 |
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 mart 2011-ci il tarixdə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, şair, nasir,publisist Qəşəm İlqar Ruhdaşın 70 illik yubileyi ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq tədbir iştirakçılarını qarşıdan gələn novruz bayramı münasibətilə təbrik etdi.O bildirdi ki ,kitabxanamız uzun illərdir ki, müxtəlif səpkili tədbirlər , o cümlədən tanınmış şair və yazıçılarla görüşlər keçirir, kitab təqdimatları təşkil edir. Şair Qəşəm İlqarın həyat və yaradıcılığında vətənə,torpağa doğma yurda bağlılıq öz əksini tapmışdır.
“Dünya Azərbaycanalılarının həmrəyliyinə dəstək” İB-nin prezidenti T.Əlizadə şairin həyat və yaradıcılığının dəyərlı məqamlarından söhbət açmışdır. Şairin yüksək insani keyfiyyətlərindən ,saf duyğularından, səmimiyyətindən danışaraq, onu müdrik insan, əsl ziyalı kimi qiymətləndirdi.
“Millətçi”qəzetinin redaktoru Sevda Əsgərova və pedaqoq Tofiqə Mütəllim qızı şairin “Yaddaşa yazın”. “And içirəm”, “Ana yurdum”,”Qarabağ”, “Siz xəbər verin” şerlərini oxudular və onun vətən həsrətini, doğma yurd sevgisini tərənnüm edən duyğularından riqqətə gəldiklərini vurğuladılar.
 |
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı da öz çıxışında qeyd etdi ki, zaman insanlığın duyğularının, milli ölçü isə bəşəriyyətin təstiqidir. O, insan hisslərini musiqi tək çağladır.Şair Qəşəm İlqar Asif Ata ocağının dostu, onun dəyərləndirdiyi bir insandır.
Politoloq Taleh Əliyev onun şerlərindəki müdriklikdən, vətənə sevgidən söhbət açmış, onu Azərbaycan ədəbiyyatı tarixində qalan şairlərdən hesab etdiyini vurğuladı.
Tədbirdə xanəndə Şahin Babayev və Tural Salmanov , qarmon ustası Vaqif Əliyev və musiqi qrupu məharətlə muğam dəstgahını ifa edərək tədbiri daha da rövnəqləndirdilər.
Tədbir boyu şair ömrünün səhifələrini və yaralıcılıq yollarını əks etdirən slaydlar nümayiş etdirildi.
Görüş tədbir iştirakşılarının xatirə şəklinin çəkdirilməsi ilə başa çatdı.
|