Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyul 2016-cı il tarixdə Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı ilə əlaqədar “Ağdamsız ötən 23 il” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, Azərbaycanın ən dilbər guşəsi olan Ağdam rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 23 il ötür. XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli bəy Sarıcalı Cavanşirin əmri ilə ağ daşdan imarət ucaldılıb. Rayonun adı da “ağ dam” sözlərindən götürülüb. 1993-cü il 23 iyul tarixdə 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 74 məktəbi, ölkəşünaslıq muzeyi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu, ölkəşünaslıq muzeyi, kitabxanalar, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana düşmən əlinə keçmiş və həmçinin, dağıdılıb viran edilmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Dövrünün ən füsunkar rayonlarından olan Ağdam hal-hazırda 20 ”ruhlar şəhəri” siyahısındadır.

Həkim, şair Şahlar Baba çıxışında qeyd etdi ki, 23 ildir Ağdam əsarətdən xilas olacağı günü gözləyir. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min hektardan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min hektar sahədə əkin aparılır. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
Polkovnik-leytenant Zahid Qarayev çıxışında təəssüflə bildirdi ki, BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən və işğalçı ordunun işğal etdiyi əraziləri qeyd-şərtsiz olaraq tərk etməsini tələb edən 853 №-li qətnamə qəbul etdi. Lakin beynəlxalq birliyin təcavüzkara qarşı sərt tədbirlər görməməsi səbəbindən həmin qətnamə bu günə qədər yerinə yetirilməmişdir.
38 saylı Ağdam köçkün tam orta məktəbinin müəlliməsi Gülyaz Əliyeva qeyd etdi ki, İşğaldan öncə Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. İndi onların hamısı viran qalmışdır. Nə Aəzrbaycan xalqı, nə də tarix bu haqsızlıqları heç zaman bağışlamayacaq. Biz gələcəyimiz olan gəncləri də haqsızlığa qarşı barışmaz ruhda tərbiyə etməliyik.

Tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu bildirdi ki, hər bir azərbaycanlı, hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış barlı-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tezliklə azad ediləcək. Torpaqlarının toxunulmazlığı uğrunda 538 şəhid, 587 əlil, 17 milli qəhrəmana malik Ağdam yenə öz əvvəlki gözəlliyini, əzəmətini geri qaytaracaqdır.
Tədbirdə həmçinin, “Qürur Şəhid Ailələri” xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova, “Döyüşçü” qəzetinin və saytının rəhbəri Cahangir Sabirov, “Respublika” qəzetinin xüsusi müxbiri Rauf İlyasoğlu, “İrəvan hərəkatı”nın üzvü, QAT idarə heyətinin üzvü, müstəqil iqtisadçı ekspert Elbrus Novruzov, QAT üzvü Sevda Əhədova, təqaüdçü Cəmil Abbasov, elmi işçi, Prezident yanında Elmin İnkişaf Fondunun 3-cü “Şuşa Qrantı”nın qalibi Aynurə Əliyeva, müəllimə Səbinə Babayeva, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “İmarət” gənclər birliyinin üzvləri Elnur Quliyev, Qabil Hüseyn, Şükür Cavad, Lalə Cabbarlı da iştirak edirdilər.
Tədbirin sonunda “İtirilən Ağdamım” adlı kitab sərgisinə baxış keçirildi.





  <