Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Ekologiya ili” çərçivəsində “Dünya bizim evimizdir, gəlin onu qoruyaq” mövzusunda ədəbi-bədii gecə

04 may 2010-cu il tarixdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanası Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 saylı orta məktəbdə “Ekologiya ili” çərçivəsində “Dünya bizim evimizdir, gəlin onu qoruyaq” mövzusunda ədəbi-bədii gecə keçirmişdir.
Tədbir Azərbaycan Respublikasının himninin və Ekoloji himnin səslənməsi ilə başlanmışdır.
Musiqili-ədəbi-bədii gecədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin mütəxəssisi H.Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktor müavini L. Dadaşova, Bakı şəhər Təhsil İdarəsinin Nəsimi rayonu üzrə məsləhətçisi Y.Məmmədova, texniki-humanitar liseyin müəlliməsi S. Sadıqova, 19 saylı orta məktəbin direktoru M.Qəmbərov, həmin məktəbin müəlliməsi S.Bəkirova və şagirdlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru M.Qəmbərov açıb qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2010-cu il “Ekologiya ili” elan edilmişdir. Bizim borcumuz doğma Vətənimizin ekoloji saflığını qorumaq, onun daha da gözəlləşməsi, füsünkar olması üçün əlimizdən gələni əsirgəməməkdir.
Tədbir iştirakçıları öz çıxışlarında bir sıra ekoloji problemlərə toxundular. Onlar texnogen sivilizasiya, atom-elektrik stansiyaların yaranmasında baş verən ekoloji qəzalardan söhbət açıb, bir neçə faktlar göstərdilər.
Bütün tədbir boyu ekoloji tarazlığın pozulmasının acı nəticələrini nümayiş etdirən ekran görüntüləri verildi.
Məktəbin şagirdləri ekologiyaya həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, şeirlər söylədilər.
Bir qrup şagirdə “Ekologiya ilində hər kəsdən təbiətə bir töhfə” adlı sertifikat, məktəbin direktoru M.Qəmbərova isə ekologiya mərkəzinin diplomu təqdim edildi.
Kitabxananın Hərbi vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova “Ekoloji saflıq” mövzusunda çıxışından sonra məktəb kollektivinə kitab bağlaması hədiyyə verdi.
Tədbirin sonunda məktəbdə təşkil edilmiş canlı ekoloji guşəyə baxış keçirildi.