|
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 463-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 |
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 463-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2007-ci il.
|