|
C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 17 iyul 2010-cu il tarixdə yazıçı R. Orxanın “Ölməzliyə abidə” kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə “Respublika” qəzetinin baş müxbiri R. İlyas oğlu, “Milli dəyərlərin qorunması” İB-nin sədri D. Nağıyeva, Qafqaz Media İB-nin şöbə müdiri, şairə Sədaqət Rəşad, “Həkəri” qəzetinin baş redaktoru, yazıçı, publisist Ə. Xankişiyev, şair Zakir Ağdamlı, yazıçı R. Orxan, ADMİU-nun tələbələri iştirak etmişlər.
Tədbir Qarabağ uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Kitab təqdimatını giriş sösü ilə R. İlyas oğlu açıb R. Orxanın “Ölməzliyə adidə” kitabının heç nəyin vətəndən uça olmadığını, öz canı, qanı ilə təsdiq edərək düşmən qarşısında cəsarət simvolu kimi dayanmış və adını vətən tarixinə şərəflə yazılmış N. Cəbrayılova həsr olunmasından danışmışdır.
D. Nağıyeva, S. Rəşad, Ə. Xankişiyev, Z. Ağdamlı kitab haqqında öz rəylərini bildirmiş, N. Cəbrayılovun qəhrəmanlıq səhifələrindən faktlar söyləmişlər.
ADMİU-nun tələbəsi R. Hətəmov kitab haqqında öz rəyini bildirdikdən sonra Azərbaycan gənclərini N. Cəbrayılov kimi vətənpərvər olmağa səsləmişdir.
Yazıçı R. Orxan öz çıxışında N. Cəbrayılovu xoşbəxt şəhid adlandıraraq qeyd etmişdir ki, o həyatda nə arzulamışdırsa, hamısına nail olmuşdur. Canını da düşünmədən vətən uğrunda qurban vermişdir.
Kitabxananın elmi işlər üzrə direktor müavini X. Musayeva N. Cəbrayılovun həyat güzgüsü olan “Ölməzliyə abidə” kitabının oxucuların stolüstü ədəbiyyatına çevriləcəyini söyləmişdir.
Kitab təqdimatının sonunda müəllif “Ölməzliyə abidə” kitabından bir neçə nüsxə kitabxanaya bağışlamışdır.
|