Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 24 may 2016-cı il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü günü münasibəti ilə “Azərbaycan, yurdum mənim” mövzusunda tədbir keçirildi.
Tədbir Azərbaycanın istiqlaliyyəti, torpaqlarının toxunulmazlığı uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, 1918-ci il may ayının 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxdı. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk xalq-demokratik respublikası oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini verdi. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Lakin, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Mübariz xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik.

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva çıxışında bildirdi ki, Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək və digər bir çox iqtisadi islahatları müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
“Qarabağ Ağsaqqallar Şurası”nın sədri Asif Məmmədov çıxışında qeyd etdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Həkim-şair Zakir Ağdamlı bildirdi ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Tədbirdə həmçinin, “Beynəlxalq Qadın Hüquqları Müdafiəsi” ictimai birliyinin sədri Təranə Namazova, ictimai xadim Elxan Məhərrəmov, “Pillələr” qəzetinin baş redaktoru Şöhlət Abbas, “İctimai fikir” qəzetinin əməkdaşı Nümunə Hüseynova, Respublika Veteranlar və Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, “Carçı nyus” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Qürur Şəhid Ailələri” xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova, tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu, “Döyüşçü” qəzetinin və saytının rəhbəri Cahangir Sabirov, şair Şahlar Əliyev, şairə Mərcan Şahbuzlu, sülh səfiri Tahirə Məmmədova, yazıçı-publisist İradə Əlili, hərbçi, şair Maşallah Məftun, “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” ictimai birliyinin sədr müavini Solmaz Kürçaylı, “Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər.
Tədbirin sonunda “Azərbaycan Xalq Cümhuriyyəti” adlı kitab sərgisinə baxış keçirildi.





  <