18-ci Beynəlxalq Konfrans” da iştirak etmişlər.



ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 07 iyun 2011-ci il tarixdə gənc yazar Elnur Fərəcovun “Nağıllar” kitabının təqdimatı keçirildi.
Kitab təqdimatını giriş sözü ilə eimi işlər üzrə direktor müavini X.Musayeva açıb E.Fərəcovun ədəbi yaradıcılığa çox erkən yaşlardan başlamasından, bu yaradıcılığı sanki hansısa bir pak, təmiz xəyal aləminin izləməsindən, təxəyyülün məhsulu olan əsərlərin sevilməsindən danışdı.
Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri A.Taleh, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı G.Ənsərli, İran İslam Respublikasında Azər Tacın xüsusi müxbiri və Azərbaycanın daimi nümayəndəsi S. Şahtatlı, Azər Tacın xüsusi müxbiri Z.Dəmirçiqayalı, “Qurtuluş” qəzetinin baş redaktoru R.Məhərrəmova, “Azərbaycan dəmiryolçusu” qəzetinin müxbiri E.Məmmədli, şairə G.Cahan, şairə N.Yusifova, əlillər arasında şahmat üzrə çempion H.Rüstəmov, 153 saylı orta məktəbin müəllimi Ə.Əliyeva iştirak etdilər.
A.Taleh E.Fərəcova ədəbiyyat aləmində atdığı ilk qədəmlərin uğurlu olmasını arzulayıb kitabın redaktoru olduğu üçün qürur hissi duyduğunu, gənc yazarlara kömək etməyin vacibliyini, istedadlara həmişə yol göstərməli olduğumuzu söylədi. Çıxışının sonunda ona “Qafqaz Media” İctimai Birliyinin “Qızıl Kitab” diplomunu təqdim etdi.
G.Cahan E.Fərəcovun beş yaşından ədəbi yaradıcılığa gəlməsini, onun yazılarından yüzlərlə həmyaşıdlarının bəhrələnməsini söylədi.
Z.Dəmirçiqayalı E.Fərəcovun yaradıcılığını insan beyninin saf fantaziyası adlandırıb bu fantaziya ilə oxucunu cəlb etməsindən danışdı.
H.Rüstəmov, S.Şahtatlı, G.Ənsərli, N.Yusifova, R.Məhərrəmova da E.Fərəcovun yaradıcılıq xüsusiyyətlərindən danışıb onun tutduğu ədəbi yolu alqışladılar. Kitab təqdimatının sonunda E.Fərəcov özünün yeni yaradıcılıq planlarından danışıb bütün tədbir iştirakçılarına “Nağıllar” kitabından hədiyyə verdi.



Cari ilin 04-12 iyun tarixlərində Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində “Krım 2011” kitabxanaların informasiyalaşdırılması və kitabxana – informasiya sahəsinin zəruri istiqamətləri mövzusunda Beynəlxalq Konfrans keçiriləcəkdir. “Azərbaycan respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planına, habelə, Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin II yarımili üçün iş planına müvafiq olaraq C.Cabbarlı adılna Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və həmin kitabxananın əməkdaşı Günay Həsənova qeyd edilən konfransda iştirak edəcəklər.
Konfransda ən yeni informasiya texnologiyaları ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq imkanı yaranacaqdır.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 26 may 2011-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü günü münasibəti ilə elmi-praktik konfrans keçirildi.
Tədbiri açan kitabxananın direktoru T.Sadıqov öz çıxışına ümummilli liderimiz Heydər Əliyevin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhüriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk.” sözləri ilə başladı. Tahir Sadıqov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir.Buna baxmayaraq, Xalq Cümhuriyyəti dövlətçilik atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, dövlət sərhədlərinin müəyyən olunması, iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində böyük nailiyyətlər əldə etmişlər ki, bu nailiyyətlər də bu günki müstəqil Azərbaycan Respublikasının yaranması üçün böyük zəmin yaratmışdır. Çıxış üçün söz alan Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Cəmiyyəti”nin prezidenti T.Əlizadə qeyd etdi ki, bu gün də Azərbaycan öz dövlət müstəqilliyini şərəflə qoruyur və bu yolda bütün dünyada yaşayan 50 milyonluq azərbaycanlıların milli həmrəyliyinə böyük ehtiyac duyulur.T.Əlizadə çıxışının sonunda direktor Tahir Sadıqovu kitabxananın inkişafı sahəsində, dünya azərbaycanlı gənclərinin həmrəyliyinin təşkili sahəsində göstərdiyi xidmətlərə görə "Azərbaycan Respublikası Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyətini" nin Fəxri Fərmanı və döş nişanı ilə təltif etdi.
Elmi-praktik konfransda alim Ə.Tuncay,” Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Cəmiyyəti”nin prezidenti T.Əlizadə, müavini V.Əliyev, “Zirvə” Ziyalılar Təşkilatının sədri M.Dəyanət, AMEA-nın Ədəbiyyat institutunun aparıcı elmi işçisi E.Şükürlü, “Gənclər Təşkilatı”nın Milli Şurasının baş katibi O.Ərəbli, “Yevro xəbər” qəzetinin baş redaktoru N.Novruzov, “Millətçi” qəzetinin redaktoru S.Əsgərova, “Zəka və ülviyyət” qəzetinin təsisçisi E.Nüsrət qızı, şairlər İ.Tapdıq, Q.İlqar Ruhdaş, Azərbaycan üzrə səhiyyədə ictimai nəzarətin sədri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı S.Orucov, ADMİU-nin tələbələri iştirak etdilər.
Ə.Tuncay Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun rəhbərlərindən, M.Ə.Rəsulzadənin, F.Xoyskinin xüsusi xidmətlərindən danışıb keçmişsiz gələcəyin olmamasını, tarixi unutmamağı xüsusi vurğuladı.
V.Əliyev, şairlər İ.Tapdıq və Q.İlqar Ruhdaş, S.Orucov, E.Şükürlü Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, cümhuriyyətin rəhbərlərinin xidmətlərindən, tezliklə mütləq itirilən torpaqlarımızın geri alınacağından danışıb bir dəfə qalxan bayrağın bir daha enməyəcəyini qürurla söylədilər.
Tələbə S.Kərimova Azərbaycana həsr olunmuş şerlər oxudu.
Tədbirin sonunda “Ana vətən-, Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 21 may 2011-ci il tarixdə görkəmli alim Nazim Rizvanın anadan olmasının 60 illiyi münasibəti ilə anım günü keçirilmişdir.
Tədbiri giriş sözü ilə “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin prezidenti T.Əlizadə açıb N.Rizvanın keçdiyi həyat yolundan, onunla olan dostluğundan danışıb qeyd etdi ki, yaradıcı alim 1981-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsində çalışmış, 1995-2003-cü ildən ömrünün sonuna kimi “ Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin ağsaqqallar şurasının sədri olmuşdur.
Anım günündə alim Ə.Tuncay, AMEA-nın aparıcı elmi işçisi, filologiya elmləri namizədi E.Cəfərova, əməkdar incəsənət xadimi Z.Əliyev, sənətşünaslıq doktoru R.İbrahim, Bakı Şəhər Təhsil İdarəsində metodiki mərkəzin direktor müavini S.Məmmədova, “Respublika” qəzetinin müxbiri R.İlyasoğlu, şairlər Q.Ruhdaş, Z.Ağdamlı, N.Rizvanın bacıları Z.Cəfərova, X.Kərimova, qızları Ülkər, Günel, Leyla, iştirak etmişlər.
Z.Əliyev çıxışında qeyd edir ki, N.Rizvan Azərbaycan ədəbiyyatı tarixinə böyük töhfələr verən alimdir. Onun yaradıcılığından, sonsuz xidmətlərindən bəhrələnənlərin sayı-hesabı yoxdur.
R.İbrahim N.Rizvanla tələbəlik illərindən dostluq etməsindən, özünə qarşı hədsiz tələbkarlığından, onun əsl qiymətini öz yaratdığı əsərlərin verməsindən danışdı.
E.Cəfərova N.Rizvanın onun elmi rəhbəri olmasından, vətənpərvərliyindən, Azərbaycanın milli mənafeyini yüksək qiymətləndirməsindən danışdı.
R.İlyasoğlu N.Rizvanın “M.H.Şəhriyar yaradıcılığında vətənpərvərlik” mövzusunda yazdığı dissertasiyasından, şerlərində vətənərvərlik hissinin ön planda olmasından, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin himnini yazmasından danışıb dövlət səviyyəsində onun əsərlərinin çap edilməsini təklif etdi.
Görkəmli alimin bacıları Z.Cəfərova, X.Kərimova, qızları Leyla, Günel N.Rizvanın həyatı ilə bağlı xatirələrini danışıb ona verilən qiymətə görə öz təşəkkürlərini bildirdilər.
Tədbir boyu cəmiyyətin təşkilinin 40 illiyi münasibəti ilə keçirilən tədbirdə N.Rizvanın çıxışı nümayiş etdirildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 10-14 may 2011-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planına uyğun olaraq “Respublikanın şəhər (rayon) kitabxanalarının informasiyalaşdırılması, kitabxanalarda yeni informasiya texnologiyaların tətbiqi” mövzusunda treninq keçirilir.
Treninqi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova açaraq iştirakçıları salamladıqdan sonra treninqin qarşısına qoyulan məqsədlərdən, keçirilməsinin vacibliyindən və bu gün Dövlət Proqramının qarşımıza qoyduğu vəzifələrdən iştirakçılara geniş məlumat verdi. Treninqdə 31 şəhər və rayon MKS direktor və direktor müavinləri iştirak edirlər. Treninqdə mühazirələri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri aparır. Treninqin sonunda iştirakçılara sertifikat təqdim ediləcəkdir.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 07 may 2011-ci il tarixdə şair Leonid Aleksandroviç Skvortsov ilə görüş keçirildi. Görüşü giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb Azərbaycan xalqının poeziya vurğunu olduğundan danışıb qeyd etdi ki, məhz buna görə hər dəfə şairlərlə, yazıçılarlar və müxtəlif sənət adamları ilə keçirilən görüşlər hamımızın sevincinə və marağına səbəb olur. Hər il yüzlərlə azərbaycan və rus dillərində nəzm əsərləri ilə kitabxana fondunu zənginləşdirir, müasir Azərbaycan oxucularının tələbatını ödəyir. T.Sadıqov L. Skvortsovun yaradıcılığı haqqında məlumat verərək onun vətənpərvər şair olduğunu vurğuladı. Tədbirdə şair L. Skvortsov, tarixçi R. Ağayev, “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” İB-nin sədri T.Əlizadə, şair Q.Ruhdaş və başqaları iştirak etdilər.
R.Ağayev şair L. Skvortsovun şerlərinin ilk dinləyicisi olmasından, uzun illər boyu onunla dostluq etməsindən danışdı, tezliklə yaradıcılığının kitab halında oxuculara təqdim olunmasını arzuladı.
Kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva kitabxananın rusdilli oxucularının tələbatını nəzərə alıb Rusiyadan hər il müxtəlif ədəbiyyatların alınmasından, nəinki Azərbaycan, həmçinin, bütün dünya xalqlarının poeziyasının oxucular tərəfindən mütaliə olunmasından danışıb, çıxışını özünün yazdığı şeir ilə bitirdi.
Q.Ruhdaş müasir poeziyada vətənpərvərlik ruhunun daha çox duyulmasından, gənclərin də son dövrlərdə nəzm əsərlərinə çox meyil göstərməsindən danışıb, çıxışını öz şeiri ilə bitirdi.
T.Əlizadə L. Skvortsovun şeirlərindəki müasirlikdən , fəlsəfi aspektlərdən danışdı.
Şair L. Skvortsov oxucuların çoxsaylı suallarını cavablandırdıqdan sonra özünün yazdığı “Bakı və bakılılar”, “Vətən”, “Bağışla ata”, “9 May” şeirlərini oxuyub, yeni yaradıcılıq planlarından danışdı.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 06 may 2011-ci il tarixində gənc yazıçı-jurnalist Tamara Nahidin “Həsrət göz yaşlarını axtarır” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.sadıqov açıb qeyd etdi ki, “Həsrət göz yaşlarını axtarır” kitabı T.Nahidin ilk şerlər və publisistik məqalələr toplusudur. Bu kitabda müəllifin illərdən bəri ürəyində bəslədiyi, hər kəsdən gizlin yaşatdığı ən ülvi hisslərlə qələmə aldığı həsrət nəğmələri, sevgi çələngi toplanıb. Həmçinin, kitabda Mingəçevirin sənətsevər insanlarının həyat və fəaliyyətlərindən də bəhs olunur.
Kitab təqdimatında “Qafqaz Media” İctimai Birliyinin sədri A.Taleh, “Təbəssüm” Uşaq İctimai Birliyinin sədri L.Cavadqızı, “İnsanlığın keşiyində” qəzetinin baş redaktoru Ə.Mustafayeva, “Respublika” qəzetinin müxbiri R.İlyasoğlu, şairə Z.Bəhmənli, şairə N.Yusifqızı, Türkiyəli tələbə R.Özdəmir müəllifin tələbə və sənət dostları iştirak etdilər. A.Taleh 24 yaşlı gənc bir qız üçün kiatb nəşr etdirməyin çox böyük iş olduğunu, kitabın çapdan çıxan kimi oxucuların marağını cəlb etdiyini xüsusi vurğuladı. Kitab haqqında öz təəssüratını bildirəndən sonra ona “Qafqaz Media” İB-nin təsis etdiyi “Cəsarətli qələm” diplomunu verdi. R.İlyasoğlu gənc müəllifin Nahid təxəllüsünü şəhid əmisinin adından götürdüyünü, yaradıcılığında şəhid yanğısı duyulduğunu, vətənpərvərlik hissini uca tutduğunu söylədi. L.Cavadqızı T.Nahidin bədii yaradıcılığını çox bəyəndiyini, mənsur şerlərinin yüksək məna kəsb etdiyini, ümumiyyətlə, onun yazılarında əsl istedadın aydın göründüyünü söylədi. Z.Bəhmənli T.Nahidin müxtəlif mövzuları əhatə edən şerlərində əsl ədəbi yaradıcılığın nəzərə çarpmasından, gənc müəllifin qələmin dili ilə düşünüb öz hisslərini biruzə verməsindən danışdı. Ə.Mustafayeva, R.Özdəmir , L.Əliyeva, Ü.Musayeva, T.Nahidin “Qafqaz-Press”, “Hakimiyyət və gələcək”, “Borçalı”, “Kredo”, “İnsan haqları” mətbu orqanlarındakı fəaliyyətindən danışıb ona sənət, yaradıcılıq uğuralrı arzuladılar. Kitab təqdimatının sonunda T.Nahidqızı yeni yaradıcılıq planlarından danışıb, bütün tədbir iştirakçılarına yeni kitabını hədiyyə verdi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 06 may 2011-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin nəzdindəki Heydər Əliyev-məktəb-muzeydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü günü münasibətilə anım günü keçirdi.
Anım günündə Yasamal rayonu 31 saylı orta məktəbin şagirdləri, muzey-məktəbin əməkdaşları Ü.Allahverdiyeva, A.Məmmədova, G.Abbasova, A.Müzəffərova iştirak etdilər.
Anım gününü giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Müsayeva açıb müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər H.Əliyevin Azərbaycanda demokratikləşmə prosesinin əsasını qoymasından, xalqı vahid bir ideologiya ətrafında birləşib ona zamanın sınaqlarından çıxmağı öyrətməsindən danışıb qeyd etdi ki, Heydər Əliyevin Azərbaycanın daxili və xarici siyasətindəki fəaliyyəti fövqəladə uğurdur.
Şöbə müdiri X.Məmmədova öz çıxışında qeyd etdi ki, ümummilli liderin qurduğu müstəqil Azərbaycan dövləti hazırda bütün dünya azərbaycanlılarının siyasi istinadgahına çevrilmişdir.
Baş kitabxanaçı M.Abbasova ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən, Azərbaycan mədəniyyətinə, incəsənətinə əvəzsiz qayğısından danışdı.
Ü.Allahverdiyeva ulu öndərin ölkəmizin xarici siyasətindəki sonsuz xidmətlərindən faktlarla danışıb, muzeydəki çoxsaylı şəkilləri, sənədləri nümayiş etdirdi. A.Məmmədova ulu öndərin Azərbaycanın daxili siyasətindəki fəaliyyətindən, respublikanın rifahı naminə sonsuz xidmətlərindən, Azərbaycanda baş vermiş sosial-iqtisadi və siyasi dəyişikliklərin baisi olmasından danışdı.
A.Müzəffərova muzeyin kitabxanasında dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyatını, Azərbaycanın daxili və xarici siyasətindəki fəaliyyətini, iqtisadiyyatın, mədəniyyətin, incəsənətin hər bir sahəsindəki uğurlarını əks etdirən 600 artıq ədəbiyyat olmasından, hər gün bu ədəbiyyatlardan istifadə edilməsindən danışdı.
Şagirdlərin çoxsaylı sualları cavablandırıldıqdan sonra xatirə şəkilləri çəkildi.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 30 aprel 2011-ci il tarixdə “Zirvə” Ziyalılar Təşkilatının prezidenti, “Qızıl Qələm”, “M.Müşfiq”, “Min bir mahnı” mükafatları laureatı Minayə Dəyanətin “Həyat davam edir” kitabının təqdimatı keçirildi.
Təqdimat mərasimində Yaponiya səfirliyinin nümayəndəsi Tori Nishivasi, Rusiya Pedaqoji və Sosial Akademiyasının həqiqi üzvü, alim Ə.Ağayev, Ankara Tədris Mərkəzinin direktoru Asya xanım, alim Ə.Tuncay, “Yenilməz xalq” qəzetinin baş redaktoru K.Kamran oğlu, “Xızı-Bərmək” qəzetinin baş redaktoru A.Əzimov, əməkdar incəsənət xadimi Z.Salahova, “Milli dəyərlərin qorunması” ictimai birliyinin sədri D.Nağıyeva, “Ailələrə dəstək” ictimai birliyinin sədri E.Rəhimova, Səhiyyə Nazirliyinin əməkdaşı S.Əlizadə, ”Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri T.Əlizadə, C.Cabbarlının nəvəsi Q.Cabbarlı, rəssam E.Hacızadə, şair O.Rza, şairə M.Şahbuzlu, yazıçı K.Dünyamalı və bir neçə mədəniyyət və incəsənət xadimləri iştirak etdilər. Kitab təqdimatını giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb qeyd etdi ki, M.Dəyanət portretisdir, elm,mədəniyyət, siyasət adamlarının portretlərini yaratmışdır. Rəssam kimi ölkəmizdə və xarici dövlətlərdə müxtəlif sərgilərin təşkilatçısı və iştirakçısı olmuşdur. “Həyat davam edir” xatirə-sənədli povesti isə onun ilk kitabıdır. M.Dəyanət yazıçı kimi də qələmini uğurla sınamış, kitab az müddət ərzində oxucuların diqqətini cəlb etmişdir.
Yaponiya səfirliyinin nümayəndəsi Tori Nishvasi M.Dəyanətlə dostluq əlaqələrindən, onun istər rəssam kimi, istərsə də yazıçı kimi yaradıcılığı ilə maraqlanmasından və yüksək qiymətləndirməsindən danışdı. Azərbaycan xaıqını sənətsevər, sənəti qiymətləndirən xalq adlandırdı. Z.Salahova qeyd etdi ki, M.Dəyanət həmçinin Ankara tədris mərkəzinin pedaqoqudur. Bir sıra oçerk və məqalələrin müəllifidir, Amerika Oriqon ştatının xüsusi diplom və mükafatlarına layiq görülmüşdür. Ümidvarıq ki, “Həyat davam edir” kitabı da oxucular tərəfindən layiqli qiymətləndiriləcəkdir.
Ə.Tuncay Minayə xanımın öz təşəbbüsü ilə “Zirvə” Ziyalılar Təşkilatını təsis etməsindən, yarandığı gündən respublikamızın tanınmış elm, mədəniyyət, siyasət adamları, ziyalılarla iş aparmasından, ədəbiyyat sahəsində də uğur qazanmasından danışdı.
E.Rəhimova, Ə.Ağayev, E.Hacızadə, M.Şahbuzlu, K.Dünyamalı, O.Rza və Q.Cabbarlı da M.Dəyanətin ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpuslar ilə aktiv iş aparmasından, təşkilatçılığından danışıb ədəbi yaradıcılığını da xüsusi vurğuladılar. Qeyd etdilər ki, bu səpkidə yazılan xatirə-sənədli povestlər ailə səmimiyyətinin, doğmalığının təcəssümü və tərənnümüdür. M.Dəyanət kitabının yazılma və yaranma tarixindən danışandan sonra əsərlə bağlı çoxsaylı suallara cavab verdi.
Kitab təqdimatının sonunda gənc skripkaçı S.Səlimov, müğənnilər Ş.Naxçıvanlı və N.Nağıvev bədii hissə ilə çıxış etdilər.



                                                                                                                                                                                                                                               

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 29 aprel 2011-ci il tarixdə “Gənclər fəaliyyətinə dəstək” mərkəzində “Şəffaflıq,- korrupsiyanın ləğvi” mövzusunda görüş keçirdi.
Görüşdə şəffaf təhsil şəbəkəsinin sosial şəbəkələr üzrə məsul şəxsi O.İskəndərov, BDU-nun, ADNA-nın, İqtisad Universitetinin, Texniki Universitetin tələbələri iştirak etdilər.
Görüşü giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2004-cü ilin 13 yanvar tarixində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun imzaladığını, bu Qanunun tətbiqi barədə Dövlət Proqramı layihəsindən, korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarının qarşısında konkret vəzifələr dayanmasından danışdı. Qeyd etdi ki, ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı bütün dünyada genişmiqyaslı mübarizə aparılır. Şöbə müdiri X.Məmmədova ”Cinayətin başlanğıcı, korrupsiya” mövzusunda çıxışında bildirdi ki, ölkəmiz korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıqdan daha səmərəli istifadə etmək məqsədilə BMT-nin və Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində əsas konvensiyalarına qoşulmuşdur.
Baş kitabxanaçı M.Abbasova “Zamanın tələbi,-korrupsiyaya qarşı mübarizə” mövzusunda çıxışında korrupsiyaya qarşı mübarizənin, şəffaflığın qorunmasının yaşından asılı olmayaraq hər bir vətəndaşın borcu olmasını, cinayətə aparan bu yolun qarşısının alınmasının labüdlüyünü dedi. O.İskəndərov “Ali məktəblərdə korrupsiyaya qarşı mübarizənin tələbələr arasında təbliği” başlığı altındakı çıxışında indi ötən illərə nisbətən kitabxanalarda korrupsiya, şəffaflığın qorunmasını əks etdirən ədəbiyyatlara daha çox rast gəlmək mümkün olduğunu xüsusi vurğuladı.
Tələbə M.Abdinova “Şəffaflığın qorunması, təmini” mövzusunda çıxışında gənc nəslin bu sosial bəladan xilas olmaqda mütləq hökumət və dövlətin yardımçısı olmasını, korrupsiyanın kökünün kəsilməsində ən kəskin vasitələrdən istifadə etməli olduğunu qeyd etdi.
Tələbə Ş.Ağayeva “Şəffaflığı necə başa düşürsünüz” adlı çıxışında qeyd etdi ki, bu sahədə mübarizə təkcə korrupsiya, rüşvətxorluq yox, həmçının, korrupsiyaya şərait yaradan halların müəyyənləşdirilməsi ilə də bağlıdır.
Tələbələr X.Kərimov, J.Ələkbərova, Ə.Kazımov da öz çıxışlarında bildirdilər ki, korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçırilməsi üçün ictimaiyyətin maariflənməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsində öz qüvvələrini əsirgəməyəcəklər.



                                                                                                                                                                                                                                               

1928-ci ildə əsası qoyulan C.Cabbarlı adına Respublika Gənclər kitabxanası son illər öz fəaliyyətini dövrün, zamanın tələbinə uyğun daha da gücləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2008-ci il 06 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin 18 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planında kitabxana-informasiya sahəsində kitabxanada bir sıra işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2006-cı il 28 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsinə dair Fəaliyyət Planının təsdiq edilməsinə” dair imzaladığı Sərəncama əsasən 2007-ci ilin fevral ayından kitabxananın nəzdində yaradılan İctimai Hüquqi İnformasiya Mərkəzinın ora müraciət edənlərə xidməti, 2009-cu ilin mart ayından İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi, -elektron kataloqun təşkili, kitabxana ilə “Digesta” firması arasında bağlanmış müqaviləyə əsasən kitabxananın nəzdində Azərbaycan Respublikasının Qanunvericilik Bazasının yaradılması kitabxananın son illər müvəffəqiyyətli addımlarıdır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 12 yanvar 2004-cü il tarixli 56 saylı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə nəşr olunan kitablarla, Rusiya Federasiyasından rusdilli oxucular üçün alınan ədəbiyyatlarla fondun zənginləşdirilməsi, www.ryl.az veb saytı, ryl.az@mail.ru poçt ünvanı kitabxananın oxuculara yüksək xidmətinə nümunədir.
Mədəniyyət və Turizm Naziri Ə.Qarayev direktor T.Sadıqovun son illər kitabxananın fəaliyyətində göstərdiyi nümunəvi xidmətini yüksək qiymətləndirib onu Fəxri Fərmanla təltif etmişdir. Fəxri Fərmanı Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri L.Məmmədova T.Sadıqova təqdim etməzdən qabaq kitabxananın son illər fəaliyyətindəki əsaslı irəliləyişlərdən, yaratdığı bazalardan, dünya kitabxanaları ilə əlaqələrindən danışmışdır. Başda T.Sadıqov olmaqla kitabxana kollektivinə daha yüksək mükafatlar almağı arzulamışdır.
Eyni zamanda T.Sadıqov kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə Mədəni-maarif işi jurnalının “Şərəf Diplomu” na, Azad qələmlər cəmiyyətinin “Qızıl əllər” fəxri mükafatı laureatı diplomuna, Ağamusa Nağıyev adına İB-nin “Ağamusa Nağıyev” diplomuna, Qafqaz Media İB-nin “Cəsarətli Qələm” Diplomuna layiq görülmüşdür.



                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə “Milli dərd, milli genosid” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Texniki Universitetinin tələbələri, Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini R.Cavadov iştirak etdilər.
Konfrans soyqırım qurbanlarının ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Elmi-praktik konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb qeyd etdi ki, 31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı keçirdikləri geniş miqyaslı terrorun tərkib hissəsi idi. 1917-ci ilin 31 martından aprel ayının 3-dək dörd gün müddətində ermənilər Bakı və onun ətraf kəndlərində 16 000 əhalini vəhşicəsinə qətlə yetirdilər. Bu, azərbaycanlılara qarşı kütləvi qırğın, “Böyük Ermənistan” imperiyası yaratmaq iddiası idi. R.Cavadov “Böyük Ermənistan” yaratmaq xülyasına düşən erməni qəsbkarlarının 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı qanlı aksiyalardan danışdı.
Tələbə E.Alıyev çıxışında uzun illər boyu erməni düşmənçiliyindən, erməni ədavətindən danışıb millətimizin gələcəyini istəməyən bədnamların dəfələrlə bizi soyqırıma məruz qoyduqlarına baxmayaraq yenə düşmənə əyilməzliyimizi xüsusi qeyd etdi.
Tələbə Y.Həsənov 31 mart soyqırımının tarixindən, başda Şaumyan olmaqla onu törədənlərdən, bu soyqırımın acı nəticələrindən danışdı.
Tələbə R.Əhədli çıxışında qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev 26 mart 1998-ci il tarixdə imzaladığı fərmanla hər il mart ayının 31-ni azərbaycanlıların soyqırımı günü elan etmişdir. Dünya bu gün terroru pisləyir, mübarizə aparırı, amma Ermənistanın törətdiyi terrora göz yumur.
Tələbə H.Bəşirov dedi ki, artıq uzun illərdir mart ayının 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd edirik. Bizdən xalqımızın başına gətirilmiş faciəni məqsədyönlü şəkildə tədqiq etmək, bütün dünya ictimaiyyətinə çatdırmaq tələb olunar.
S.Vəliyev, M.Həsənova, X.Eynullayeva və Ç.Xudiyeva da 31 mart azərbaycanlıların soyqırım tarixindən, bu faciənin səbəbkarlarından danışıb hamını erməni təcavüzünü pisləməyə, torpaqlarımızın geri alınması üçün mübarizəyə səslədilər.
Tədbirin sonunda “31 mart- soyqırım” adlı kitab sərgisinə baxış keçirildi.
Elmi-praktik konfrans başa çatdıqdan sonra isə 31 mart soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş abidə ziyarət olundu.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 mart 2011-ci il tarixdə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, şair, nasir,publisist Qəşəm İlqar Ruhdaşın 70 illik yubileyi ilə bağlı tədbir keçirildi.
ətraflı



Novruz bayramınız mübarək!!!



                                                                                                                                                                                                       

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il “6” oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı təsdiq edilmişdir.
Dövlət Proqramında irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində C.Cabbarlı adına Respublika Gənclər kitabxanası daim kitabxana fondunun zənginləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirir, müasir oxucuların marağına uyğun olan Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir nəşrlərini alaraq oxucuların istifadəsinə verir. 11.03.2011-ci il tarixdə Rusiyadan alınan yeni kitabların təqdimat mərasimi buna əyani sübütdür. Oxucuların böyük marağına səbəb olan təqdimat zamanı kitabxananın direktoru T.Sadıqov qeyd etdi ki, bu bizim kitabxanamızın Rusiya ilə ilk əməkdaşlığı deyil. Artıq neçə illərdir ki, kitabxana Rusiyanın aparıcı nəşriyyatları ilə mütəmadi əlaqə saxlayır və oxucuların tələblərinə uyğun şəkildə öz fondunu komplektəşdirməyə çalışır. Bu da öz növbəsində Azərbaycan Rusiya mədəni əlaqələrinin inkişafının əyani təzahürüdür.
Əziz oxucular aşağıda qeyd edilən və digər yeni kitabları Siz bizim kitabxanaya gələrək əldə edə bilərsiniz.
Джеймс Джойс. «Дублинцы» (Böyük Britaniya); Джейн Остен. «Доводы рассудка» (Böyük Britaniya); Эмили Бронт. «Грозовой перевал» (Böyük Britaniya); Мартин Бут. «Американец» (Böyük Britaniya); Альбер Комю. «Чума» (Fransa); Лион Фейхтвангер. «Лисы в винограднике» (Almaniya); Эрих Мария Ремарк. «Три товарища» (Almaniya); Курт Воннегут. «Сирены титана» (Amerika); Ирвин Шоу. «Богач, бедняк» (Amerika); Джон Апдайк. «Кролик, беги» (Amerika); Хулио Кортасар. «62. Модел для сборки» (Argentina); Карлос Фуэнтес. «Старый гринго» (Meksika); Пауло Коэльо. «Заир» (Braziliya); Достоевский Ф.М. «Идиот» (Rusiya); Владимир Набоков. «Смотри на Арлекинов» (Rusiya). və s.



                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 24 fevral 2011-ci il tarixdə Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Tarixin sağalmaz yarası” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfrans Xocalı şəhidlərinin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb Xocalı faciəsinin insanlığa və bəşəriyyətə qarşı törədilən ən ağır cinayətlərdən biri olmasından, həmin gecə 613 nəfər dinc sakinin xüsusi amansızlıqla qətlə yetirilməsindən, onların 63-nün uşaq, 106-nın qadın, 70-nin qoca olmasından, 1 275 nəfərin əsir götürülməsindən, bununla ermənilərin iç üzlərinin bir daha ictimaiyyətə göstərilməsindən danışdı.
Konfransda “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” cəmiyyətinin prezidenti T.Əlizadə, ilk milli qadın qəhrəman G.Əsgərovanın anası R.Əsgərova, BDU-nun professoru, islamşünas alim Ə.Qurbanov, fəlsəfə elmləri namizədi, şairə Ə.Tuncay, tədqiqatçı-tarixçilər N.Məmmədov və X.İsmayılov, “Elm və zəka” qəzetinin ziyalısı R.Ağakişibəyova, şair R.Məmmədzadə iştirak etdilər.
T.Əlizadə öz çıxışında qeyd etdi ki, Xocalı soyqırımı XX əsrin II yarısında törədilən ən dəhşətli faciələrdən biridir. Faciədən 19 il keçməsinə baxmayaraq hələ də törədilən cinayət cəzasız qalmış və dünya ictimaiyyəti tərəfindən qınağa cəlb edilməmişdir.
Ə.Qurbanov öz çıxışında bildirdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları Xocalı şəhərini sakinləri ilə birlikdə təmamilə məhv edərək insanlığa silinməz ləkə olan soyqırım aktını törətmişlər.
N.Məmmədov Xocalı faciəsinin tarixindən danışıb sonda qeyd etdi ki, Xocalı faciəsi-dünyada analoqu olmayan, qanlı, məhşicəsinə törədilən soyqırım,-adi təqvim tarixi deyil, milli dərdimiz, milli kədərimizdir.
R.Əsgərova, Ə.Tuncay, R.Məmmədzadə və X.İsmayılov da Xocalı faciəsinin səbəbkarlarından, bu qırğının nəticələrindən danışıb faciə ilə bağlı təbliğat və təşviqatı gücləndirməyi, unutqan olmamağı tövsiyə etdilər.
R.Ağakişibəyova Xocalı şəhidlərinə həsr olunmuş “Xocalı” şerini oxudu.
Elmi-praktiki konfransın sonunda iştirakçılar Xocalı soyqırımına hüquqi status verilməsi haqqında Milli Məclisə müraciət qəbul etdilər.
Tədbir boyu “Xocalı şəhəri” video xronikası nümayiş etdirildi.
Konfransın sonunda “Xocalı qırğını, Xocalı faciəsi” adlı kitab sərgisinə baxış keçirildi.



                                                                                                                                                                                                                                               

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 01 fevral 2011-ci il tarixdə 2 fevral Gənclər günü münasibəti ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə direktorun elmi işlər üzrə müavini X. Musayeva açıb qeyd etdi ki, 1997-ci ildən fevral ayının 2-si Gənclər günü kimi təsis olunmuşdur. Azərbaycanın tarixində, inkişafında gənclərimiz həmişə özünəməxsus rol oynamışdır. Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev demişdir ki, bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.
Görüşdə BDU-nun kitabxanaçılıq və informasiya, filologiya fakültələrinin tələbələri iştirak etdilər.
Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Ə.Ağaverdiyeva öz çıxışında bildirdi ki, gənclik gələcək ziyalı potensialımızın yaranmasında ən təkanvereci qüvvədir.
Tələbə A.Bayramova bu gün ölkə əhalisinin 35%-ni gənclərin təşkil etməsindən, Respublikamızın dünya miqyasında tanınmasında onların müəyyən dərəcədə rol oynamalarından danışdı.
Filologiya fakültəsinin tələbəsi S. Həsənova Respublikamızın idman şərəfini bütün dünyada ucaldan idmançılarımızın uğurlarından danışdı.
Tələbə A.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc nəslə sonsuz diqqət və qayğı göstərməsini, Azərbaycanın gələcəyi naminə əsl ziyalı kimi yetişmələrində xüsusi xidmətlərini qeyd etdi.
İncəsənət şöbəsinin müdiri Z. Mehdiyeva Azərbaycan gəncliyinin bu gün cəmiyyətin inkişafında yüksək təkanverici qüvvə olduğunu xüsusi vurğuludı.
Hərbi-vətənpərvərlik və kütləvi işlər şöbəsinin müdiri X. Məmmədova son illər Azərbaycanda gedən hüquqi, demokratik dövlət quruculuğunda gənc ziyalıların da əvəzsiz xidmətlərini qeyd etdi.
Tələbələrdən S.Vəkilova, M. İbrahimova və F. Talıbov da əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu gənclər siyasətinin bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdılar. Tədbir “Gəncliyin səsi” adlı kitab sərgisinə baxışla sona çatdı.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 yanvar 2011-ci il tarixdə Azərbaycanın xalq artisti, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, müasir Sovet vokal məktəbinin ən ləyaqətli nümayəndələrindən biri olan Lütfiyar Müslüm oğlu İmanovun anım günü qeyd edildi.
ətraflı



                                                                                                                                                                                                       

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının on iki əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının 01.10.2010-cu il tarixdə təşkil etdiyi Kitabxanaçı kadrlara “Yeni kitabxana informasiya texnologiyalarının öyrədilməsi” layihəsi üzrə kurslarda iştirak etmişlər. Kursun sonunda Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının Prezidenti X.İsmayılov tərəfindən iştirakçılara setifikatlar verilmişdir.



C. Cabbarlı addına Respublika Gənclər kitabxanası 21 yanvar 2010-cu il tarixdə ”Zəka və Ülviyyət”, beynəlxalq ictimai elmi jurnalı və “Zirvə” ziyalılar təşkilatı Yasamal rayon şöbəsi ilə birlikdə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirmişdir.
ətraflı



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 25 dekabr 2010-cu il tarixdə Zərifə Orxan Quliyevanın “Sənsiz səninlə”, “Ömrün son baharı”, “Son ümidim”, “Tale yazısı” kitablarının təqdimat mərasimi keçirilmişdir.
ətraflı



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 24 dekabr 2010-cu il tarixdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi, fəlsəfə doktoru Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirlə əlaqədar “Vətən mənə oğul desə...” başlığı altında kitab sərgisi açılmışdı.
ətraflı



C.Cabbarlı adna Respublika Gənclər kitabxanasında 13 dekabr 2010-cu il tarixdən 17 dekabr 2010-cu il tarixədək davam edən “Kitabxanaların elektron resurslarının idarə olunması” adlı treninq başa çatmışdır.
ətraflı



C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 22 oktyabr 2010-cu il tarixdə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə “Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım” layihəsi çərçivəsində “Gender (kişi və qadın) bərabərliyi” başlığı altında görüş keçirmişdir.


ətraflı


                                                                                                                                                                                                       

Soçi şəhərinin Adler rayonunda 20-25 sentyabr tarixlərində “Sağlamlıq, bilik, peşəkarlıq – gəncin uğurunun ən önəmli aspektləridir” mövzusunda “Kitabxanalardan gələcəyə” X Yubiley Beynəlxalq Konfransı keçirildi. Konfransı 270 nümayəndə təmsil edirdi. Konfransda Azərbaycan Respublikasından C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və Qusar rayon MKS-nin direktoru Mustafayev Zahir iştirak edirdi. Konfransın açılışında təbrik üçün C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqova söz verildi.
Tahir Sadıqov çıxışında Konfransın 10 illik yubileyini təbrik etməklə yanaşı, Azərbaycan Respublikasında ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət ocaqlarına, xüsusilə də kitabxanalara göstərdiyi qayğı və diqqətdən danışmışdır. O öz çıxışında həmçinin, 2008-2013-cü illəri əhatə edən Dövlət Proqramı və bu proqrama əsasən kitabxanaların avtomatlaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, fondun komplektləşdirilməsi, kitabxanaların dünya informasiya məkanına daxil olması, beynəlxalq kitabxanalararası əlaqələrin qurulması və digər məsələlərin həlli istiqamətində əldə edilən nailiyyətləri qeyd etmişdır.
Konfransda müxtəlif mövzularda seminarlar (“Gənclər və kitab, Narkomaniya əleyhinə: Narkomaniyanın profilaktikasına kompleks yanaşma”, “Yeni narkotik maddələr -Narkomaniyanın profilaktikasında kitabxanaların rolu”, “Gənclər gələciyi seçir. Kitabxanalarda hüquqi maarifləndirmə”, “Yeni əsrin sağlam nəslinin tərbiyəsində Gənclər kitabxanalarının rolu”, “Elektron sənəd kitabxana işinin obyekti kimi”), dəyirmi masalar (“Moskva şəhərinin gənclərinin professional fəaliyyətində kitabxanaların rolu” ) Azbuka Attikus”, “Eksmo” və digər nəşriyyatların kitab sərgiləri təşkil olunmuşdu. Konfransın sonunda 2011-ci ildə keçiriləcək konfransın “Kitabxanalara dövlət rəhbərləri tərəfindən göstərilən qayğı” mövzusunda olması qəbul edildi.



Azərbaycan “Kitabxanalardan gələcəyə” mövzusunda Beynəlxalq konfransda təmsil olunacaq.
Sentyabrın 20-dən 25-dək Rusiyanın Soçi şəhərində “Kitabxanalardan gələcəyə” mövzusunda X Beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda ölkəmizi C. Cabbarlı adına Respublika Gənclər kitabxanasının və Qusar Rayon Mərkəzləşmiş Kitabxana sisteminin əməkdaşları təmsil edəcəklər.
C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov Azər Tac-a bildirmişdir ki, konfransın məqsədi kitabxanalarda sağlam həyatı tərənnüm edən idmana aid ədəbiyyatların təbliğinə nail olmaqdır. Dünyanın müxtəlif dövlətlərindən olan kitabxana işçilərinin qatılacağı tədbirdə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır. Ənənəvi olaraq keçirilən belə konfranslar kitabxanalar arasında əməkdaşlığın inkişafına əlverişli imkan yaradır.
T.Sadıqov onu da qeyd etmişdir ki, bu il həm də konfransın 10 illik yubileyi qeyd ediləcəkdir.



C. Cabbarlı adına Respublika Gənclər kitabxanası yeni kitabların biblioqrafik informasiya göstəricisinin 1-ci buraxılışını cap etdirmişdir. Yeni kitabların biblioqrafik informasiya göstəricisi oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədi ilə nəşr olunmuşdur. Təqdim edilən ədəbiyyatlar əlifba sırası ilə və dillər üzrə düzülmüşdür. Sonda köməkçi aparat kimi müəlliflərin əlifba göstəricisi, sərlövhə göstəricisi və kitabları cap edən nəşriyyatların siyahısı verilmişdir. Eyni zamanda həmin göstəricidə Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı da öz əksini tapmışdır. Həmin göstəricilərdən region kitabxanalarına verilməsi nəzərdə tutulmuşdur.



C. Cabbarlı adına Respublika Gənclər kitabxanasının hazırladığı layihəyə əsasən tərtibçi-müəllif Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitab nəşr edilib vətənpərvər oxucularımızın istifadəsinə verildi.
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixində xalqa müraciətindən sonra təşkil olunmuş Quba-Qusar könüllülərindən ibarət batalyonun yaranması, erməni təcavüzkarlarına qarşı batalyon igidlərinin ölüm-dirim mübarizəsi, sıravi əsgərdən tutmuş zabitə kimi hər bir döyüşçünün düşmənə nifrət hissi ilə torpaqlarımızın qorunması uğrunda apardığı döyüşlər haqqında sənədli materiallar öz əksini tapır. Quba-Qusar batalyonu haqqında tarixi həqiqətləri əks etdirən ilk, bir qədər də romantik yazılmış bu əsərdə, bəlkə də hələ bəlli olmayan məlumatlar, tarixi faktlar və sənədlər öz əksini tapmışdır.
Odur ki, oxuculardan, sabiq döyüşçülərdən kitab haqqında öz fikirlərini bildirməyi, bu batalyon barədə kitabda öz əksini tapmayan əlavə məlumatlar, tarixi sənədlər və faktlar varsa, onları çatdırmağı xahiş edirik. Çünki tarixi biz yaradırıq. Ona görə də həqiqəti xalqa çatdırmaq, baş verənlər barədə soydaşlarımızı xəbərdar etmək, Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzdur.



C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 iyul 2010-cu il tarixdə yazıçı R. Orxanın “Ölməzliyə abidə” kitabının təqdimatı keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 5-13 iyun 2010-cu il tarixlərində Ukrayna, Krım Muxtar Respublikasının Sudak şəhərində, kitabxanalar və informasiya resursları müasir aləmdə, mədəniyyət, təhsil, elm – 17-ci Beynəlxalq Konfransda iştirak etmişdir.


ətraflı


C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 iyun 2010-cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.


ətraflı


C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 iyun 2010-cu il tarixində Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.


ətraflı


C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 07 iyun 2010-cu il tarixdə vətənpərvərlik mövzusunda “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 26 may 2010-cu il tarixdə 28 may Respublika günü münasibəti ilə “Azadlığı qazanmışıq qram-qram” başlığı altında elmi-praktik konfrans keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 14 may 2010-cu il tarixdə M.Seyidzadənin yeni nəşr olunan “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.


ətraflı


C. Cabbarlı adına Respublika Gənclər kitabxanası 07 may 2010-cu il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin nəzrindəki Heydər Əliyev – Məktəb Muzeydə milli öndər H. Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə anım günü keçirilmişdir.


ətraflı


04 may 2010-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanası Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 saylı orta məktəbdə “Ekologiya ili” çərçivəsində “Dünya bizim evimizdir, gəlin onu qoruyaq” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.


ətraflı


31 mart 2010-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında “31 mart milli soyqırım-milli genosid” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 30 mart 2010-cu il tarixdə “Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıq və narkomaniya” mövzusunda dəyirmi masa keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 mart 2010-cu il tarixdə 1995-ci il dövlət çevrilişinə cəhdin qarşısının alınmasında şəhid olan milli qəhrəmanların anım gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 9 mart 2010-cu il tarixdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qondarma erməni soyqırımına qarşı etiraz olaraq dəyirmi masa keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 fevral 2010-cu il tarixdə Azərbaycanın Milli qəhrəmanı Məmmədov Nizami Murad oğlunun anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.


ətraflı


                                                                                                               

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 26 fevral 2010-cu il tarixdə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun müdiri L,Məmmədova açmış, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermiş, ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti bir daha tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Tədbirin sonunda “Xocalı faciəsi-əfsanəvi reallıq” başlığı altında sərgiyə baxış keçirilmişdir.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 22-26 fevral 2010-cu ildə "Kitabxanaların informasiyalaşdırılması. Elektron kitabxana" adlı treninqlər keçirilmişdir.


ətraflı


Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanası 16 fevral 2010-cu ildə “Qaradağlı faciəsindən 18 il keçir” mövzusunda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi ilə birlikdə dəyirmi masa keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 10 fevral 2010-cu il tarixdə qəzəlxan Gülarə Munisin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilmişdir.


ətraflı


C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 30 yanvar 2010-cu il tarixdə Ə. Ağayevin “Təməldən əmələ” kitabının təqdimatı keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 29 yanvar 2010-cu il tarixdə BDU-da 02 fevral Gənclər günü münasibətilə “Zamanla səsləşir gəncliyin səsi” mövzusunda görüş keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18 yanvar 2010-cu il tarixdə “Yanvar şəhidləri” mövzusunda dəyirmi masa keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 9 yanvar 2010-cu il tarixində “Xalq qəhrəmanlığı unutmur” mövzusunda dəyirmi masa keçirilmişdir.


ətraflı


8 dekabr 2009-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində “Narkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilmişdir.


ətraflı


                                                                                                                                                                       

C.Cabbalı adına Respublika Gənclər kitabxanasının direktoru cənab T.Sadıqov 16-20 noyabr tarixlərində Moskva vilayətinin Zveniqorod rayonunda keçirilən “LİBCOM-2009” XIII Beynəlxalq Konfransda və sərgidə iştirak etmişdir. Konfransı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının sədr müavini S.S Jurova konfrans iştirakçılarını salamlamış və konfransı açıq elan etmişdir. Konfransda Azərbaycanla yanaşı, Rusiya, Qazaxstan, Dağıstan və digər MDB ölkələrindən qonaqlar da iştirak edirdilər. Konfransda “Elektron resurslar, elektron kitabxanalar və İnternet texnologiyalar”, “Elektron informasiya dövründə kitabxana fondlarının və kitab satışı məntəqələrinin yaradılması”, “Təhsil sisteminin islah edilməsinin müasir problemləri: yeni standart, texnologiya və metodika”, “ABİS-in və elektron kitabxanaların linqvistik və informasiya təminatı”, “Rusiya kitabxanalarının ümumi kataloqları: Resurslar və xidmətlər”, “Müasir dünyada ekoloji informasiya” və s. mövzularda seminar və mühazirələr oxunmuşdu.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18 noyabr 2009-cu il tarixdə Qafqaz Media İctimai Birliyinin xeyriyyəçilik missiyası ilə Gözdən Əlillər üçün Respublika İnternat məktəbinin şagirdlərindən Nurlanə Nursuzun “Körpə ömrüm səninlə bir qocalı”, Mansur Qadirin “Necə sevməyim?” kitablarının təqdimat mərasimi keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 12 noyabr 2009-cu il tarixdə astroloq, yazıçı F.Qurbansoyun xalq şairi M.Müşfiqin həyat və yaradıcılığına həsr etdiyi “Lacivərd göylərin ətəklərində” kitabının təqdimat mərasimini keçirmişdir.


ətraflı


31 oktyabrda Gözdən Əlil Uşaqlar üçün Respublika İnternet məktəbinin akt zalında həmin məktəbin XI sinif şagirdi Mansur Qədir Rəhimovun “Necə sevməyim?” ikinci şeirlər kitabının təqdimat mərasimi keçiridi.


ətraflı


14 oktyabr 2009-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində “Məlhəm” Humanist Ictimai Qadınlar Birliyi və Milli qəhrəman qəzeti “Şəhid ailəsinə mənəvi dəstək” mövzusunda şəhid ailəsi və milli qəhrəman anaları ilə görüş keçirmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 16 oktyabr 2009-cu il tarixdə 31 saylı orta məktəbdə 18 oktyabr Azərbaycanın Müstəqillik günü münasibətilə “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” başlığı altında söhbət keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 2009-cu il iyun ayının 24-də “Milli qəhrəman” qəzetinin yaradıcılığının bir illiyi ilə bağlı Heydər Əliyev irsi və dövlətçilik işi mövzusunda tədbir keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 2009-cu il iyun ayının 24-də C.Cabbarlının anadan olmasının “110 illik yubileyinə” həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.


ətraflı



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində 2009-cu il iyun ayının 16-da “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası və uşaq hüquqlarının müdafiəsi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.


ətraflı


C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 iyun 2009-cu il tarixdə Milli Qurtuluş günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.


ətraflı


                                                       

27 may 2009-cu il C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının tarixində əlamətdar günlərdən biri olmuşdur. Kitabxanamızın direktoru Tahir müəllim Sadıqov "Mədəni-maarif işi" jurnalının redaksiyası tərəfindən "Kitabxana işinin təşkili, şəbəkənin genişləndirilməsi, müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni ədəbiyyatlarla zənginləşdirilməsi və əhaliyə mədəni xidmətin təkmilləşdirilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə" Şərəf diplomu ilə təltif olunmuşdur.Şərəf diplomunu təqdim edən "Mədəni-maarif işi" jurnalının baş redaktoru bu görəvin ona həvalə edilməsindən böyük zövq aldığını dönə-dönə qeyd etmiş və kitabxanamızın bütün kollektivini bu hadisə ilə əlaqədar səmimi qəlbdən təbrik etmişdir. Kİtabxanamızın direktoru Tahir müəllim də öz növbəsində son illər ərzində mədəniyyət xüsusilə də, kitabxana işi sahəsində aparılan islahatlar və kitabxanamızda olan dəyişikliklər haqqında qonağa məlumat verərək sonda ona öz təşəkkürünü bildirmişdir.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 may 2009-cu il tarixdə AXC-nin yaranmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.


ətraflı



C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 2009-cu il may ayının 22-də Yasamal rayonundakı 31 sayli orta məktəb ilə birlikdə Mərdəkandakı M.E.A-nın Dendrari bağında təbiət qoynunda “Ekoloji saflıq-sağlamlıq” adı altında disput keçirmişdir.


ətraflı


2009-cu il may ayının 19-da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü Ali “Dan ulduzu”, Həsən bəy Zərdabi adına və “Qızıl Qələm” mükafatları laureatı İntiqam Mehdizadənin “Karvanın Sarvanı” kitabının təqdimat mərasimi keçirilmişdir.


ətraflı


2009-cu il 8 may tarixində saat 14.00 – da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.


ətraflı


2009-cu il aprel ayının 20-dən 24-dək C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində treninq keçirilmişdir.


ətraflı


2009-cu il mart ayının 30-da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında “Soyqırım, milli genosid” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.


ətraflı



ətraflı


2009-cu il mart ayının 14-ü saat 12-də C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında “Korrupsiyaya qarşı mübarizə şəffaflığın qorunması deməkdir” başlığı altında görüş keçirilmişdir.


ətraflı


Tələbləri kitabxana-informasiya fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edən İRBİS-64 proqramı 07 mart 2009-cu il tarixindən kitabxanamızda tətbiq edilməyə başlanmışdır.



2009-cu il fevral ayının 23-ü saat 15-00-da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında “Qan yaddaşı, qanlı Xocalı faciəsi” adı altında Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.



6 fevral 2009-cu il tarixində kitabxanamızda İctimai Hüquqi İnformasiya Mərkəzinin fəaliyyətinin iki illiyinə və Yazıçılar Birliyinin üzvi Ə.Eyvazovun tərtib etdiyi “Humanizm xeyirxahlıq missiyası” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.


ətraflı


Noyabrın 25-i 2008-ci il tarixində İFLA-nın seçilmiş prezidenti Ellen Tisen kitabxanamızın İctimai Hüquqi İnformasiya Mərkəzində qonaq olmuşdur. Mərkəzin əməkdaşları mərkəzin strukturu yaranma tarixi, fəaliyyət prinsipləri ilə qonağı tanış etmiş, onu maraqlandıran sualları cavablandırmışlar.



05 iyul 2008-ci ildə kitabxanada yazıçı-publisist Mustafa Çəmənlinin “Ruhların üsyanı” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə S.Mumtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru M.Teymurov, yazıçı-dramaturq Əli Əmirli, filologiya elmləri doktoru Nazim Qəhrəmanlı, “Azərbaycan” qəzetinin şöbə müdiri, jurnalist Flora Xəlilizadə, tədqiqatçı Şəmistan Nəzirli, şair German iştirak etmişlər. Çıxış edən qonaqlar kitabın mövzusunun aktuallığından, Qarabağ dərdinin unudulmazlığından, xalqımızın mətanət və qəhrəmanlığından söhbət açdılar. Belə səpkili əsərlərin çox olmasını arzuladıqlarını qeyd etdilər. Sonda söz musiqiyə verildi.



27 may 2008-ci il tarixində kitabxananın İctimai Hüquqi İnformasiya Mərkəzində Azərbaycan xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş praktiki konfrans, bu mövzuda tövsiyə ədəbiyyat siyahısı və kitab sərgisi təşkil olunmuşdur. Tədbirdə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri L.Məmmədova, S.Mumtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru M.Teymurov, AXC-nin tədqiqatçısı Nəsiman Yaqublu, elmi işçi Mirdayət Seyidov, AMEA-nın Filologiya İnstitutunun filologiya elmləri namizədi, dosent Asif Rüstəmli işyirak etmişlər. Tədbirdə çıxış edənlər AXC-nin yaranmasının Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu, bu əlamətdar vaxt kəsiyinin tarix boyunca unudulmayacağını qeyd etdilər.



30 aprel 2008-ci il tarixində kitabxananın İctimai Hüquqi İnformasiya Mərkəzində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” «Гейдар Алиев. Личность и эпоха» adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Yazıçılar Birliyinin sədri Anar, Fəttax Heydərov, Əkrəm Səlimzadə, Aleksandr İvanov, Albert salamov, Anar Məmmədxanov, bir sıra şəhər və rayon MKS-nin direktor və kitabxanaçıları iştirak etmişlər. İlk öncə ulu öndər ilə şəxsən tanışlıqları oaln qonaqlar ümummilli liderlə bağlı xatirələri ilə bölüşdülər. Tədbirdə çıxış edənlərin hər biri bu kitab ərsəyə gəlməsində zəhməti olanlara öz minnətdarlıqlarını bildirir və Elmira xanım Axundovanın əməyini yüksək qiymətləndirdiklərini dönə-dönə qeyd edirdilər. Tədbirin sonunda hamıya öz təşəkkürünü bildirən Elmitra xanım Axundova müəllifi olduğu kitabı gələn qonaqlara kitabını hədiyyə verdi.



15 aprel 2008-ci ildə kitabxanamızın İctimai Hüquqi İnformasiya Mərkəzində M.Muşfiqin 100 illiyinə həsr olunmuş “Müşfiqli günlərim” adlı musiqili-ədəbi-bədii gecə təşkil olunmuşdur. Tədbirdə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri L.Məmmədova, Müşfiqşünas tədqiqatçı şair Gülhüseyn Hüseynoğlu, şair Vaqif Bəhmənli, F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru F.Quliyeva, Xətai MKS-in direktoru O.Quliyev, Nizami MKS-in direktoru Ş.Qəmbərova, S.Mumtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru M.Teymurov, KİV nümayəndələri oxucu və kitabxanaçılar iştirak etmişlər. Tədbirin bədii hissəsində gəlın qonaqlar İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətlərinin ifasıpnda Müşfiqin sözlərinə bəstələnmiş mahnılara qulaq asdılar. Tədbir “vaxtsız solan ömur” adlı kitab sərgisinə baxış ilə sona çatdı.



11 aprel 2008-ci ildə kitabxananın Rus xidmət şöbəsi Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının 9d sinfində müasir şair və yazıçılara həsr olunmuş “Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərs xarakterli məşğələ keçmişlər. Rus bölməsinin şagirdlərinə M.Müşfiq, N.Xəzri, R.Rza, İ.Əfəndiyev, S.Ə.Şirvani kimi Azərbaycan ədiblərinə dair ətraflı məlumat verilmiş. Adları sadalanan şair və yazıçıların həyat və yaradıcılıqlarını əks etdirən kitab sərgisi də təşkil olunmuşdur.



C.Cabbarlı adına Respublika Gənclər kitabxanası daim kitabxana fondunun zənginləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirməyə, kitabxananın oxucularının marağına uyğun yeni nəşrlər almağa çalışır.Sözügedən nəşrləri oxuculara təqdim etmək məqsədilə 2008-ci il mart ayının 17-də kitabxananın İctimai Hüquqi İnformasiya Mərkəzində yeni kitabların təqdimat mərasimi keçirilmişdir.Alınan kitablar arasında oxucuların xüsusi marağına səbəb olan aşağıdakı kitablar Aydın Daddaşov “Demokratiya və İslam”, R.Azadə “Mövlanə Cəlaləddin Rumi”, “Müasir Azərbaycan ədəbiyyatı”, Мурад Аджи “Европа, трюки, Великая Степь”, «Я познаю мир», «Золотая книга легенд и мифов», Август Мюллер «История Ислама», Жак Ле Гофф «Цивилизация средневекового запада», «Мировая живопись от Джотто до Пикассо»,Т.И.Султанов «Чингиз хан и Чингизиды. Судьба и власть» В.Э.Вечканов «Философия» artıq əldən-ələ gəzməkdədir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri L.Məmmədova, S.Mumtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru M.Teymurov, respublika kitabxanalarının əməkdaşları iştirak etmişdilər.