|
|
Azərbaycan mənim, mən Azərbaycanınam
|
C. Cabbarlı adına Respublika Gənclər kitabxanası 07 may 2010-cu il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin nəzrindəki Heydər Əliyev – Məktəb Muzeydə milli öndər H. Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə anım günü keçirilmişdir.
Tədbirdə Yasamal rayonundakı M. Hüseynzadə adına 175 saylı orta məktəbin tədris hissə müdiri H. Məmmədova və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Muzey-məktəbin əməkdaşı Ü. Allahverdiyeva H. Əliyevin həyatının, ictimai-siyasi fəaliyyətinin hər bir anını əks etdirən bütün eksponatlar, şəkillər, diplomlarla şagirdləri tanış etmiş, onlar haqqında geniş məlumat vermişdir. Həmçinin, qeyd etmişdir ki, bu muzey-məktəbin 2008-ci ilin dekabr ayının 20-də açılışında şəxsən Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev iştirak etmişdir.
Elmi işlər üzrə direktor müavini X. Musayeva “Milli liderimiz milli fəxrimizdir” başlığı altında çıxışından sonra şagirdlərin H. Əliyevin həyatı, siyasi fəaliyyəti haqqında biliklərini də sual-cavabla yoxlamışdır.
Hərbi-vətənpərvərlik və kütləvi işlər şöbəsinin müdiri X. Məmmədova kitabxananın fondunda H. Əliyevin həyat yolunu əks etdirən yüzlərlə ədəbiyyatın olmasından, oxucuların buna böyük təlabat və maraqlarından danışmışdır.
Anım günü muzey – məktəbdə xatirə şəkilləri çəktirmək, H. Əliyev yolunun davamçıları olmaq diləyi ilə sona çatmışdır.
|
|
|
|