Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Dövlət Bayraq Günü, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin yaranmasının 15-ci və “Dünya Azərbaycanlılarının 1-ci qurultayı”nın keçirilməsinin 10-cu ildönümü günü münasibəti ilə elmi-praktik konfrans

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 10 noyabr 2011-ci il tarixdə Dövlət Bayraq Günü, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin yaranmasının 15-ci və “Dünya Azərbaycanlılarının 1-ci qurultayı”nın keçirilməsinin 10-cu ildönümü günü münasibəti ilə elmi-praktik konfrans keçirildi.
Tədbir Azərbaycan Dövlət bayrağının şərəfinə Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı.
Konfransı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb dedi ki, Azərbaycan hamımıza əzizdir. Vətənin dərdi, vətənin ağrı-acısı hamımızın ümummilli qayğımızdır. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin fəaliyyətindən danışanda ilk növbədə qeyd etmək lazımdır ki, müasir gənclərimizin vətənpərvərlik tərbiyəsində bu cəmiyyətin rolu əvəzsizdir. T.Sadıqov çıxışını Qarabağ haqqında ürək ağrıdan xatirələrlə bitirdi.
“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin prezidenti T.Əlizadə ö çıxışında bu təşkilatın özünün şəxsi himni olmasından, cəmiyyətin yaranma tarixindən, bu qurumun quruculuğunda xalq sənətçisi L.İmanovun və tarixçi alim N.Rizvanın əvəzsiz xidmətlərindən danışıb bildirdi ki, “Dünya Azərbaycanlı Gənclərinin ilk 1-ci qurultayı”nın keçirilməsi ideyası və layihəsi məhz 1998-ci ildə bu cəmiyyət tərəfindən irəli sürülmüşdür.
Elmi-praktik konfransda “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu, “Qarabağ həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” ictimai birliyinin sədri Ə.Qasımov, “Millətçi” qəzetinin baş redaktor müavini S.Əsgərova, “İctimai fikir” qəzetinin redaktoru E.Ağayeva, “Respublika gəncləri” qəzetinin baş redaktoru N.Rafiq, “Carçı” jurnalının baş redaktoru G.Əmirquliyeva, Azərbaycan Radiosunun aparıcı diktoru E.Bayramov, şair Q.İlqar iştirak etdilər.
E.Ağayeva göylərə ucalan Azərbaycan bayrağının müqəddəsliyindən, bütün xalqımızın bayrağımıza hörmətindən danışandan sonra DAGBH cəmiyyətinin sonsuz xidmətlərini də xüsusi vurğulayıb cəmiyyətin sədri T.Əlizadəyə “İctimai lider” fəxri diplomunu təqdim etdi. E.Bayramov, N.Rafiq, Ş.Sabiroğlu, S.Əsgərova da Azərbaycan Dövlət Bayrağının daim saf mavi səmada dalğalanmasını, bütün dünyada bizə qürur gətirməsini arzulayandan sonra DAGBH ictimai birliyinin yarandığı 15 il ərzindəki fəaliyyətindən danışdılar.
Elmi-praktik konfransın sonunda bütün tədbir iştirakçılarına Azərbaycan Respublikasının atribitlarından biri sayılan dövlət bayrağı paylandı.