|
«Mən inanıram ki, Azərbaycan dünyanın ən sivil, demokratik ölkəsi olacaqdır»
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev
 |
 |
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 may 2009-cu il tarixdə AXC-nin yaranmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Müəllimlər İnstitutunun və Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə kitabxananın elmi-işlər üzrə müavini X.Musayeva açıb qeyd etmişdir ki, Cümhuriyyətin yaranması Azərbaycan dövlətçiliyi tarixində ən şanlı, ən parlaq səhifələrdəndir. Bu səhifənin tarixə yazılması isə, birbaşa Azərbaycanın ilk demokratik respublikasının banisi M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Kitabxananın hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova “28 May Respublika Günüdür” başlığı altında geniş məruzə ilə çıxış etmişdir. Məruzə ADR-in yaranma tarixini, bu quruluşun möhkəmlənməsində M.Ə.Rəsulzadə ilə yanaşı Nazirlər Şurasının sədri F.X.Xoyskinin də fəaliyyətini əhatə etmişdir. Həmin şöbənin əməkdaşı Z.Əhmədova “Şərqdə ilk demokratik dövlət” adlı məruzə ilə çıxış etmişdir.
 |
 |
O, Azərbaycanın son illər mədəniyyətin, incəsənətin, iqtisadiyyatın hər bir sahəsində qazandığı nailiyyətlərdən danışmış, bu uğuru məhz demokratiyanın adı ilə bağlamışdır. Elmi-metodiki şöbənin baş kitabxanaçısı M.Əliyeva çıxışını milli lider H.Əliyevin “Azərbaycan demokratiyanın önündə gedir və bu quruluş respublikamızı daim irəliyi aparacaqdır” sözləri ilə başlamışdır. Sonra o, çıxışını AXC-nin Tiflis şəhərindəki fəaliyyəti istiqamətində qurmuşdur.
Kitabxana işinin informasiyalaşdırılması şöbəsinin kitabxanaçısı G.Xəlilova “Qurtuluş yolu-demokratiya” adlı məruzəsində həmin dövrdə xalqın layiqli oğul və qızlarının, zıyalıların bu dövlətin tanınmasındakı xüsusi rolundan danışmışdır. Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi İ.Vəliyeva oxuduğu təhsil müəssisəsi adından bu günki gün münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək, bütün gəncləri müstəqil dövlət quruculuğunda fəal surətdə iştirak etməyə səsləmişdir. Ali və orta təhsil ocaqlarının bütün tələbələrini demokratiya yolunda daim addımlamağa, bu quruluşu daha da möhkəmləndirməyə, həmçinin ümummilli liderimiz H.Əliyev siyasətinin davamçıları olmağa səsləmişdir.
Tədbir “Azadlığa gedən yol-demokratiya” adlı sərgiyə və tövsiyə ədəbiyyat siyahısına baxışla sona çatmışdır
|