Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimat mərasimi

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 20 fevral 2013-cü il tarixdə respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq ölkəmizdə kitabxana sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində AZLİBNET-in xüsusi xidmətləri olacaq. Milli Kitabxana -İnformasiya Mərkəzinin məqsədi Azərbaycan kitabxanalarının birgə milli kataloqlaşdırma sistemini yaratmaqdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan bu layihənin məqsədi kitabxanalarda elektron informasiya resurslarının yaradılması, istifadəçilərə təqdim edilməsi, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirinin birinci müavini V.Əliyev, Mədəniyyət və Turizm Nazirliyi kitabxana sektorunun müdiri L.Məmmədova, Milli Məclisin deputatı F.Quliyev, Prezident Kitabxanasının direktoru M.Əhmədov, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi A.Xələfov, BDU-nun kitabxanaşünaslıq kafedrasının baş müəllimi Nigar İsmayılova, Azərbaycan Diplomatik Akademiyasının elmi kitabxanasının bölmə müdiri E.Məmmədov, “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” ictimai birliyinin sədri T.Əlizadə, publisist Q.İlqar, bir çox ziyalılar, elm və mədəniyyət xadimləri, şəhər, rayon kitabxanalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
M.Seyidzadə bildirmişdir ki, ümumiyyətlə, türklərə qarşı ermənilər tərəfindən genosid həmişə olmuşdur. Amerika konqresmenləri yaxşı bilirlər ki, ermənilər heç zaman genosidə məruz qalmamışlar. Biz ABŞ, Türkiyə Səfirliyinə, Milli Məclisə erməni soyqırımına qarşı müraciət göndərməliyik. Türkiyə dövlətinə, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyeva dəstək olmalıyıq. Çünki hal-hazırda Azərbaycan xalqına, cəmiyyətinə hamımızın dəstəyi vacibdir. V.Əliyev toplu elektron kataloqun böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulayaraq bu sistemin Azərbaycan kitabxana fondlarının məzmunu haqqında informasiya almağa, ölkənin bütün ərazisində istifadəçiyə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesini əlaqələndirməyə, mərkəzləşdirilmiş kataloqlaşdırma prosesini təşkil etməyə imkan verəcəyini bildirdi. Qeyd etdi ki, beş ən yaxşı kitabxana öz elektron resurslarını toplu kataloqa yerləşdirib. Bu kataloq kitabxanalarda olan ənənəvi kataloqları əvəz edir. Yəqin ki, gələcəkdə bütün kitabxanalar bu işə qoşulacaqlar. Bu təcrübə böyük əhəmiyyət kəsb edir. Biz çox istəyirik ki, kitabxanalarımız ən müasir səviyyədə xidmət göstərsin. Bunun üçün dünya ölkələrinin qabaqcıl təcrübələrini öyrənərək tətbiq etməyə çalışırıq.
M.Əhmədov belə bir layihənin həyata keçirilməsini kitabxana sahəsində mühüm yenilik adlandırdı. O, təqdim edilən layihənin hər bir oxucunun elektron kitabxanadan asan və rahat istifadəsinə zəmin yaratdığını bildirdi. Bütün kitabxanaların kitabxanaçılıqda yeni mərhələ olan AZLİBNET-ə qoşulmasını zururi adlandırdı.
A.Xələfov kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində yeni yaradılmış mərkəzin əhəmiyyətini xüsusi qiymətləndirdi. Ümummilli lider Heydər Əliyevin daim bu sahəyə diqqət və qayğı göstərməsini, hazırda Azərbaycan Respublikasaının Prezidenti İ.Əliyev tərəfindən uğurla davam etdirilməsini, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə kitabxana sahəsində ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilməsini dedi. Daim inkişafda olan texnologiyalar əsrində toplu kataloqun əhəmiyyətinə diqqət çəkərək layihəni dövlətin, kitabxanaların oxucu qarşısında yüksək xidmətlərinin nəticəsi kimi dəyərləndirdi. Bu yeniliyin kitabxanalarda informasiya texnologiyalarının tətbiqi sahəsində müham hadisə olduğunu söylədi. Milli Məclisin deputatı F.Quliyev, Azərbaycan Diplomatik Akademiyasının elmi kitabxanasının bölmə müdiri E.Məmmədov da təşəbbüsü yüksək qiymətləndirərək gələcəkdə Azərbaycanda kitabxana sisteminin inkişafında AZLİBNET-in böyük rol oynayacağını vurğuladılar.
Təqdimat mərasiminin sonunda Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı oldu və mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi ki, AZLİBNET vasitəsilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılıb. Mərkəz respublikanın bütün kitabxanaları ilə əlaqələr qurur. Toplu kataloqdan www.azlibnet.az və ya C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının www.ryl.az ünvanlı veb saytları vasitəsi ilə istifadə etmək olar.