Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Milli Qurtuluş- Milli lider”

C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 12 iyun 2010-cu il tarixdə Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə “Respublika” qəzetinin müxbiri R. İlyasoğlu, “Qarabağ” qəzetinin baş redaktoru S.Ağayev, “Milli Qəhrəman”qəzetinin baş redaktoru M. Seyidzadə, Azər TAC-ın müxbiri, şair, publisist Z. Dəmirçiqayalı, Respublika Şəhid Anaları Xeyriyyə mərkəzinin sədri, milli qəhrəman G.Əsgərovanın anası R. Əsgərova, Qubadlı rayon İcra Hakimiyyətinin şöbə müdiri R. Əliyev, milli qəhrəman A.Məhərrəmovun qardaşı Ə.Məhərrəmov iştirak edirdilər.
Elmi-praktiki konfrans milli qurtuluşun banisi Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlamışdır.
R. İlyasoğlu 1993-cu ilin məlum hadisələrindən, Heydər Əliyevin vətənə qayıdışından, xalqı nicat yoluna aparmasından danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyev olmasaydı Azərbaycanın adı bu qədər uca səslənməzdi.
Z.Dəmirçiqayalı, R. “Əliyev Heydər Əliyevin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzun illər göstərdiyi sonsuz xidmətlərindən, bağladığı sülh müqavilələrindən, Azərbaycanı dünyanın sivil ölkələri səviyyəsinə qaldırmasından danışmışlar.
Kitabxananın əməkdaşları A. Vəliyev və M. Kazımova Heydər Əliyev siyasəti haqqında danışandan sonra oxucuların milli öndərin həyatına, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş kitablara təlabatlarının böyüklüyünü də xüsusi vurğulamışlar.
Ə.Məhərrəmov və R. Əsgərova da Azərbaycan xalqının milli qurtuluşunda, istiqlaliyyətində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar.
Elmi-praktiki konfrans ekran görüntüləri ilə davam etmiş və “Ümummilli lider Heydər Əliyev” adlı kitab sərgisinə baxışla sona çatmışdır.