|
M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının əməkdaşlarına “Azərbaycan Respublikasinin əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının aşağıdakı əməkdaşlarına “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Əmrahova Yaşar Mustafa qızı
Hacıyeva Mələkxanım Məmməd qızı
Məmmədov Fazil Həsənbala oğlu
Məmmədova Tamilla Rəhim qızı
Tahirov Kərim Məhəmməd oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 17 noyabr 2008-ci il.
|