Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını icra etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirliyinin 21 aprel 2016-cı il tarixli 152 nömrəli əmri ilə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planının 10-cu bəndinə əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə 04 noyabr 2016-cı il tarixdə Gəncə şəhərində “Gənclər-innovasiyalar-kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktiki konfrans başa çatmışdır.
Konfransda çıxış etmişlər:
- “Elektron kitabxanalar mədəniyyətin fenomeni kimi” - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İnformasiya hamı üçün" YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova.
- “Hər şeyin dəyişdiyi dünya: rəqəmsal texnologiyaların nailiyyətləri, inkişaf perspektivləri və onların informasiya-kommunikasiya sistemlərinə təsiri”- Rusiya Federasiyasından Vadim Konstantinoviç Stepanov.

- “Şəhər mühitində gənclər üçün kitabxana media-layihələr məkanı kimi”- Rusiya Federasiyasından İ.S.Turgenev adına Kitabxana-qiraətxananın direktoru Aleksandra Leonidovna Vaxruşeva.
- “Kitabxanalar üçün kompleks innovasiyalı qərarlar: dizayn, mebel, avadanlıq, texnologiyalar”- Rusiya Federasiyasından Vladimir Mixayloviç Lyutetski.
- “Kitabxananın sosiomədəni fəaliyyəti . (“Teffi” kitabxana- sosiomədəni mərkəzin təcrübəsi”) - Rusiya Federasiyasından Yekaterina Anatolyevna Papova.
- “Adi yerdə uğurlu kitabxananı necə yaratmalı: fəaliyyət üçün qısa rəhbər vəsait”- Rusiya Federasiyasından Olqa Aleksandrovna Andon.

- “Gənclərin mütaliə mədəniyyətinin formalaşmasında Milli Kitabxananın rolu”- Azərbaycan Milli Kitabxanasının Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova.
- “Gəncə Avropa Gənclər paytaxtı 2016” ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsində gənclərin rolu”- Gəncə şəhər MKS-inin 11 saylı kitabxana filialının müdiri Esmira Həsənova.
- “Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində”- F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva.
- “Kitabxanalarda uşaq və yeniyetmələrlə iş”- Sabirabad rayon MKS-inin Mərkəzi Kitabxanasının operatoru Aynurə Azayeva.
Yuxarıda adları qeyd olunanlardan başqa eyni zamanda digər region kitabxana əməkdaşları da müxtəlif mövzularda çıxışlar etmişlər.





  <