|
|
C.Cabbarlının anadan olmasının “110 illik yubileyinə” həsr olunmuş ədəbi-bədii gecə
|
2009-cu il iyun ayının 24-də C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında C.Cabbarlının anadan olmasının “110 illik yubileyinə” həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Ədəbi-bədii gecəni giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov açaraq qonaqları salamlamış və dramaturqun həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir.
Gecəyə C.Cabbarlının qızı Gülarə Cabbarlı, şair Gülhüseyn Hüseynoğluna, ədəbiyyatşünas, Cabbarlışünas Asif Rüstəmli, filologiya elmləri namizədi Firudin Qurbansoy, əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayılov, C.Cabbarlının ev muzeyinin əməkdaşları və KİV-in nümayəndələri dəvət olunmuşlar.
Çıxış üçün söz şair Gülhüseyn Hüseynoğluna verilir. O, C.Cabbarlını XX əsrin ən böyük ədiblərindən biri adlandırmış və onun irsinin hələ də tədqiq olunmadığını tədbir iştirakçılarına çatdırdı.
Cabbarlışünas Asif Rüstəmli qonaqları yubiley münasibətilə təbrik etmiş və xalqımızın belə qüdrətli sənətkarı ilə fəxr etdiyini vurğulamış, Cabbarlının keçdiyi keşməkeşli həyat yolundan, yaşadığı mühitdən danışdı. Ədibin həyatından söhbət açan teatrşünas Atababa İsmayılov onun məktəb və tələbəlik illərindən maraqlı epizodlar misal gətirdi.
Filologiya elmləri namizədi Firudin Qurbansoy yazıçının ömrünü vaxtsız qırıldığını, lakin bu qısa zaman ərzində onun böyük xidmətlərindən bəhs edir.
Kitabxanamızın qocaman oxucusu, müəllim Rafiq Əhmədov C.Cabbarlının ədəbiyyat tarixində parlayan ən nadir inci hesab etdiyini bildirdi.
Tədbirdə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərovun rəhbərliyi ilə “Şəlalə” xalq çalğı alətləri ansamblı C.Cabbarlının sözlərinə yazılmış rəngarəng musiqi nömrələri çıxış etdilər.
Tədbir İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərovun öz ifası ilə yekunlaşdı.
Gecə tədbir iştirakçılarının “Vaxtsız qırılan ömür” kitab sərgisinə baxışla sona çatdı.
|
|
|
|