Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 11 noyabr 2016-cı il tarixdə Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, “Şöhrət” ordenlı Abuzər Xələfovun anadan olmasının 85 illiyi münasibəti ilə musiqili ədəbi-bədii gecə keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli alim Abuzər Xələfovun həyatı və Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafı sahəsində dəyərli fəaliyyəti haqqında ətraflı məlumat verdi. T.Sadıqov bildirdi ki, Abuzər Xələfov 1931-ci ildə Qərbi Azərbaycanda anadan olmuş, 1950-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1962-ci ildə А.Хələfоvun fəаl iştirаkı ilə BDU-nun “Kitаbхаnаçılıq” şöbəsi müstəqil “Kitаbхаnаçılıq fаkültəsi”nə çеvrilmiş, о, bu fаkültənin ilk dеkаnı оlmuş və 25 il öhdəsinə düşən vəzifədə səmərəli fəаliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycanda ilk dəfə olaraq kitabxana işi sahəsində doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanov çıxışında qeyd etdi ki, professor A.Xələfov Azərbaycan elm və mədəniyyətinə çox böyük töhvələr verib. Fakültənin bütün fəaliyyəti, uğurları məhz Abuzər müəllimin adı ilə bağlıdır. Onun həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün örnək, nümunədir. O, öz yetirmələri olan çoxsaylı kitabxana ictimaiyyəti arasında çox böyük hörmətə və nüfuza malikdir. A.Xələfov yüksək səviyyəli alim, pedaqoq, rəhbər isçi, fəal ictimai xadimdir. Onun səmərəli elmi tədqiqat fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə geniş şöhrət qazanmışdır.
BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Elçin Əhmədov, kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Knyaz Aslan, biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov görkəmli alim Abuzər Xələfovun həyatı, səmərəli fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdilər. Bildirdilər ki, Abuzər müəllim nəinki ali kitabxanaçılıq təhsilinin yaradıcısıdır, həm də klassik universitet modelində ali kitabxanaçılıq təhsilinin dünya miqyasında yaradıcılarındandır. Bu böyük insan BDU-nun canlı sütunlarından biridir.
Görkəm alim Abuzər Xələfov uzun illərin müəllimlik fəaliyətində dərs dediyi tələbələrlə bağlı xatirələrindən, indi həmin tələbələrin onunla eyni fakültədə çalışmalarından və elmi yaradıcılığı, çoxsaylı kitabları, gələcək planları haqqında danışdı.
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Firuzə Tağıyeva və Leyla Zərbəliyeva Abuzər müəllimə həsr olunmuş şerlər söylədilər.

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Fidan Quliyeva “Sarı gəlin”, “Evlərinin dalı yonca” mahnılarını ifa etdi.
Kitabxanaçılıq-informasiya fakültəsinin kitabxana resursları, və informasiya axtarış sistemləri kafedrasının müəllimi Daşqın Məhəmmədli sazda bir musiqi nömrəsi ifa etdi.
Tədbirdə həmçinin, “Respublika” qəzetinin müxbiri Sevinc Nazimqızı, biblioqrafiyaşünaslıq kafedrasının dosenti Solmaz Sadıqova, kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi, kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Rasım Süleymanov, kitabxanaçılıq-informasiya fakültəsinin magistrləri Sənan Nəbiyev, İlkin Şahməmmədov, Nurlan Nağıyev, Nərmin Həsənli, Humay Babazadə və KİV nümayəndələri iştirak etdilər.





  <