|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə aşağıdakı şəxslərə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Qəribov Qalib Ataş oğlu
Quliyev Tofiq Əşrəf oğlu
Məmmədova Nərgizxanım Qəmbərəli qızı
Teymurlu Kazım Vəli oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2008-ci il
|