Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 sentyabr 2016-cı il tarixdə 01 oktyabr Beynəlxalq Ahıllar günü münasibəti ilə “Ahıllara qayğı və diqqət” mövzusunda görüş keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və sonsuz qayğı ilə yanaşıb. 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət daim mövzud olub və bu gün də mövcuddur. Bu istiqamətdə Azərbaycan Republikasının Prezidenti İlham Əliyev ümummilli lider, dahi öndər Heydər Əliyevin layiqli davamçısıdır.

“Carçı nyus” jurnalının baş redaktoru, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva çıxışında qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri tam dövlət qayğısı ilə əhatə olunublar. Hal-hazırda Azərbaycan Republikasının Prezidenti İlham Əliyevlə birlikdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da ahıllara qayğısı böyük rəğbətlə qarşılanır. G.Əmirquliyeva çıxışında sədrlik etdiyi cəmiyyətin fəaliyyətindən də danışdı.
Sabiq polis rəisi Sabir Məmmədov çıxışında qadınların çox fəal olduqlarını, Respublikanın ictimai-siyasi, mədəni həyatında aktiv iştirak etdiklərini söyləyəndən sonra doğma Qarabağımızın tezliklə geri alınmasını, belə bir tədbirin o qədim məkanda keçirilməsini arzuladı.
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirdi ki, ahılları yalnız ahıllar günündə yox, hər an yada salmalı, problemləri ilə maraqlanmalıyıq. Çünki, yaşlı nəsil bizim xəzinəmizdir. Bu xəzinəni biz bilayiqincə qiymətləndirməli və qorumalıyıq.
Bahar Qasımova sədrlik etdiyi Respublika Qadınlar Cəmiyyətinin fəaliyyətindən, üzvlərindən, Neft Daşlarında, Qocalar evlərində, Təcridxanalarda təşkil etdikləri görüşlərdən danışandan sonra bütün ahıllara xoş arzularını bildirdi.
Şair Qəşəm İlqar “Ana” və bir neçə yeni yazdığı şerlərini söylədi.

Azərbaycan Dövlət Filarmoniyasının konsert aparan artisti Səmray Əliyeva şair Qəşəm İlqarın “Bəlkə də tələsmişik”, “Qoca”, “Səni gözləyir” şerlərini söylədi.
Respublikanın Əməkdar Artisti Əli Nur bir neçə şer və yazıçı-dramaturq Hüseyn Cavidin “Peyğəmbər” əsərindən bir parça söylədi.
Əsmayə Rüstəmovanın bədii rəhbərliyi ilə “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi ictimai birliyinin “Qarabağ bülbülləri” ansamblının üzvü Nübar Muxtarova “Şuşanın dağları”, “Mehriban olaq”, “Meyvələrdən üç meyvə var”, “Yaşa hələ” mahnılarını ifa etdi, Fatimə Fitayeva bir neçə şer söylədi.
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin üzvü Elxan Rəsuloğlu “Azərbaycan” mahnısını ifa etdi.
Görüşdə həmçinin, “Respublika Şəhid Anaları” Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova, AMEA-nın əməkdaşı Cahangir Qocayev, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi ictimai birliyinin sədri Aygün Zamanlı, Respublika Qadınlar Cəmiyyətinin Bakı şəhəri üzrə sədri Elmira Məlikova, Respublika Qadınlar Cəmiyyətinin Nərimanov rayon şöbəsinin sədri Şəhla Mirbağırova, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, polis polkovniki Gülbahar Məmmədova, şöbə müdirləri Lalə Süleymanova, Yeganə Əkbərova, üzvləri Püstəxanım Xanməmmədova, İra Məmmədova, yazıçı Şahlar Baba, 144 saylı orta məktəbin dərs hissə müdiri Şəfəq Balıyeva da iştirak edirdilər.





  <