|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 9 mart 2010-cu il tarixdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qondarma erməni soyqırımına qarşı etiraz olaraq dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq xalqımızı erməni quldurlarının hər bir fitnəkarlığına qarşı ayıq olmağa və vaxtında lazımi tədbir görüb öz səsini beynəlxalq dairələrə çatdırmağa hazır olmağa səsləmişdir.
Tədbirdə “Milli Qəhrəman” qəzetinin baş redaktoru M.Seyidzadə, baş redaktorun müavini N.Vəliyev, şəhid, Milli Qəhrəman ailələri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
M.Seyidzadə bildirmişdir ki, ümumiyyətlə, türklərə qarşı ermənilər tərəfindən genosid həmişə olmuşdur. Amerika konqresmenləri yaxşı bilirlər ki, ermənilər heç zaman genosidə məruz qalmamışlar. Biz ABŞ, Türkiyə Səfirliyinə, Milli Məclisə erməni soyqırımına qarşı müraciət göndərməliyik. Türkiyə dövlətinə, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyeva dəstək olmalıyıq. Çünki hal-hazırda Azərbaycan xalqına, cəmiyyətinə hamımızın dəstəyi vacibdir.
Şəhid Çingiz Babayevin atası Adil Babayev Ermənistan barədə təsəvvürləri belə olmayan adamların erməni soyqırımını tanımalarına təəssüfləndiyini qeyd etdi. O, şəhidlərin valideynləri adından bu qərarın əleyhinə olduğunu deyərək hamını onun əleyhinə səs verməyə çağırdı.
Şəhid, Milli Qəhrəman Cavanşir Əhmədovun anası Dilarə Rəhimova qeyd etdi ki, ermənilərin başımıza gətirdikləri müsibətləri nə qədər pisləsək də,
beynəlxalq ictimaiyyət buna göz yumur. Fəqət Quba məzarlığından çıxan sümüklər buna əyani sübutdur. O, hamını düşməndən intiqam almağa, müharibəyə hazır olmağa, şəhidlərimiz qanını yerdə qoymamağa çağırmışdır.
Dəyirmi masaya gələn şəhid ailə üzvlərinin hər biri söylənilən fikirlərlə həmrəy olduqlarını bildirdilər.
Baş redaktorun muavini N.Vəliyev ABŞ Konqresinin Nümayəndələr Palatasına, Türkiyə Respublikasının Böyük Millət Məclisinə, Azərbaycan Respublikasının Milli Məclisinə, “Milli Qəhrəman” Beynəlxalq İnformasiya Mərkəzinin, “Milli Qəhrəman” qəzetinin redaksiya heyətinin, şəhid, Milli Qəhraman ailələrini, Qarabağ müharibəsi veteranlarının müraciətini oxumuşdur. Müraciət tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul olunmuşdur.
|