Ana səhifə - RYL

Go to content

Main menu:

Tədbirlər
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyun 2017-ci il tarixdə  Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü manasibəti ilə “Qüdrətli Azərbaycan ordusu” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1918-ci il iyun ayının 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranmışdır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunu yaratmasına hüquqi əsas vermişdir. 1991-ci il oktyabr ayının 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan olunmuş və hər il Azərbaycan xalqı bu günü bayram kimi qeyd edir... Ətraflı
Xəbərlər
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə  Milli Kino günləri keçirilir. Ətraflı
Anonslar
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü manasibəti ilə “Qüdrətli Azərbaycan ordusu” mövzusunda tədbir keçiriləcək.


 
 
Back to content | Back to main menu