|
"Heydər Əliyev Mərkəzi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 |
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildən etibarən respub¬lika¬mızda gerçəkləşdirdiyi quruculuq salnaməsinin hər səhifəsi tariximizin unudulmaz anlarını özündə əks etdirir. Hər bir azərbaycanlının taleyində mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən neft müqa¬vi¬lə¬lərinin imzalanması mərasimləri, tarixi İpək Yolunun bərpası ilə bağlı layihələr, dünya azərbay¬canlılarının qurultayları, beynəlxalq sammitlər və neft sərgiləri məhz Heydər Əli¬ye¬vin adını daşıyan Saray, İdman-Konsert Kompleksi və "Gülüstan" kimi əzəmətli tikililərdə həyata keçirilmişdir.
Ölkəmiz son üç ildə Heydər Əliyev strategiyasını layiqincə davam etdirərək, böyük uğurlar qazanmışdır. Bir çox iqtisadi göstəricilərə görə Azərbaycan nəinki regionda, hətta dünyada öncüllər sırasına çıxmışdır. Respublikamıza artan diqqət və maraq burada keçirilən beynəlxalq miqyaslı konfransların, müsabiqələrin və görüşlərin sayının daim artmasında da öz əksini tapmışdır. Belə mərasimlərin təşkilinə imkan verən, müasir tələblərə uyğun və bir məkanda konfrans, sərgi, konsert, ziyafət, kitabxana və digər məqsədlər üçün yararlı olan salonları özündə birləşdirən kompleks tikililərə böyük ehtiyac duyulur.
Müstəqil Azərbaycan Respublikasının prezidenti kimi Heydər Əliyev ayrı-ayrı ölkə¬lə¬rə rəsmi səfərləri zamanı dünyanın mötəbər kürsülərindən Azərbaycan həqiqətlərini beynəl¬xalq ictimaiyyətə çatdırmışdır. Bu çıxışların bir qismı həmin ölkələrin tarixi şəxsiyyətlərinin şərəfinə yaradılmış mərkəzlərdə olmuşdur. Belə mərkəzlər struktur və fəaliyyət proqramları baxımından kifayət qədər bir-birindən fərqlənsələr də, adlarını daşıdıqları şəxsiyyətlərin si¬ya¬si məfkurələrinə uyğun fəaliyyət göstərmələri onları birləşdirən əsas cəhətdir. Həmin mərkəzlər ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla yanaşı, eyni za¬man¬da, beynəlxalq səviyyəli siyasi tədbirlərin, müxtəlif konfransların və festivalların keçi¬ril¬məsi üçün də son dərəcə münasibdir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbay¬can mədəniy¬yətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. Azər¬baycançılıq məfku¬rəsi çərçivəsində ölkəmizdə xeyli iş aparılsa da, bu işlərin vahid bir mərkəzdən sistemli şəkildə isti¬qamətləndirilməsinə ehtiyac var. Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəninin, millətinin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirak edərək, arzu və niyyətlərini gerçəkləşdirmək əzmi müasir texnologiyalarla təchiz olunmuş və çoxşaxəli struktura malik "Heydər Əliyev Mər¬kə¬zi"nin yaradılması zərurətini ön plana çəkir.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrə¬nil¬məsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində "Heydər Əliyev Mərkəzi" yaradılsın.
2. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi "Heydər Əliyev Mərkəzi"nin yaradılması üçün Bakı şəhərində müvafiq yer ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı "Heydər Əliyev Mərkəzi"nin strukturu, idarə olunması və fəaliyyət proqramına dair təkliflərini üç ay müddətində Azər¬baycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 29 dekabr 2006-cı il
|