Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir olunması və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir olunması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılsın.
2. “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli 2025 nömrəli sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2008-ci il