Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Zamanla səsləşir gəncliyin səsi” mövzusunda görüş

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 29 yanvar 2010-cu il tarixdə BDU-da 02 fevral Gənclər günü münasibətilə “Zamanla səsləşir gəncliyin səsi” mövzusunda görüş keçirilmişdir. Görüşdə BDU-nun müəllimlərindən fəlsəfə elmləri namizədləri A.Həsənov, M.İmanov, tələbə kollektivi iştirak etmişlər.
Görüşü giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının hərbi vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova açıb 2 fevral Gənclər günü münasibətilə universitetin bütün tələbə kollektivini təbrik etmiş, müasir gəncliyin respublikamızın ictimai-siyasi həyatındakı rolundan, əldə etdikləri uğurlardan, qalibiyyətlərindən danışmışdır.
BDU-nun müəllimi fəlsəfə elmləri namizədi A.Həsənov gənclərin müasir texnikaya meyilliliyinin, internet xidmətindən daha çox istifadə etmələrinin onların elmi dünyagörüşlərinin genişlənməsində müsbət mənada rol oynamasından danışmışdır.
Biologiya fakültəsinin II kurs tələbəsi M.Abdinova müasir gəncliyi maraqlandıran sualların həllində həqiqətən də internet xidmətinin böyük rol oynadığını qeyd etmişdir.
BDU-nun müəllimi fəlsəfə elmləri namizədi M.İmanov gənclərlə iş aparmağın, onların problemlərinin həllində rol oynamağın yaşlı nəslə mənəvi rahatlıq gətirdiyini qeyd etmişdir. Həmçinin, respublika rəhbərliyinin gənclərə böyük qayğı göstərməsini, onların elmin müxtəlif sahələrində, idmanda qazandıqları uğurları layiqincə qiymətləndirməsini xüsusi vurğulamışdır.
Biologiya fakültəsinin II kurs tələbəsi S.Əliyeva gənc nəslin yaşlı nəsil ilə bəzən razılaşmamasında əlbəttə ki, dünyagörüşünün də müəyyən dərəcədə rol oynadığını söyləmişdir.
Biologiya fakültəsinin III kurs tələbəsi A.Şükürova gəncliyin qazandığı hər bir uğurun respublikanın tərəqqisi, irəliyə doğru bir addım olduğunu qeyd etmişdir. Görüş tələbələrin çoxlu sayda suallarına cavabla davam etdirilmiş, “Gənclik öndədir” adlı foto-stendə baxışla sona çatmışdır.