Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Gender (kişi və qadınların) bərabərliyi

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 22 oktyabr 2010-cu il tarixdə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə “Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım” layihəsi çərçivəsində “Gender (kişi və qadın) bərabərliyi” başlığı altında görüş keçirmişdir.
Görüşdə RETTM-nin direktoru Ə.Şükürov, direktor müavini L.Dadaşova, Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-nin sədri Ü.Məmmədova, Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri A.Orucov, “Eko-Aləm” İB-nin sədri S.Yüzbaşeva, orta ümumtəhsil məktəbinin müəllimləri, şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RETTM-nin direktoru Ə.Şükürov açıb Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 10 oktyabr 2006-cı il tarixdə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qəbul etdiyi qərardan və həmçinin, ailə tərbiyəsinin gənclərin mədəni inkişafında əsaslı rol oynamasından danışmışdır.
Ü.Məmmədova “Gender və inkişafa giriş”, A.Orucov “Qadınların həyatında kişilərin rolu”, “Məişət zorakılığı”, S.Yüzbaşeva “Gender bərabərliyi-hüquq bərabərliyi”, C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının şöbə müdiri X.Məmmədova “Gender-qadıın və kişi hüquq azadlığı” mövzularında çıxışlar etmişlər. Bu çıxışlar Azərbaycanda qadın və kişi hüquq bərabərliyinin, hüququn pozulması hallarının, “Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikası qanununun aliliyini əhatə etmişdir.
58 saylı orta məktəbin dram dərnəyinin şagirdləri “Meşənin nağılı” səhnəciyini göstərmişlər.
Görüşün sonunda S.Yüzbaşevanın yeni çapdan çıxan “Gender və ekoloji təhsilə yardım” kitabı görüş iştirakçılarına hədiyyə verilmişdir.